ANA SƏHİFƏ / HÜQUQ

Azərbaycanda pandemiya dövründə 624 məhkum azadlığa buraxılıb - RƏSMİ

24717    |   2020-05-23 19:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Pandemiya dövründə 624 məhkum azadlığa buraxılıb, 310 həbs edilmiş şəxs isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad edilib.

Adalet.az-ın məlumatına görə, bunu Ədliyyə naziri Fikrət Məmmədov onun sədrliyi ilə Penitensiar və Tibb xidmətlərinin rəhbərliyinin, cəzaçəkmə müəssisələri rəislərinin, habelə nazirliyin digər aidiyyəti məsul işçilərinin iştirakı ilə videokonfrans formatında keçirilən əməliyyat müşavirəsində deyib.

Nazir penitensiar xidmətin fəaliyyətinin dövlət başçısının tapşırıqlarına uyğun qurulmasını, bu sahədə mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılmasını diqqətə çatdırıb. Bəzi əməkdaşlar tərəfindən xidməti vəzifələrinin icrasına laqeyd yanaşılmasını, neqativ hallara və korrupsiyaya şərait yaradan pozuntulara yol verilməsini qeyd edərək bunların insanları narazı saldığını, şikayətlər doğurduğunu bildirib.

Bununla bağlı sui-istifadə, vətəndaşların haqlı narazılığına səbəb olan pozuntulara, o cümlədən korrupsiyaya şərait yaradan hallara görə son iki ildə Penitensiar xidmətin 470-ə yaxın əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, onlardan 40 nəfəri ədliyyə orqanlarından xaric edilib və ya vəzifədən azad olunub, 2 nəfər barəsində materiallar istintaqa verilib.

Müşavirədə ədliyyə işçisinin adına və nüfuzuna xələl gətirən hərəkətlərin yolverilməzliyi, lazımi nəticə çıxarmayan və işində dönüş yaratmayan əməkdaşların penitensiar sistemdə yer olmadığı və qanun pozuntularına qarşı ən ciddi tədbirlərin görüləcəyi qeyd edilib.

F.Məmmədov, həmçinin, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmin olunmasını, rejim qaydalarına dürüst əməl edilməsini, tərbiyə işinin, nizam-intizamın, təhlükəsizlik və mühafizə tədbirlərinin gücləndirilməsini Penitensiar xidmət və tabe müəssisələrin rəhbərlərindən tələb edib.

Eyni zamanda, penitensiar və tibb xidmətlərinin işinin səmərəliliyinin artırılması, kadr işinin təkmilləşdirilməsi, əməkdaşların peşəkarlığının və məsuliyyət hissinin yüksəldilməsi, tabe qurumların fəaliyyətinə təsirli nəzarətin artırılması ilə bağlı konkret göstərişlər verilib. Ölkə başçısının korrupsiyaya qarşı mübarizədə xüsusi önəm verdiyi şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıqlar diqqətə çatdırılıb.



İmza:

Baş Prokurorluğun nümayəndələri COVİD-19-la bağlı videoformatda keçirilmiş tədbirdə iştirak ediblər

Saxlanılan bələdiyyə sədri və sabiq icra nümayəndəsinin görüntüləri yayıldı - VİDEO

Baş Prokurorluğun nümayəndələri beynəlxalq videokonfransda iştirak edib

“Muxtar” ləqəbli terrorçu Azərbaycana ekstradisiya olundu - RƏSMİ

Beynəlxalq axtarışa verilən 4 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Prokurorluq Xırdalandakı qətllərlə bağlı məlumat yayıb

Göyçayda evi icazəsiz tərk edən koronavirus xəstəsinə qarşı cinayət işi başlanıb

General: Cinayətlərin 95 faizdən çoxunun üstü açılıb

Baş Prokuror xarici ölkələrdəki həmkarlarına müraciət etdi

Baş prokurorluq mətbuat işçilərini təbrik edib

Prokurorluq Lənkəranda iki nəfərin bıçaqlanması ilə bağlı məlumat yayıb

Baş Prokurorluq Sumqayıtdakı qətllə bağlı məlumat yayıb

SON XƏBƏRLƏR
2020-08-08


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK