ANA SƏHİFƏ / DÜNYA

Avstriyada otellər və turizm obyektləri fəaliyyətlərini bərpa edir

8594    |   2020-05-29 11:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mayın 29-dan etibarən Avstriya hakimiyyəti otellərin, turizm və istirahət obyektlərinin işini bərpa edir.

Bu koronavirusla bağlı məhdudiyyətlərin qaldırılmasının dördüncü mərhələsidir.

Ölkədə məhdudlaşdırıcı tədbirlərin mərhələli şəkildə qaldırılması hər iki həftədən bir həyata keçirilir ki, bu da epidemioloji vəziyyəti təhlil və nəzarət etməyə imkan verir. Normal həyata qayıtmanın hər mərhələsində insanlara gigiyena qaydalarına riayət etmək, bir metr sosial məsafə saxlamaq və qapalı otaqlarda qoruyucu maskalar taxmaq zəruriliyi xatırladılır.

"Otellər, istirahət obyektləri, üzgüçülük hovuzları mayın 29-dan işə başlaya bilər. Bu andan etibarən 100 nəfərə qədər insanın toplandığı mədəniyyət və incəsənət tədbirləri keçirə bilərsiniz", - səhiyyə nazirliyinin başçısı Rudolf Anşhober deyib.

Avstriyada məhdudiyyətlərin qaldırılmasının dördüncü mərhələsi ictimai həyatın ən əhəmiyyətli hissəsini əhatə edir. Artıq otellərdə, hovuzlarda, əyləncə parklarında, turizm saytlarında, fitness mərkəzlərində, kazinolarda, oyun maşınlarında, idman və mədəni tədbirlərdə sərt sanitariya tədbirlərinə riayət edilməlidir.




İmza:

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 230 mindən çox artıb

Türkiyədə koronavirusdan sağalanların sayı 194 min nəfəri ötüb

Yaponiyada son sutkada 400 nəfərdə koronavirus aşkarlanıb

Tramp pandemiya dövrüdən ilk dəfə maska ilə göründü - FOTO

Məşhur hindistanlı aktyor koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib

Aya Sofya problem yaradacaq – Kipr prezidenti

Tramp ABŞ-ın NATO-dan çıxması məsələsində mövqeyini açıqladı

Aya Sofyada ilk Cümə namazı iyulun 24-də qılınacaq

Lukaşenko: “Ölkənin dağılma təhlükəsi var”

Lavrov: “Çinlə ABŞ arasında vasitəçilik etməyə hazırıq”

Aİ-nin yeddillik büdcə planı fikir ayrılıqlarına görə azaldılacaq

ÜST ekspertləri koronavirusu araşdırmaq üçün Çinə yol düşüb

SON XƏBƏRLƏR
2020-07-13
2020-07-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK