ANA SƏHİFƏ / SİYASƏT

Parlament Jurnalistləri Birliyinin bir qrup üzvü 100 il əvvəlki sələflərini belə yad etdi - VİDEO

9389    |   2020-06-02 11:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Parlament Jurnalistləri Birliyi (PJB) 1918-1920-ci illərdə fəaliyyət göstərən parlament jurnalistlərinin tanıdılması üçün təkliflə çıxış edib.

Adalet.az xəbər verir ki, qurumun bir qrup üzvü tarixçi alim Firdovsiyyə Əhmədova ilə birgə Üzeyir Hacıbəyli və Cəfər Cabbarlının məzarını ziyarət edib.

O zaman Üzeyir və Ceyhun Hacıbəyli qardaşları, Cəfər Cabbarlı, Şəfi bəy Rüstəmbəyli kimi şəxsiyyətlər az qala hər iclasında tarix yaşanan, köklü qərarlar verən parlamentin ictimai həyatdakı səsi idilər...

Eyni zamanda, Azərbaycan parlamentinin işinin işıqlandırılmasında Xəlil İbrahim, Əhməd Həmdi Qarağazadə, Əli Yusif, Fərhad Ağazadə "Azərbaycan” qəzetində məqalələrlə çıxış edirdilər.

Maraqlısı odur ki, Azərbaycan milli hərəkatının ideoloqu Məhəmməd Əmin Rəsulzadənin belə, zaman-zaman parlamentin fəaliyyəti ilə bağlı "Azərbaycan” qəzetində geniş yazıları dərc olunurdu.

Dövrünün ən aktiv jurnalistlərindən olan, parlament müxbiri kimi fəaliyyət göstərən dahi şəxsiyyətlərdən biri də Cəfər Cabbarlı idi. Əksəriyyyət onu dramaturq, nasir kimi tanısa da, C.Cabbarlının AXC dövründə parlamentdə böyük xidmətləri olub.

Min bir çətinliklə AXC parlamentinin qərarlarını yazmağa, mətbuatda işıqlandırmağa tələsənlər... Parlamentin başqa millətlərdən, müxalif partiyalardan olan üzvləri Azərbaycan mənafeyi əleyhinə bir söz deyərkən deputatlardan çox məhz onlardan çəkinirdilər.

Elələri var idi ki, hökumət kabinetində yüksək vəzifə tutmalı olduğu halda, AXC parlamentində jurnalist kimi çalışırdı. Bu, onlar üçün daha ülvi və ali məslək sayılırdı...

Azərbayançılıq eşqi ilə yaşayan həmin şəxsiyyətlərin adını əbədiləşdirmək üçün maraqlı bir təklif də var.




İmza:

Siyasi partiyalar arasında geniş müzakirələrin aparılması üçün görüş keçirilib

Özünü müxalifət adlandıran antimilli şura Ermənistanla eyni mövqedən çıxış edir - Elçin Mirzəbəyli

Prezident İlham Əliyev Yaponiya imperatoruna başsağlığı verib

İLHAM ƏLİYEV: "QARABAĞ MÜNAQİŞƏSİ ÖLKƏMİZİN ƏRAZİ BÜTÖVLÜYÜ ÇƏRÇİVƏSİNDƏ HƏLL OLUNMALIDIR"

Borell Ankarada: Çavuşoğludan Qərbə mesaj...

Nazirlik Qarabağ müharibəsi əlilinin mənzil təminatı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi

Komitə sədri “Fairmont”da dincələnlərdən DANIŞDI: “Qudurğanlıqdır”

Rusiya ilə Ermənistan arasında yeni qalmaqal: Moskva Yerevandan izahat tələb etdi

Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi - CANLI

Əli Əhmədov: "Sosial media səhifələrində milli şura üzvlərinin Azərbaycana atdığı böhtanlar..."

Prezidentin tarixi təşəbbüsü beynəlxalq miqyasda yüksək qiymətləndirildi

Leyla Abdullayeva Ermənistan XİN rəhbərinin qondarma rejimin “prezidenti” ilə görüşünü şərh etdi

SON XƏBƏRLƏR
2020-07-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.73%)
Pullsuz (11.27%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK