ANA SƏHİFƏ / MƏMLƏKƏT

“Azərsun Holdinq” aztəminatlı ailələrə Ramazan sovqatı hədiyyə etdi

7664    |   2020-05-23 14:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xalqımızın milli-mənəvi dəyərlərinə həssaslıqla yanaşan, təkcə xüsusi günlərdən deyil, hər zaman aztəminatlı, xüsusi qayğıya ehtiyacı olan insanların yanında olan "Azərsun Holdinq” Ramazan bayramı ilə əlaqədar sosial tədbirlərini davam etdirir.

Holdinqdən Adalet.az-a bildirilib ki, şirkətlər qrupu bu dəfə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı ilə birgə Azərbaycanda 3-cü ölkələrdən gələn qaçqın və sığınacaq axtaranlara öz istehsal etdiyi məhsullardan hazırlanmış bayram bağlaması hədiyyə edib. Onlar arasında Əfqanıstan, Rusiya, İran və İraqdan gələn qaçqın və sığınacaq axtaranlar üstünlük təşkil edib.

Qeyd edək ki, BMT-nin qaçqınlarla işləyən qurumu olan Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycanda öz nümayəndəliyini 1992-ci ildə yaradıb. Qurumun əsas məqsədi BMT-nin öz təşəbbüsü ilə qaçqınları himayə etmək və dəstəkləmək, onların öz ölkələrinə qaytarılması, üçüncü ölkələrə köçürülməsi və lokal inteqrasiyasını təmin etməkdir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının bu ilə olan son statistikasına əsasən, Azərbaycanda digər ölkələrdən gələn 1138 qaçqın və 865 sığınacaq axtaran himayə olunur.




İmza:

Sədərək Ticarət Mərkəzinə sahibkar və satıcıların maskasız girişi qadağan edildi

Azərbaycan-Rusiya sərhədindəki sıxlıqla bağlı DGK açıqlama yaydı

Vətəndaşların nəzərinə! Kafe və restoranlar bu qaydalar əsasında işləyəcək

Bakıda növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılır

Sabah güclü külək əsəcək, şimşək çaxacaq - PROQNOZ

Buraxılış imtahanları fənləri üzrə balların hesablanması qaydası AÇIQLANDI

Könüllülərdən daha bir maraqlı maarifləndirici aksiya

Mənzillə və fərdi evlə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatdı

“Yüksəliş” in Azərbaycan Xalq Cümhuriyyətinin 102 illiyinə həsr olunan vebinarı təşkil edilib

Azərbaycanda restoran və “Mall”ların fəaliyyəti bərpa olunur - RƏSMİ

Azərbaycanda qoruyucu tibbi maskaların taxılması məcbur olan yerlər açıqlandı - SİYAHI + VİDEO

Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ

SON XƏBƏRLƏR
2020-05-30
2020-05-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK