ANA SƏHİFƏ / YAZARLAR

Almanlarda başladı, bəs bizdə? - Aydın BAĞIROV yazır

23899    |   2020-05-20 08:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün 2 aydan sonra Avropada, Almaniyada böyük futbol başladı. İndiki idmansızlıq, futbolsuzluq durumunda azarkeşlər üçün böyük təsəllidir. Bəli, hər hansı bayram-filan yox, məhz təsəlli!

Çünki... Bayram yox idi. Ona görə yox idi ki, Dortmundun çox vaxt dolu olan 80 minlik stadionu bomboş idi. "Siqnal İduna Park" sanki "Tofiq Bəhramov" stadionu idi və orada oynayan da "Borussiya" ilə "Şalke" yox, "Qarabağ"la "Səbail" idi. Deməli, futbolun bəzəyi qoldan, puldan, Ronaldodan, Messidən əvvəl birinci növbədə azarkeşlərdir. Çünki meydanda həyəcanıvə gərginliyi yaradan, futbolçuya ruh verən, onu coşduran azarkeşlərdir.

Təkrar edirəm: azarkeşlər.

Və onların dəyəri hər yerdə, hər bir ölkədə bilinməlidir. Almaniyada Tomas Müller də bilməlidir, Azərbaycanda Mahir Emreli də. Azarkeş olmadığına görə idi ki, bundesliqanın iki köklü klubunun matçı rəsmi, vacib qarşılaşmaya yox, bir komandanın məşqinə, ikitərəfli oyununa bənzəyirdi.

Amma istənilən halda...

Futbol və idman dünyası "Böyük beşlik"dən bir liqanın oyunlarının bərpası ilə komadan ayıldı. Ona görə də "Danke, Almaniya!” deyək və sualı yönləndirək bizim idmana cavabdeh dövlət qurumu İdman Nazirliyinə, sonra isə AFFA-ya: bəs, biz nə vaxt tərpənirik?

Aydın BAĞIROV


İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-05-30
2020-05-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK