ANA SƏHİFƏ / SİYASƏT

Azərbaycandakı müxtəlif icmalar və dini qurumların rəhbərləri ilə videomüzakirə aparılıb

7709    |   2020-05-22 23:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mayın 22-də Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü əsasında Azərbaycanda fəaliyyət göstərən müxtəlif icmaların və dini qurumların rəhbərləri ilə "Müxtəlif olsaq da – Birlikdə güclüyük!" mövzusunda videokonfrans təşkil edilib.

Komitədən Adalet.az-a bildirilib ki, virtual tədbirdə Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsi sədrinin xarici məsələlər üzrə müavini Rəşad Əliyarlı, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturasının ordinarisi Yepiskopu Vladimir Fekete, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Yakovleviç Şarovski, Avropa Yəhudiləri Bakı Dini İcmasının baş ravvini Sneor Seqal, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Rus İcması sədrinin müavini Lavrina Vitalyevna, Azərbaycanın Ukrayna Konqresinin sədri Yuriy Osadçenko, TİKA Azərbaycanın sədri Teoman Tiryaki, Alman-Azərbaycan Cəmiyyətinin sədri Çingiz Abdullayev, Azərbaycanın Gürcü İcmasının sədri Rafael Qvaladze, Azərbaycanda yaşayan Axıska Türkləri "Vətən” İctimai Birliyinin sədri İsmayıl Rəhimov, Tatarıstan İctimai Birliyinin sədr müavini Emin Ramazanov, Əfqanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Popal Mohammad, "Indian Assosieyşn Azerbaycan” ictimai birliyinin sədri Jacob Metyu, "Indian Assosieyşn Azerbaycan” ictimai birliyinin katibi Mohd Aqueel, Pakistan Diasporunun nümayəndəsi Ahmed Ali Şah, "Poloniya – Azərbaycan Polşa İcması” İctimai Birliyinin sədri Olqa Yujanina, İctimai Birliyin sədr müavini Telman Şamiloviç, Rumınya Diasporunun nümayəndəsi Iosefina Blazsani-Batto, "Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət İctimai Birliyinin rəhbəri Azər Əliyev, Dünya Axısqa Türkləri Birliyinin Azərbaycan təmsilçisi Məmməd Şamilov iştirak ediblər.

Konfransda ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə, hal-hazırda yerli xalqların nümayəndələrinə və millətlərə münasibətdən danışılıb, Azərbaycanda multikultural dəyərlərə önəm verildiyi, etnik azlıqlara qarşılıqlı hörmətin və dini tolerantlıq mühitinin hökm sürdüyü vurğulanıb.

Qeyd olunub ki, müxtəlif xalqların sülh və sabitlik şəraitində yaşaması baxımından ölkəmiz nümunəyə çevrilib.

Videokonfransda müxtəlif dillərdə danışmağa imkan yaradılması da müsbət qiymətləndirilib, yerli və dini icmaların fəaliyyətinin əlaqələndirilməsinin diqqətdə saxlanılmasının əhəmiyyəti qeyd olunub.

İştirakçılar dövlətçilik tariximizə nəzər salıb, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, müasir Azərbaycanın inkişafı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar barədə fikirlərini bölüşüblər.

Sonda tədbir iştirakçıları vətəndaş cəmiyyətinin azad və demokratik şəraitdə fəaliyyət göstərməsinə görə Azərbaycan dövlətinə və onun rəhbərliyinə, eləcə də bu siyasətin həyata keçirilməsində iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə minnətdarlıqlarını ifadə ediblər.




İmza:

“Artıq nakişi olmaqdan bezmişik, kütləvi qeyrətsizləşmə başa çatmaq üzrədir...”

Ağstafaya yeni icra başçısı təyin olundu - SƏRƏNCAM

İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edib - YENİLƏNİB

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Adil Əliyev: ABŞ-ın maraqları Azərbaycanla strateji tərəfdaşlığı diktə edir

Gürcüstanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Prezident İlham Əliyev: Azərbaycanda 30-dan çox DOST mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur

İlham Əliyev: Azərbaycanın bu çətin gündə Moldovaya həmrəylik göstərməsi təbiidir

Prezidentdən sahibkarlara mane olan məmurlara XƏBƏRDARLIQ

Azərbaycanla Fransa arasında əməkdaşlıq yüksək səviyyədədir

Qarabağın azərbaycanlı icmasının rəhbərindən qondarma rejimin “başçısın”a CAVAB

Qaçqın və məcburi köçkünlər cəmiyyətimizin ən həssas təbəqələrindən biridir

Milli Məclisin gündəliyi dəyişdirilib

Aqil Abbas: "Ay it uşaqları, Ramil Markaryanı yatdığı yerdə öldürməyib..."

Kim Çen In Prezident İlham Əliyevi təbrik edib

BMT-nin Baş katibi Antonio Quterreşdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib

MDB Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib

Prezident İlham Əliyev Xorvatiyanın dövlət başçısını təbrik edib

TBMM-in Sədri Milli Məclisin Sədri Sahibə Qafarovaya telefonla zəng edib

ABŞ Helsinki Komissiyasının sədri Azərbaycanı Respublika Günü ilə bağlı təbrik edib

İraqın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Çinin baş naziri: ABŞ-la münasibətlər yeni çətinliklərlə üzləşib

SON XƏBƏRLƏR
2020-05-30
2020-05-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK