ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Məktəb direktorları və müavinləri ilə virtual görüş keçirildi

3930    |   2020-05-22 12:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Virtual məktəb" layihəsinin yaratdığı imkanlar mövzusunda məktəb direktorları və müavinləri ilə canlı görüş keçirilib. Ümumilikdə 1418 nəfərin iştirak etdiyi görüşdə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov və "Microsoft Azərbaycan" şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov tərəfindən mövzu ətrafında çoxsaylı suallar cavablandırılıb.

Adalet.az xəbər verir ki, görüşdə virtual məktəbdə tədris prosesinin təşkili, təhsilin idarəolunması və təhsilverənlərin peşəkarlığının inkişafı imkanları barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, platforma məktəb rəhbərləri üçün aparılan virtual dərslərin izlənilməsinə, məsafədən təşkil olunmuş dərslərin səmərəliliyinin ölçülməsinə və icmallaşdırılmış məlumatların toplanılması və təhlilinə şərait yaradır. Eyni zamanda virtual məktəbdə xüsusi yaradılmış qruplarda müəllimlərlə birgə pedaqoji şuralar və valideynlərlə iclaslar keçirmək mümkündür.

Bununla yanaşı, layihə çərçivəsində distant dərslərdə istifadə olunan interaktiv alətlər, şagirdlər arasında keçirilən "Virtual əlaçı" bilik yarışması, yay aylarında nəzərdə tutulan müəllim, şagird və valideynlər üçün onlayn seminar və kurslar barədə məlumat verilib. Həmçinin, görüş iştirakçılarının platformada görmək istədikləri yeni funksionallıqlar və tədbirlər barədə təklifləri dinlənilib.




İmza:

"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

ADU-nun tələbələri beynəlxalq müsabiqənin qalibi olub

"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

Məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə videokonfrans keçirilib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlumdur

Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində müəllimlərə dəstək

Məktəb direktorları və müavinləri ilə virtual görüş keçirildi

İmtahan üçün seçilmiş binaların sayı artırıldı

ADU-da 2019-2020-ci tədris ili yaz imtahan sessiyasının təşkili barədə qərar qəbul edilib

Peşə dərslərinin sabahkı cədvəli açıqlanıb

Təhsil naziri Ceyhun Bayramov tələbələrlə videogörüş keçirib

Məktəbli qız şahmat üzrə Avropa çempionu olub

SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK