ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: YER ÜZÜNÜN MƏLƏKLƏRİ

7488    |   2020-06-03 08:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Mələklər təkcə Göy üzündə olmurlar, həm də Yer üzündə olan mələklər var. Və biz heç vaxt Göy üzündə olan mələkləri görə bilmirik. Amma Yer üzündə olan mələklərlə hər gün olmasa da, tez-tez üzləşirik. Elə bir insan olmaz ki, xəstələnməsin, çətin durumda olmasın və həkimlərə üz tutmasın. Və həkimlərə üz tutanda hər bir xəstə, hər bir insan göydə Allahdan, yerdə o ağ xalatlılardan imdad diləyir.

Mən həmişə demişəm və yenə o fikri səsləndirməyi özümə borc bilirəm: həkimlər Allah-Təala ilə xəstənin arasında olan bir vasitəçidi. Yəni onlar ağır xəstələri Allahın köməkliyilə ölümün pəncəsindən xilas eləyirlər. Hələ elə bir həkim görməmişəm desin ki, mən filankəsin həyatını xilas eləmişəm. Və həmişə də həkimlərdən bu fikri eşitmişəm: Allah kömək elədi, mən də xəstəni xilas elədim!

Qəlbimdə və ürəyimdə həmişə o insanlara, o həkimlərə, o mələklərə çox böyük məhəbbətim olub. Ki, onlar məni nə az, nə çox, düz 7 dəfə ağır əməliyyat zamanı Əzrayılın əlindən xilas ediblər... Onlar mənim balalarımı gözüyaşlı qoymayıblar... Çöldə səbirsizliklə əməliyyatın nəticəsini gözləyən dostlarımı, əzizlərimi sevindiriblər... Onlar 7 dəfə bir mələk kimi öz qanadlarıyla mənim üstümə çökən ölümün qarşısını alıblar. Məgər bunları unutmaqmı olar?! Məgər bunları yaddan çıxarmaq mümkündürmü?! Bunlar hamısı mənim yaşadığım anlardı, saatlardı, dəqiqələrdi...

Böyük ziyalı, böyük alim və böyük yazıçı- ədəbiyyatşünas Qulu Xəlilov bu mələklərlə bağlı "Yaşamaq istəyirəm” povestində çox yaddaqalan və unikal məqamlar qələmə alıb. Və bu mələklər mənim sevimli müəllimimlə düz 11 dəfə Əzrayılın əlindən alaraq həyata qaytarıblar... Və düz 11 dəfə onun ailəsini, balalarını, doğmalarını sevindiriblər... Ölüm haqdır! O nə vaxtsa bizim başımızın üstünü kəsdirməlidir. Və bu ölüm mələyindən heç kim canını qurtara bilməz. Və Allah-Təalanın üzni olmadan heç kəsin də həyatına son qoyulmaz...



Həkim görmüşəm ki, güllə-boranın içində çabalayan yaralını xilas etməyə can atıb. Bax, bu hadisə 1990-cı ilin yanvarın 20-də olub. Yaralını rus əsgərlərinin əlindən xilas edən o həkimlər o qəddar rus əsgərlərinin işıq saçan güllələrinin qurbanına çevriliblər. O həkimlər Qarabağ döyüşlərində, səngərdə erməni gülləsindən yaralanan əsgəri xilas edib, özü şəhid olub. Və o həkimlər bilirdilər ki, hər an, hər dəqiqə şəhid ola bilərlər... Və o həkimlər bilirdilər ki, onları Əzrayıl gözləyir. Ancaq o həkimlər nə düşmən gülləsindən qorxdular, nə də ermənilərin vəhşi hərəkətlərindən. Səngərdə ağır yaralıları xilas elədilər. Xocalıda da belə oldu... Şuşada da.... Kəlbəcərdə də... Ağdamda da.... Füzulidə də... Çünki mələklər ölümdən qorxmurdular...

... Heç bir həkim istəməz ki, onun xəstəsi əlində vəfat etsin. Mən həkim görmüşəm ki, xəstəni son nəfəsinə qədər ölümün pəncəsindən xilas etməyə çalışıb. Gecə-gündüz onun başının üstünü kəsdirib, evinə getməyib, balalarının üzünü görməyib, xəstəni xilas etməyə cəhd edib. Ancaq xəstə keçinəndə hər yerdən əli üzülən həkim dizini yerə qoyub hönkür-hönkür ağlayıb. Bilib ki, bu xəstənin həyatı həkimdən yox, Allahdan asılı olub. Bax, belə həkimlər var və həmişə olub...

Bu gün dünyanı çox böyük təhlükə - koronavirus bəlası cənginə alıb. Ən nəhəng dövlətlər bu xəstəliyin qarşısında diz çöküblər. Artıq dünyanın bir nömrəli gücü olan ABŞ-da bu xəstəlikdən ölənlərin sayı 100 mini ötüb. Virusa yoluxanlar isə milyonlarladı. Amma Azərbaycan kimi balaca bir ölkədə bu bəlaya qarşı ölkə prezidenti İlham Əliyevin dəstəyilə öncədən böyük tədbirlər görülüb. Nə az, nə çox, xaricdən ölkəmizə 200-dək süni tənəffüz aparatı gətirilib. Ən müasir xəstəxanalar bu xəstələri qəbul edib. Hətta ölkəmizdə 6 modul tipli xəstəxana tikilir. Artıq onlardan birinin açılışında prezident İlham Əliyev iştirak edib və həmin xəstəxana artıq fəaliyyət göstərir. Və ölkəmizdə bu epidemiyaya qarşı çox möhtəşəm proqramlar gerçəkləşdirilib.

Möhtəşəm işlərin həyata keçirilməsində Azərbaycan həkimləri sözün həqiqi mənasında həyatlarını təhlükə qarşısında qoyaraq bu bəla ilə mücadilə edirlər. Bu mücadilə elə-belə iş deyil. Ən azından o həkimləri hər an, hər dəqiqə koronavirusa yoluxmaq təhlükəsi gözləyir. Və onu da deyək ki, hardasa 100-dən çox həkim bu bəlaya düçar olub. Hətta dünyasını dəyişən həkimlər də var. O həkimlər ki, onlar Allah-Təala ilə xəstənin arasında bir vasitəçilik yaradırlar... o həkimlər ki, onlar Yer üzünün mələkləridir və çiyinlərinə ən ağır yük düşüb... o həkimlər ki, düz 2 aydan çoxdur ki, ailələrinin, balalarının üzünü görmürlər. Bax, bunlara sözün həqiqi mənasında mələk deməyim, nə deyim...

... Hər səhər onlar kombinzonları əyninə geyinir və bircə gözlərini görmək mümkündür. Və 24 saat ölüm ayağında olan və hətta süni tənəffüs aparatına qoşulan xəstənin başının üstünü kəsdirirlər. Onlara sistem köçürürlər, iynə vururlar, dərman verirlər. Və ağır xəstələrin olduğu reanimasiya otaqlarında çox vaxt həkimlər səhərə qədər yatmırlar. Və səhərə qədər ayaqüstə durub ölümlə mücadilə edən xəstəyə şəfa vermək elə də asan deyil. Bunun üçün ən azından həkimlər öz sənətini, millətini, xalqını və ən nəhayət, müalicə etdiyi xəstəsini sevməyi bacarmalıdır.

Mənim bir dostum var – təqaüddə olan polis polkovnikidi. O da koronavirusa yoluxaraq Tibb Universitetinin Cərrahiyyə klinikasında müalicə olunub. Deyir ki, heç bilmirdim məni müalicə edən həkim kim idi? Ancaq gözünü görürdüm və bir də səsini eşidirdim. Gözünü gördüyüm və səsini eşitdiyim o həkim mən reanimasiyada olanda düz 3 gün yatmadı və başımın üstündə durdu. Tez-tez də deyirdi ki, qorxma, sağalacaqsan! Allahın və həkimlərin mücadiləsi hesabına mən həyata qayıtdım. İndi ailəmin, balalarımın, nəvələrimin yanındayam. Göydə Allaha, yerdə də bu həkimlərə duaçıyam!

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin koronavirus xəstələrini müalicə edən həkimlərlə bağlı çox unikal və yaddaqalan deyimi var: "Ölümün pəncəsindən koronavirus xəstəsini xilas edərkən dünyasını dəyişən həkimlər şəhiddirlər. Onlar şəhid kimi bu xalqın tarixinə düşürlər”.

Nə qədər yaddaqalan və ədalətli bir fikir. Əlbəttə, bu həkimlər heç də adi həkimlər deyillər. Onlar bilə-bilə, görə-görə özlərini ölümün ağuşuna atırlar ki, o xəstələri xilas eləsinlər. Bu fikrə qüvvət olaraq demək istəyirik ki, onlar şəhid olmaqla yanaşı, həm də qəhrəmandırlar. Ancaq qəhrəmanlar, cəsarətli insanlar və heç nədən qorxmayan adamlar belə addım ata bilərlər. Başqasının həyatını xilas etmək üçün öz həyatını qurban vermək elə də asan deyil. Bunun üçün gərək o adamın böyük Allah sevgisi, Allah məhəbbəti və böyük ürəyi olsun. Və bu böyük ürək də, bu böyük qəlb də bu gün Azərbaycan həkimlərində var.

Biz bir fikri də xüsusilə vurğulamaq istəyirik ki, zaman keçəcək, bu koronaviruslu günlər də tarixə dönəcək. Bax, tarixə dönəndə Azərbaycan həkimləri də yeni bir şərəfli, yaddaqalan və insanpərvərlik tarixini yaradacaqlar. O tarix ki, o həkimləri, o mələkləri, o insanları hər zaman, hər an yaşadacaq.

...Və o həkimləri fərqləndirmək üçün onlara yüksək əmək haqqı ilə yanaşı, bir medal, bir orden, bir döş nişanı da təsis etmək olar. Ən azından ona görə ki, biz Böyük Vətən Müharibəsində iştirak edənlərin, Qarabağ döyüşündə vuruşanların sinəsində orden və medallar görürük.Və belə orden və medalları da koronavirusla mücadilə edib ağır xəstələri həyata qaytaran Yer üzünün mələklərinin – həkimlərin sinəsində görsək çox sevinərik. Sevinərik ki, tarix və insanlar həyatlarını bizim yolumuzda qurban verən bu mələkləri heç vaxt unutmur...




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2020-07-11
2020-07-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK