ANA SƏHİFƏ / SİYASƏT

Adil Əliyev: ABŞ-ın maraqları Azərbaycanla strateji tərəfdaşlığı diktə edir

10133    |   2020-05-20 15:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə göndərdiyi təbrik məktub iki ölkə arasındakı əməkdaşlığın mövcud durumundan xəbər verir.

Bunu Milli Məclis Sədrinin müavini Adil Əliyev bildirib.

Məktubda yer alan fikirlərin çox əhəmiyyətli olduğunu vurğulayan Adil Əliyev deyib: "Birincisi, Ağ Ev sahibi məktubunda yazır ki, Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir. İkincisi, Ağ Ev sahibi Birləşmiş Ştatların və Azərbaycanın beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq etdiyini xatırladıb. ABŞ Prezidenti Azərbaycanın bu fəaliyyətdə mühüm töhfələr verdiyini yüksək dəyərləndirib. Üçüncüsü, məktubda vurğulanır ki, koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır”.

Milli Məclis Sədrinin müavini qeyd edib ki, məktubda yazılan "iki böyük xalq” ifadəsi ABŞ Prezidentinin Azərbaycan xalqına verdiyi yüksək qiymətdən xəbər verir. ABŞ Azərbaycana strateji tərəfdaş olan ölkələrdəndir. Dövlət başçısı İlham Əliyev Amerikanın Azərbaycanın enerji layihələrinə verdiyi dəstəyi hər zaman yüksək qiymətləndirib. 1990-cı illərin ortalarında Türkiyə ilə birgə ABŞ-ın Bakı-Tbilisi-Ceyhan neft boru xəttinə verdiyi dəstək Azərbaycanın müstəqillik illərində ilk böyük enerji layihəsinin həyata vəsiqə qazanmasını sürətləndirdi. Halbuki, bu layihə ilə bağlı dövlətimizə qarşı açıq və gizli təhdidlər mövcud idi. Bu təhdidlərə baxmayaraq, ümummilli liderimiz Heydər Əliyev həm "Əsrin müqaviləsi”ni, həm də Bakı-Tbilisi-Ceyhan boru xəttinin tikintisi ilə bağlı Sazişi imzaladı. Prezident İlham Əliyev isə Ümummilli Liderin siyasətini davam etdirərək Bakı-Tbilisi-Ceyhan boru xəttinin fəaliyyətə başlamasını, o cümlədən "Əsrin müqaviləsi”nin növbəti 25 il üçün də uzadılmasını təmin etdi. Rəsmi Vaşinqton Prezident İlham Əliyevin Azərbaycan dövlətinin gücləndirilməsinə xidmət edən bu siyasətini dəstəkləyir. Çünki bu siyasət Amerikanın da maraqlarına cavab verir. Digər tərəfdən Azərbaycanın Amerika ilə formalaşdırdığı əməkdaşlıq əsla üçüncü ölkələrə qarşı yönəlməyib.

Adil Əliyev deyib ki, ABŞ Prezidentinin məktubunda da vurğulandığı kimi, iki ölkə arasında strateji əlaqələr bir neçə sahəni əhatə edir. Bu sırada enerji, təhlükəsizlik və iqtisadi əlaqələrin özünəməxsus yeri var. Doğrudur, ABŞ Konqresinin və Dövlət Departamentinin Azərbaycanın maraqları əleyhinə zaman-zaman qəbul etdiyi sənədləri ciddi tənqid edirik. Ancaq Amerikada əsas söz sahibi olan Prezidentin Azərbaycanla əməkdaşlığa verdiyi dəyər bizim üçün daha vacibdir.

"Cənubi Qafqazın hər baxımdan əsas ölkəsi Azərbaycandır. Bunu Vaşinqtonda da anlayırlar. Təsadüfi deyil ki, ABŞ-ın müasir xarici və təhlükəsizlik siyasətinin başlıca ideoloqları Avrasiya bölgəsində dünyəvi müsəlman ölkəsi olan Azərbaycanla strateji əlaqələrin Birləşmiş Ştatların milli təhlükəsizlik siyasətinin maraqlarına cavab verdiyini bildirirlər. Amerikada dəyişən prezidentlər siyasətlərini məhz bu ideologiya əsasında qururlar. Bəzən olur ki, ABŞ-ın hansısa tanınmış siyasətçisi prezident olmamışdan əvvəl erməni lobbisinə hansısa vəd verir. Ancaq həmin siyasətçi prezident seçildikdən sonra ölkəsinin milli və təhlükəsizlik maraqlarından çıxış edir. Həmin maraqlar isə Azərbaycanla strateji tərəfdaşlığı diktə edir”, - deyə parlament Sədrinin müavini bildirib.

Nicat Novruzoğlu


İmza:

“Artıq nakişi olmaqdan bezmişik, kütləvi qeyrətsizləşmə başa çatmaq üzrədir...”

Ağstafaya yeni icra başçısı təyin olundu - SƏRƏNCAM

İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edib - YENİLƏNİB

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Adil Əliyev: ABŞ-ın maraqları Azərbaycanla strateji tərəfdaşlığı diktə edir

Prezident İlham Əliyev: Azərbaycanda 30-dan çox DOST mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur

İlham Əliyev: Azərbaycanın bu çətin gündə Moldovaya həmrəylik göstərməsi təbiidir

Gürcüstanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Azərbaycanla Fransa arasında əməkdaşlıq yüksək səviyyədədir

Sinqapurun dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Çinin baş naziri: ABŞ-la münasibətlər yeni çətinliklərlə üzləşib

Pakistanın Baş Naziri Prezident İlham Əliyevi təbrik edib

İran XİN Azərbaycan xalqını təbrik edib

Türkiyə Prezidenti Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik etdi

Adil Əliyev: Şərqdə ilk Cümhuriyyətin Azərbaycanda qurulması təsadüfi hadisə deyildi

Türkiyə səfirliyi Azərbaycanı Respublika günü münasibətilə təbrik edib

Putin finlandiyalı həmkarı ilə koronavirusa qarşı mübarizədə əməkdaşlığı müzakirə edib

Vladimir Zelenski Prezident İlham Əliyevə telefonla zəng edib

Bir sıra hökumət başçıları Baş Nazir Əli Əsədova təbrik məktubu göndəriblər

Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib

Rusiyalı deputat: Bu gün Azərbaycan ən nüfuzlu və sürətlə inkişaf edən dövlətlər sırasına daxildir

Vladimir Zelenski Prezident İlham Əliyevi təbrik edib

SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK