ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Azərbaycanda Kino Şurası yaradıldı

6916    |   2020-05-20 20:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda dövlət dəstəyi ilə bədii, sənədli və animasiya filmlərinin istehsalı üçün müsabiqələrin təşkilini həyata keçirmək məqsədilə Mədəniyyət Nazirliyi yanında Kino Şurası yaradılıb.

Adalet.az xəbər verir ki, dövlət və özəl kino istehsalı müəssisələri üçün film layihələri müsabiqələri təşkil edəcək Şura üç İşçi qrupundan ibarətdir.

Birinci İşçi qrupu müsabiqəyə təqdim ediləcək film layihəsinə daxil olan ssenari və sənədlər toplusunun maliyyə və hüquqi baxımdan texniki parametrlərə uyğunluğuna əsasən növbəti mərhələyə buraxılan layihə və ya layihələrin, ikinci İşçi Qrupu ssenarilərin bədii-kinematoqrafik keyfiyyətlərinə əsasən, növbəti və son mərhələyə buraxılan layihə və ya layihələrin, üçüncü İşçi qrupu isə ssenari və sənədlər toplusunun əvvəlki mərhələlərdə aldığı qiymətləri də nəzərə alaraq, çəkiləcək filmlərin prodüser və rejissorlarının iştirakı ilə keçirilən pitçinq prosesinin nəticələrinin müəyyən edilməsini həyata keçirəcək.

Kino yaradıcılığı və istehsalı ilə bağlı mütəxəssislər, hüquqşünas, kino maliyyəçisi, KİV-in, müstəqil prodüser mərkəzlərinin, kino nümayişi müəssisələrinin nümayəndələri, dövlət studiyalarının rəhbərləri, kino-marketinq mütəxəssisləri, eləcə də, müxtəlif sənət adamlarından təşkil olunan Kino Şurasının tərkibi aşağıdakı şəxslərdən ibarətdir:

Şuranın sədri

Nazim Hüseynov – "Azərbaycanfilm” kinostudiyasının direktoru

Ərizələrin və sənədlərin qəbulu üzrə İşçi qrupu:

Fikrin Bektaşi – hüquqşünas;

Orxan Əliyev – kino maliyyəçisi;

Leyla Vəzirzadə – kinoşünas, Şuranın Katibi.

Ssenarilərin bədii-kinematoqrafik baxımdan qiymətləndirilməsi üzrə İşçi qrupu:

Yavər Rzayev – rejissor, ssenarist;

Mirbala Səlimli – rejissor, ssenarist;

Fariz Əhmədov – rejissor, prodüser;

Cahangir Səlimxanov – mədəni irs üzrə ekspert, Avropa Mədəniyyət Parlamentinin üzvü;

Roman Orkodaşvili – ssenarist, redaktor, "Nə? Harada? Nə zaman?” (Rusiya) komandasının üzvü;

Orxan Abbasov – operator, Paris Beynəlxalq Kino və Televiziya Məktəbinin məzunu;

Mansur Şəfiyev – rejissor-animator;

Aygün Aslanlı – kino tənqidçisi;

Aydın Talıbzadə – teatrşünas.

Layihələrin iqtisadi qiymətləndirilməsi (pitçinq) üzrə İşçi qrupu:

Nazim Hüseynov – "Azərbaycanfilm” kinostudiyasının direktoru;

Rüfət Həsənov – "Debüt” studiyasının direktoru;

Balakişi Qasımov – İctimai Televiziyanın baş direktoru;

Orman Əliyev – Bakı Media Mərkəzinin direktoru;

İlqar Nəcəf – "Buta Film” prodüser mərkəzinin təsisçisi;

Əli-Səttar Quliyev – "Mozalan” studiyasının direktoru;

Elmar İmanov – "Color of May” (Almaniya) prodüser mərkəzinin direktoru;

Rüstəm Fətəliyev – "Park Cinema” kinoteatrlar şəbəkəsinin piar meneceri.




İmza:
SON XƏBƏRLƏR
2020-05-24
2020-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK