ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Məktəbli qız şahmat üzrə Avropa çempionu olub

4623    |   2020-05-21 16:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin şahmatçısı Gülsənəm Ağayeva rapid üzrə qızlar və oğlanlar arasında keçirilən onlayn Avropa çempionatında yüksək nəticə əldə edib.

53 ölkədən 1600-dək şahmatçının qatıldığı çempionatın A qrupunda (reytinqi 1400-ə qədər olan şahmatçılar arasında) mübarizə aparan 14 yaşlı Gülsənəm Ağayeva 7,5 xalla qızlar arasında qalib gəlib, ümumi iştirakçılar arasında isə ikinci yeri tutub. Göstərdiyi nəticəyə əsasən, Gülsənəm Ağayeva 2021-ci ildə İtaliyanın Olbia şəhərində keçiriləcək Avropa birinciliyinə vəsiqə qazanıb.

Qeyd edək ki, Gülsənəm Ağayeva cari ildə 14 yaşlı qızlar arasında İranın Rəşt şəhərində keçirilən beynəlxalq turnirin, Ağcabədi rayonunda yeniyetmə şahmatçılar arasında keçirilən ölkə birinciliyinin seçmə yarışlarının qalibi, "Təhsil” RİM-in blits üzrə onlayn respublika birinciliyinin ikincisi olub.




İmza:

"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

ADU-nun tələbələri beynəlxalq müsabiqənin qalibi olub

"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

Məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə videokonfrans keçirilib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlumdur

Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində müəllimlərə dəstək

Məktəb direktorları və müavinləri ilə virtual görüş keçirildi

İmtahan üçün seçilmiş binaların sayı artırıldı

ADU-da 2019-2020-ci tədris ili yaz imtahan sessiyasının təşkili barədə qərar qəbul edilib

Peşə dərslərinin sabahkı cədvəli açıqlanıb

Təhsil naziri Ceyhun Bayramov tələbələrlə videogörüş keçirib

Məktəbli qız şahmat üzrə Avropa çempionu olub

SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK