ANA SƏHİFƏ / İDMAN

La Liqanın qayıdış planı – Hər gün bir oyun

8185    |   2020-05-17 17:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Koronavirus pandemiyasına görə dayandırılan La Liqanın iyun ayında bərpası ehtimal edilir.

Qol.az "AS” nəşrinə istinadən yazır ki, İspaniya Futbol Federasiyası gələcək təqvimlə bağlı klublarla razılığa gəlib. Yeni təqvimə əsasən, hər bir komandaya ən azı 72 saatlıq istirahət verilməklə çempionatda hər gün bir matç oynanılacaq. Yayda havaların qızmar keçməsi səbəbindən oyunların yerli vaxtla saat 20.00-da (Bakı vaxtı ilə 22.00), daha isti yerlərdə isə 23.00-da (Bakı vaxtı ilə 01.00) başlanması planlaşdırılır. Matçlar azarkeşsiz keçiriləcək.

Hər klubun həftədə iki oyun keçirməsi ilə La Liqanın iyulun 29-da başa vurulması nəzərdə tutulur. Beləliklə, Avropa kuboklarında mübarizəni davam etdirən ispan klubları avqustda bu yarışlarda da oyun keçirə biləcəklər.

Qeyd edək ki, La Liqa mart ayında, 27-ci turdan sonra dayandırılıb. Çempionatı tamamlamaq üçün bundan sonra 11 tur oynamaq lazımdır.

Hələlik yarışın hansı tarixdə bərpa olunacağı barədə rəsmi qərar verilməyib.




İmza:
SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK