ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində müəllimlərə dəstək

13963    |   2020-05-22 18:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Təhsil Nazirliyinin "Virtual məktəb" layihəsi çərçivəsində dəstək çağırışlarına ölkənin ən böyük təhsil şəbəkəsi olan Azərbaycan Təhsil Şəbəkəsinin operatoru "AzEduNet” şirkəti də qoşulub.

Belə ki, hazırda ölkəmizdə tədris prosesinin onlayn şəkildə davam etdirilməsi ilə əlaqədar "AzEduNet" şirkətinin təşəbbüsü ilə "Virtual məktəb” portalı üzərindən qeydiyyatdan keçmiş 10 mindən çox müəllim-pedaqoji heyətinin mobil nömrə balansına 5GB mobil internet paketi yüklənib.

Xatırladaq ki, tədris prosesində innovativ mexanizmlərin tətbiqi üçün geniş imkanlar yaradan Azərbaycan Təhsil Şəbəkəsi hazırda 4 minə yaxın təhsil müəssisəsini əhatə edir. Azərbaycan Təhsil Şəbəkəsinin təqdim etdiyi başlıca imkanlar təhsil müəssisələrində vahid intranet şəbəkəsinin qurulması və intranet üzərindən telekonfrans rabitəsinin (IP telefoniya, videokonfrans) təşkili, internetə yüksək sürətli çıxışın təmin olunması, təhsilalanların internetin zərərli məzmunlarından qorunması, eləcə də şəbəkə və avadanlıqlara texniki dəstək xidmətinin göstərilməsidir.




İmza:

Təhsil Nazirliyində vətəndaşların qəbulu avqustun 31-dək dayandırılır

Orta məktəblərin açılması məsələsinə baxılır

Liseylərə qəbul pulsuz olacaq

52-ci Beynəlxalq kimya olimpiadasından növbəti uğur

UNEC tələbəsinin startapı ölkə üzrə qalib olub

Təhsil Nazirliyi dərslikləri qiymətləndirən mütəxəssislər axtarır

Peşə Təhsili üzrə Dövlət Agentliyi Bakı Nəqliyyat Agentliyi ilə əməkdaşlıq edəcək

Yeni təhsil naziri kimdir? - DOSYE + VİDEO

Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə onlayn təhsilə dair beynəlxalq vebinar keçirilib

4-cü Avropa Fizika Olimpiadasında qazanılan uğur

UNEC magistri ABŞ-ın Linkoln Universitetinin ikili diplom proqramında iştirak edir

Pilot peşə proqramlarına tələbə qəbulunun müddəti uzadılır

SON XƏBƏRLƏR
2020-08-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
İsa Qəmbərin çoxdan işlətmədiyi köhnə telefonuna qəfil zəng gəlir. İsa bəy telefonu açan kimi:

- İsa bəy sizi eşidir, cənab milli təhlükəsizlik xidmətinin əməkdaşı.

Xəttin o başından təəcüblə:

- İsa bəy, siz hardan bildiniz ki, zəng vuran milli təhlükədizlik xidmətinin əməkdaşıdı?

İsa bəy:

- Qardaş, üstündə sim kartı olmayan, batariyasl iki ildən çoxdu işləməyən telefona, sizdən başqa kim zəng vura bilər ki...




digər lətifələr
ARXİV
FACEBOOK