ANA SƏHİFƏ / MƏMLƏKƏT

Leyla Əliyevanın təşəbbüsü ilə yardım aksiyası keçirildi - FOTO

6356    |   2020-05-24 00:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə müqəddəs Ramazan ayında Bakıda və Moskvada ehtiyacı olan insanlara yardım aksiyası keçirilib.

AZƏRTACxəbər verir ki, on ildən artıq müddətdə hər il Moskvadakı Poklonnaya qorada "Ramazan çadırı” adlı mədəni-xeyriyyə layihəsi həyata keçirilir. Müqəddəs Ramazan ayında bütün arzu edənlər iftar vaxtı bu çadıra şam yeməyinə və peşəkar milli kollektivlərin çıxışlarını dinləməyə gəlirlər.

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi hər il bu layihədə fəal iştirak edir, dindarlar üçün iftar süfrəsi təşkil edir. Bu il koronavirus epidemiyasına görə "Ramazan çadırları” ləğv edilib, amma könüllülər ehtiyacı olan insanlara ərzaq məhsulları və hazır yeməklər aparırlar. Rusiya Müftilər Şurasının bu xeyriyyə proqramında Azərbaycan da iştirak edib. Bununla əlaqədar, "Şatyor-TV”-nin növbəti buraxılışı Azərbaycan mədəniyyətinə həsr edilib.

Buraxılışda qeyd edilir ki, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi "Zəkat” Fondu ilə birlikdə ehtiyacı olan insanlara ərzaq dəstləri çatdırılmasında iştirak ediblər. Buraxılışın aparıcısı əvvəlki illərdə keçirilən Azərbaycan axşamlarını xatırlayaraq, belə aksiyaların əhəmiyyətini qeyd edib, müqəddəs Ramazan ayında Bakıda və Moskvada ehtiyacı olan insanlara göstərilən dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. O deyib: "Qoy Ulu Tanrı sizin xeyirxah əməllərinizə bərəkət versin!”.





İmza:

İlham Əliyev və Mehriban Əliyeva çoxmənzilli binalarda yaradılan şəraitlə tanış oldular - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda körpələr-evi uşaq bağçasının açılışında

Azərbaycanda karantinə alınan icra başçısı danışdı: “Heç kimlə təmasda olmamaq...” - VİDEO

İlham Əliyev və Mehriban Əliyeva nəqliyyat vasitələri və xüsusi texnikalarla tanış oldular - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Pirsaat Baba ziyarətgahında - FOTO

Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxdu, 134 nəfər sağaldı, 2 nəfər öldü

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda

Sabah 31 dərəcə isti olacaq

Şamaxının icra başçısı və İcra Hakimiyyətinin əməkdaşları karantinə alınıb

Mədəniyyət nazirinin səlahiyyətləri heç kimə həvalə edilməyib - RƏSMİ

Pandemiya dövründə qida məhsullarının ticarətinə dair metodiki göstərişlər - VİDEO

İçərişəhər sakinlərindən təhlükəli və xeyirxah əməl: Quyuya düşmüş pişiyi xilas etdilər - VİDEO

SON XƏBƏRLƏR
2020-05-25
2020-05-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK