ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Dillər Universitetində Çin rəssamlığı üzrə master-klass

4296    |   2020-05-21 16:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Ümumdünya Arı Gününə həsr olunmuş - "Huanyao" Çin peyzaj boyakarlığı üzrə onlayn ustad dərsi keçirib. Bu janrın əsas mövzusu həşəratlar, bitkilər, quşlar olub.

Adalet.az-ın məlumatına görə, ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin incəsənətində hər bir təsvirin xüsusi məna və simvolizmlə dolu olduğunu bildirib. Həm rəssam, həm də tamaşaçı təbiət gözəlliyini və ahəngdarlığını öyrənir. Azərbaycan və Çin xalqlarında isə arı Müqəddəs həşərat kimi yad edilir, əməksevərliyin, qənaətcilliyin, məhsuldarlığın və ev ocağının rəmzidir.

R.Abbasov həmçinin bildirib ki, arıçılıq qədim zamanlardan Çin və Azərbaycan ərazisində yayılıb, bal əsasında müalicəvi vasitələrdən geniş istifadə edilib, Azərbaycanın dilində və toponimikasında arıçılıq ilə bağlı adlar saxlanılıb, qədim Çin kitablarında arıçılıq sənəti təsvir edilib, Çin şairləri isə arıları şeirlərində vəsf ediblər. Onlayn ustad dərsin iştirakçıları Çin üslubunda arıların təsvirinin texniki üsulları ilə tanış olublar.




İmza:

"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

ADU-nun tələbələri beynəlxalq müsabiqənin qalibi olub

"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

Məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə videokonfrans keçirilib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlumdur

Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində müəllimlərə dəstək

Məktəb direktorları və müavinləri ilə virtual görüş keçirildi

İmtahan üçün seçilmiş binaların sayı artırıldı

ADU-da 2019-2020-ci tədris ili yaz imtahan sessiyasının təşkili barədə qərar qəbul edilib

Peşə dərslərinin sabahkı cədvəli açıqlanıb

Təhsil naziri Ceyhun Bayramov tələbələrlə videogörüş keçirib

Məktəbli qız şahmat üzrə Avropa çempionu olub

SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK