ANA SƏHİFƏ / SİYASƏT

Ermənistanın törətdiyi cinayətlərlə bağlı faktlar BMT TŞ-nın üzvlərinə təqdim edilib

11773    |   2020-06-02 20:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi cari ilin 27 may tarixində silahlı münaqişələr zamanı mülkü əhalinin qorunması üzrə BMT Təhlükəsizlik Şurasının video-konfrans vasitəsilə həyata keçirilmiş açıq müzakirələrində iştirak edib və çıxış səsləndirib.

Xarici İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, daimi nümayəndəliyin çıxışında müzakirə olunan məsələnin BMT Təhlükəsizlik Şurası, beynəlxalq ictimaiyyət və xüsusilə də, Azərbaycan üçün mühüm əhəmiyyət daşıdığı qeyd olunur. Dünyada mülki əhalinin yeni və yaxud uzun müddətdir davam edən, aktiv və ya atəşkəs ilə dayandırılmış silahlı münaqişələrdən əziyyət çəkdiyi, on minlərlə mülki vətəndaşın öldürüldüyü və ya zərər çəkdiyi, milyonlarla insanın isə öz doğma yurdlarından didərgin düşdüyü beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.

Çıxışda Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri barədə, xüsusilə də Azərbaycanlı mülki əhaliyə və infrastruktura dəymiş zərər və işğalçı ölkənin davam edən qeyri-qanuni fəaliyyəti barədə ətraflı məlumat verilib. Burada, 1980-ci illərin sonunda 250 min azərbaycanlının Ermənistandan bir çox halda ölüm ilə nəticələnən məcburi deportasiyası qeyd olunub, həmçinin 1991-ci ilin sonu və 1992-ci ilin əvvəllərində Ermənistan tərəfindən Azərbaycana qarşı müharibənin başlanıldığı və bunun nəticəsində on minlərlə insanın həyatını itirdiyi, o cümlədən mülkü infrastruktura, digər mülkiyyətə və yaşayış yerlərinə zərər verildiyi qeyd olunub.

Həmçinin, çıxışında Daimi Nümayəndəliyimiz Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrdə yaşayan azərbaycanlılara qarşı etnik təmizləmənin həyata keçirildiyi və bunun nəticəsində bir milyondan artıq azərbaycanlının öz torpaqlarından didərgin salındığını vurğulayaraq, işğalçı ölkənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və beynəlxalq hüququ kobud şəkildə pozmaqda davam etdiyini bəyan edib. Bununla yanaşı, Ermənistan tərəfindən sözügedən ərazilərdə hərbi quruculuq işlərin aparılması, ərazilərin demoqrafik, mədəni və fiziki xüsusiyyətinin dəyişdirilməsi istiqamətində məqsədyönlü siyasət yürüdüldüyü qeyd olunub. Bu fəaliyyətin regionda sülh, təhlükəsizlik və sabitliyə təhdid yaratdığı, ö cümlədən bununla yüz minlərlə insanın azadlıq və hüquqlarının pozulduğu ifadə edilib.

Daimi Nümayəndəliyimiz bu yaxında dərc edilmiş "Azərbaycan ərazilərində müharibə cinayətləri və Ermənistanın məsuliyyəti” adlı hərtərəfli hesabata istinad edərək, hesabatın Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərini sübut edən dəlilləri əks etdirdiyini vurğulayıb.

Çıxışda BMT Təhlükəsizlik Şurası tərəfindən silahlı münaqişələr zamanı zərər çəkmiş mülki əhalinin qorunması məsələsinin daima diqqət altında saxlanılmalı olduğu və silahlı münaqişə tərəflərinin beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərinə sadiq olmaları üçün tələbin mütəmadi olaraq bəyan edilməsinin vacibliyi vurğulanıb.




İmza:

Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyi məlum oldu

Hikmət Hacıyev: Azərbaycan koronavirusla bağlı beynəlxalq əməkdaşlığı davam etdirir

Ərdoğan: Türkiyə Suriyanın ərazi bütövlyünün qorunması üçün əlindən gələni edəcək

Siyavuş Novruzov: “Yeni Azərbaycan” qəzetinə Alqış kimi baş redaktor gəlməyib

Vətəndaş məktubları: Cənab Prezident, xalqımızı düşünərək atdığınız qətiyyətli addımları yüksək qiymətləndiririk

Milli Şuradan etiraf: “İşimiz hökuməti şərləməkdir”

Azərbaycan və Türkiyə arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş təsdiqləndi

Qarabağın azərbaycanlı icmasına yeni sədr müavini təyin edildi

Tural Gəncəliyev: Azərbaycan beynəlxalq səviyyədə terrorizmlə mübarizə sahəsində vacib ölkədir

İlham Əliyev: Turizim sahəsi bərpa olunmağa başlayana qədər bu sahəyə dəstək göstəriləcək

Xarici İşlər Nazirliyi ABŞ-ı təbrik edib

“Sizin rəhbərliyinizlə Azərbaycan özünün intibah dövrünü yaşayır” - Prezidentə yazırlar

Azərbaycanın yüksək beynəlxalq nüfuzunun daha bir göstəricisi

Siyavuş Novruzov: “Yeni Azərbaycan” qəzetinə Alqış kimi baş redaktor gəlməyib

İlkin Rüstəmzadə NİDA-dan istefa verdi

Qarabağın azərbaycanlı icmasına yeni sədr müavini təyin edildi

Türkiyənin Xarici İşlər naziri: “Fransa rəsmi Ankaradan üzr istəməlidir”

Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

Bir erməni gecikmir, bir də Putin... - İlham İsmayıl yazır

“Kül başına Amerika, gör, sənə kim yardım göndərir…”

Elmar Məmmədyarov: Virusun sürətlə yayılması bütün bəşəriyyət üçün ciddi bir çağırışdır

BMT-dən qaçqın statusu ilə bağlı açıqlama

SON XƏBƏRLƏR
2020-07-05
2020-07-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK