ANA SƏHİFƏ / YAZARLAR

O, mənim müəllimim olub... - İlqar Rəsul yazır

13272    |   2020-05-31 12:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu əhvalatı mənə mərhum müəllimim, professor Nəsir İmanquliyev danışıb. O vaxt mən BDU-nun jurnalistika fakültəsində oxuyurdum.

Bir gün fakültənin dekanı Akif Rüstəmov məni çağırıb dedi ki, gəl ikimiz bir savab iş görək. Dedim nə məsələdir?

Dedi "Nəsir müəllim xəstələnib, bir müddət işə gələ bilməyəcək. Mən onun dərslərini deyim, sənsə maaşını aparıb özünə çatdır”..

Beləcə, hər ayın axırı mən hündür boylu, enli kürəkli, zarafatından qalmayan Nəsir müəllimin evinə getməli oldum. İlk dəfə məni qapıda görəndə güldü. Dedi ki, əgər Akif müəllim bu işi sənə tapşırıbsa, deməli etibar edir....

Akif Rüstəmovun ona qarşı niyə belə həssas davranmasının səbəbini soruşdum. Nəsir İmanquliyevin gözlərində istehzalı bir kədər peyda olub itdi. Gülümsünüb: –Akif dəyərli adamdı, Allah onun canını sağ eləsin! – deyərək danışmağa başladı...

1990-cı illərin əvvəllərində BDU-nun o vaxtkı rektoru (indi haqq dünyasındadır) jurnalistika fakültəsinin dekanı Akif Rüstəmovu çağırıb deyir ki, "təqdimat yaz, Nəsir İmanquliyevi işdən çıxardaq”. Akif Rüstəmov cavab verir ki, "mən belə iş tuta bilmərəm. O mənim müəllimim olub”. Rektorsa - get, yaz, gətir - deyə təkid edir. Bir neçə gündən sonra rektor Akif müəllimi çağırıb - təqdimat nə oldu? -deyə şoruşur. Dekan yenə də "o, mənim müəllimim olub”- deyə yazmadığını bildirir. Rektor əsəbiləşib daha inadla təqdimat tələb edir...


Aradan bir həftə də keçir. Rektor yenə Akif müəllimi kabinetinə çağırır. O qapıda görünən kimi – yazmısan?- deyə soruşur. Bu dəfə Akif Rüstəmov – hə, yazmışam –deyərək özünün işdən azad olunması üçün yazdığı ərizəni rektorun qarşısına qoyur. Rektor ərizəyə baxdıqdan sonra:

- Bu nə oyundu çıxarırsan? Qoca kişidir, qoy getsin, otursun evində. Axı o, sənin nəyinə lazımdır? - deyib özündən çıxır.

Akif Rüstəmov yenə də sakitcə "o, mənim müəllimim olub” deyərək kabinetdən çıxır...
Bu arada Nəsir İmanquliyev özü də Akif müəllimə -"hər şey mənim başımdadır. Sənlik nə var ki, yaz təqdimatı, bu iş bitsin”- deyir...

Sonlar daha bir neçə dəfə rektor təqdimatı xatırladıb gözlədiyini desə də Akif Rüstəmov yazmır ki, yazmır...

1993-cü ildə, ölkədə vəziyyət dəyişir. Universitetin yeni rəhbərliyi bir vaxtlar "Bakı” və "Baku” qəzetlərinin yaradıcısı və ilk redaktoru olmuş, 1947-ci ildən BDU-da pedoqoji fəaliyyətlə məşğul olan bu qocaman müəllimin əməyini qiymətləndirir. Nəsir İmanquliyev BDU-nun professoru olur. Jurnalistika sahəsindəki xidmətlərinə görə haqqında sənədli filim çəkilir...

Və bir gün keçmiş rektorla dekan BDU-nun pilləkənlərində rastlaşırlar. Keçmiş rektor dekana:

-Akif, demək sən bu günü görürdün?

Dekan keçmiş rektora:

-Əşşi, nə bu gün ey. Dedim axı, o, mənim müəllimim olub !

P.S.

Bir ay əvvəl Nəsir İmanquliyevin 100 yaşı qeyd olunanda bu əhvalatı xatırladım. Yazmazdan əvvəl bəzi məqamları dəqiqləşdirmək üçün BDU-nun jurnalistika fakültəsinin keçmiş dekanı Akif Rüstəmova telefon açıb görüş təyin etdim. Gəldi, amma bu barədə heç nə danışmadı. Niyyətimi duyunca, gözündə istehzalı bir kədər peyda olub itdi. Siqaret yandırdı. Gülümsünüb sadəcə, -işdi, olub keçib, Allah Nəsir müəllimə rəhmət eləsin! - dedi...

Ondan ayrılıb bir az gedəndən sonra çevrilib bir müddət mənim balaca boya, böyük ürəyə sahib olan Akif müəllimimin necə uzaqlaşmasını seyr etdim. Baxdım və düşündüm ki, görəsən, ehtiyacı olsaydı, mən də onun öz müəlliminə etdiyini Akif müəllim üçün edərdim? Qərara gəldim ki, hə, edərdim. Axı O, MƏNİM MÜƏLLİMİM OLUB...





İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-07-13
2020-07-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK