ANA SƏHİFƏ / GÜNDƏM

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi başa çatıb - VİDEO

5219    |   2020-05-23 22:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Naxçıvan Qarnizonu Qoşunlarında ərazidə keçirilən iki tərəfli komanda-qərargah təlimi başa çatıb.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, təlimin planına əsasən qərargahlarla ərazinin müxtəlif istiqamətlərində döyüş tapşırıqları dəqiqləşdirilərək birləşmə və hissələr arasında maket üzərində qarşılıqlı əlaqə təşkil edilib.

Təlimin vahid taktiki şəraiti fonunda 12 motoatıcı və mexanikləşdirilmiş bölük, 18 artilleriya və minaatan batareyası ilə döyüş atışlı taktiki təlim keçirilib. Bölmələr tərəfindən taktiki fəaliyyətlər və döyüş atışları icra edilib.
Komanda-qərargah təliminin sonuncu mərhələsində Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində birləşmə və hissələrin fəaliyyəti, qərarların və hesablamaların reallığı kompüter dəstəkli təlimdə qiymətləndirilib.

Təlimin sonunda fəaliyyətlərin təhlili aparılan zaman komandir və qərargahların döyüşün planlaşdırılması üzrə idarəetmə vərdişlərinin təkmilləşdirildiyi, qarşıya qoyulmuş məqsədlərə nail olunduğu bildirilib, aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində isə müvafiq tapşırıqlar verilib.




İmza:

Azərbaycanda daha 140 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı

Kim yaxşı dədəsini sizə verəcək? - Rəsulzadə ilə Nərimanovu söyənlərə

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Ölkəyə gətirilən tibbi ləvazimatlara görə daha bir ay gömrük rüsumu ödənilməyəcək

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi başa çatıb - VİDEO

Rəşad Mahmudov: Son günlərin statistikası pandemiyanın “ikinci dalğası”nın yetərincə real olacağını göstərir

Azərbaycan və Türkmənistan arasında fiber-optik xəttin çəkilməsi müzakirə olunub

Dövlət başçısına yazırlar: Bu çətin günlərdə xalq-Prezident həmrəyliyi Sizin güclü lider olduğunuzun göstəricisidir

Sahibkarlıq subyektlərində monitorinqlər aparılır

UNEC-də MBA proqramında 3 yeni ixtisas üzrə qəbul aparılacaq

Pandemiya dövründə 10 mindən artıq vətəndaş dövlət hesabına Azərbaycana gətirilib

Bayram süfrələrinin təşkilini qətiyyən tövsiyə etmirik - Ramin Bayramlı

SON XƏBƏRLƏR
2020-05-25
2020-05-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK