ANA SƏHİFƏ / MƏMLƏKƏT

Qafqaz Müsəlmanları İdarəsindən bayram namazı ilə bağlı AÇIQLAMA

9139    |   2020-05-23 13:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ramazan bayramı Şəvval ayının 1-i – Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcək.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib ki, bu il ölkəmizdə karantin rejiminin müddətinə dair Azərbaycan hökumətinin verdiyi qərara əsasən bayram namazı məscidlərdə qılınmayacaq:

"Ramazan ayına dair QMİ Qazılar Şurasının fətvasında fitrə zəkatına dair tövsiyələr əksini tapıb. Bir daha xatırladırıq ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür.

Bu günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxararaq imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.

Fətvada qeyd olunan bütün müddəalar Ramazan ayının sonuna kimi qüvvədədir".

Qeyd edək ki, aprelin 20-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilar Şurasının Ramazan ayının başlanması ilə bağlı fətvasında deyilirdi ki, xüsusi karantin dövrünün tələblərinə uyğun olaraq məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılması barədə zəruri qərar verilib:

"Biz, din xadimləri mövcud xəstəliyin təmas, ünsiyyət vasitəsilə yoluxmasını nəzərə alaraq, bütün məhdudlaşdırıcı tədbirləri dəstəkləyirik. Xüsusi karantin rejimi dövründə şəriətdə vacib olmayan, adət-ənənələrimizə söykənən dini mərasimlərin (ehsan, mövlud və s.) keçirilməməsini tövsiyə edirik. Şəri baxımdan vacib olan dəfn mərasimləri şəriət qaydalarına əməl edilməsi şərtilə karantin dövründə məhdud çərçivədə həyata keçirilməlidir. İftar süfrəsinin də hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına çağırırıq. Bildiririk ki, bütün bu tövsiyələr hazırda tüğyan edən xəstəlik səbəbindən müvəqqəti səciyyə daşıyır".




İmza:
SON XƏBƏRLƏR
2020-07-08


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK