ANA SƏHİFƏ / MƏMLƏKƏT

Füzuli bu gün

31070    |   2020-05-15 13:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Heydər Əliyevin ideyaları yaşayır, onun siyasəti yaşayır, onun fəlsəfəsi, ideologiyası yaşayır, onun qurduğu, yaratdığı Azərbaycan yaşayır və onun yolu ilə inkişaf edir.


Azərbaycan Respublikasının Prezidenti cənab 

İlham Əliyev


Haqqında söhbət açacağımız barlı bərəkətli torpaq - Füzuli torpağıdır. Göz gəzdirərkən gördüyümüz gözəl mənzərələr, bol məhsullu zəmilər, göz oxşayan yaşıllıqlar zəhmətkeş füzulilərin alın tərinin və bərəkətli, eyni zamanda müqəddəs vətən torpağının birgə məhsuludur.

Müqəddəs dedim... bəli, bu torpaq müqəddəsdir

Müqəddəsdir ona görə ki, vətən uğrunda canından keçməyi bacaran oğullar yetişdirdi bu torpaq... Müqəddəsdir ona görə ki, qəhrəman, şəhid oğullarını doğma bağrına basıb, özünə qovuşdurdu bu torpaq... Düşmən tapdağına düşdü, yağı əsarətində qaldı, lakin itirmədi məğrurluğunu, yenilməzliyini və sadiqliyini.

1994-cü ilin yanvar ayında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Milli Ordusunun ilk mühüm qələbəsi-"Horadiz əməliyyatı" da Füzuli torpağında gerçəkləşdi. Bu qələbə nəticəsində Horadiz və 22 yaşayış məntəqəmiz düşməndən azad olundu. Doğma yurd yerlərimiz düşmən tapdağından azad olunarkən xarabalığı, viranəliyi xatırladırdı. Vəhşiliyin, vandalizmin, insanlığa nifrətin hər cür izlərini görmək olardı bu yerlərdə. Biz füzulilər məcburi köçkün olduq, doğma ev - eşiyimizdən , isti yuvamızdan uzaq düşdük, çadırlarda yaşadıq, lakin " yaman günün ömrü az olar" deyib göydə Allaha , yerdə dövlətimizə olan inam və etibarımızı heç vaxt itirmədik. Və elə bu inam və etibara sığınıb qayıtdıq doğma yurd yerinə .



Dövlətimizin gücü , qayğısı və füzulilərin zəhmətkeşliyi sayəsində indi bu torpaqlar gülüstana çevrilib. Yolların kənarında bir-birinə boy verən çinarlar bol- bərəkətli Füzuli torpağına xüsusi gözəllik verir. Yaşıl xalıya hörülmüş rəngbərəng, əlvan ilmələri xatırladan qızıl güllər Horadizi sanki çiçəklər şəhərinə çevirib. Abadlıq, təmizlik, səliqə səhman , yaşıllıq, gül-çiçək naxışına çevrilib doğma Füzulimizin. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək " Biz burada, düşmənlə üz-üzə Horadizdə bir gülüstan, bir abad şəhər görürük".

Ölkə başçımız cənab İlham Əliyevin apardığı siyasət nəticəsində yeni-yeni uğurlara imza atan dövlətimiz və qüdrətli ordumuz 2016-cı ilin aprel ayında daha bir zəfər sevincini bizlərə bəxş etdi. Horadiz şəhərində Bayraq meydanında əzəmətlə dalğalanan üçrəngli bayrağımız , Lələtəpə zirvəsində məğrur - məğrur öz doğma yerini alan bayrağımızı salamladı.

Bu qələbə, bu zəfər camaatımıza yeni ruh, yeni nəfəs gətirdi

İndi füzulilər daha böyük istəklə torpağa can verməyə - əkməyə, biçməyə başladılar. Ölkə başçımız cənab İlham Əliyevin neftdən asılılığın minimuma endirilməsi, aqrar sektorun canlandırılması istiqamətində verdiyi dəyərli tapşırıq və tövsiyələr tarixən aqrar bölgə olan Füzuli rayonunda da öz müsbət nəticələrini verməyə başladı. Ənənəvi təsərrüfat sahələrimizdən olan taxılçılıq, pambıqçılıq, baranaçılıq füzulilərin başlıca məşğuliyyətinə çevrildi. Son dövrlər koronavirus adlı kabus dünyanı lərzəyə gətirdi.

Bu dəhşətli kabus qarşısında ən güclü dünya dövlətləri belə sarsıldılar. Ölkələrin başı üstünü epidemiya adlı qara bulud aldı. Qısa bir zamanda pandemiya həddinə çatan bu xəstəlik təəssüf ki, dünyanın bir parçası olan ölkəmizdən də yan keçmədi. Çətinliklərə, təhlükələrə baxmayaraq, ölkə başçımız cənab İlham Əliyev, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva verdikləri hər bir qərarda, atdıqları hər bir addımda əhalinin sağlamlığını, təhlükəsizliyini və rifahını düşündülər.



"Biz birlikdə güclüyük!" devizi altında bizləri həqiqətən də bir yumruq kimi birləşdirməyi bacaran ölkə başçımız gördüyü qabaqlayıcı tədbirlər, vaxtında verdiyi qərarlar sayəsində xalqımızı bu bəladan da xilas etməkdədir.

Biz füzulilər bütün çətin vaxtlarda , təhlükəli dönəmlərdə olduğu kimi, bu dəfə də öz dövlətimizə və dövlət başçımıza arxalandıq, güvəndik. Gözəgörünməz düşmənə qarşı mübarizədə dövlət tərəfindən verilən bütün tapşırıq və göstərişlərə bütünlüklə əməl etdik. Təhlükəsizliyimiz naminə tətbiq edilən bütün karantin qaydalarına ciddi şəkildə riayət etdik. Yaşlılara, tənhalara, ehtiyacı olanlara dəstək olduq. Gecə gündüz oyaq qalan,sağlamlığımızın , asayişimizin keşiyində duran həkimlərimizə, polislərimizə mənəvi cəhətdən dəstək durduq.

Budur, artıq bu təhlükədən də - koronavirus bəlasından da xilas olmaqdayıq.

Bizlər bir daha həm görünən, həm də görünməyən düşmənə qarşı mübarizədə gücümüzün birliyimizdə olduğunun şahidi olduq.

Və bir də onun şahidi olduq ki,

xalqa, millətə bağlı olan, vətəndaşın məmnunluğunu, əhalinin rifahını, mənafeyini hər şeydən üstün tutan dövlət başçımızın xəyanətkarlara, məsuliyyətsizlərə qarşı mövqeyi həmişəki kimi sərt və dəyişməzdir.

Ölkə başçımızın apardığı uğurlu kadr islahatlarının əsasını xalqın malına göz tikən, vəzifə səlahiyyətlərindən sui istifadə edən , dövlətin siyasətinə kölgə salan məmurların qanun qarşısında cavab verməsi təşkil edir.

Bu gün müstəqil Azərbaycan dövlətində hər hansı bir məmurun istənilən formada xalqa və dövlətə xəyanəti bağışlanılmazdır. Ulu Öndər Heydər Əliyevin siyasi yoluna layiq şəkildə, dövlət başçımız cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin icraçısı olmaq, ölkə rəhbərinin çağırışlarına uyğun olaraq xalqa vicdanla xidmət etmək isə hər bir dövlət məmurunun borcu və şərəfidir. Füzulilər bu borcu və şərəfi daşımağı daim özlərinə fəxr bilirlər. Çünki, füzulilər dövlətimizin diqqətini, qayğısını həmişə yaxından hiss etmişlər. Məhz buna görə də düşmənlə göz-gözə yaşamağımıza baxmayaraq rahat yaşamaq və işləmək imkanımız var.

İndi Füzulidə gözəl bir yaz havası, təravərli, gül-çiçək qoxulu bahar nəfəsi var. Zəmilərdəki bol məhsul , həyətlərdəki bostan tərəvəz, yaşıl yamaclara yayılan qoyun quzu sürüləri torpağın kəndlidə, çörəyin çörəkçidə olduğunu, füzulilərin isə doğma yurd yerlərində olduqlarını təsdiqləyir.

Budur, həvəslə ipəkqurdu bəsləyən kümçü də, məhsulunu həvəslə toplayan kəndli də, çörəyini həvəslə bişirən çörəkçi də iş başındadır.

Çünki bizləri yaşamağa, işləməyə, çalışmağa, tikməyə , qurmağa həvəsləndirən böyük bir inam, sarsılmaz bir etibar var. Bu inam biz füzulilərin dövlətçiliyimizə və dövlətimizə olan sarsılmaz etibarımızdır.

Bizlər qəti əminik , əminik ki, tezliklə düşmən tapdağında olan yurd yerlərimiz də ölkə başçımız cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində işğaldan azad olunacaq və həmin torpaqlarımızda da Horadiz kimi gülüstanlar quracağıq. Əminik ki, bütün füzulilərin ruhunu oxşayan, düşmən gözü tökən Horadizimizin zəfər halayı olan "Horadiz halayı " tezliklə "Qələbə halayı" na calanacaq. Axı biz birlikdə güclüyük.


Zülfüqar Əliyev

Rayon Ağsaqqallar

Şurasının sədri,


Tural Nəbiyev

Rayon gənclərinin

nümayəndəsi




İmza:

Pandemiya dövründə qida məhsullarının ticarətinə dair metodiki göstərişlər - VİDEO

İçərişəhər sakinlərindən təhlükəli və xeyirxah əməl: Quyuya düşmüş pişiyi xilas etdilər - VİDEO

Qanunsuz zəbt olunan sahələr yenidən sakinlərin kütləvi istifadəsinə verildi - VİDEO

Sabah şimşək çaxacaq, yağış yağacaq

Polislər paytaxtda koronavirus əleyhinə profilaktik tədbir keçirdilər - FOTO

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Bakıda güclü külək ağacı qıraraq avtomobillərin üzərinə salıb

Leyla Əliyevanın təşəbbüsü ilə yardım aksiyası keçirildi - FOTO

Nazirlər Kabineti istehsalçıların toxum təminatı ilə dəstəklənməsi məqsədilə 5 milyon manat ayırdı

Xəzərdə dalğanın hündürlüyü 3,2 metrə çatıb - FAKTİKİ HAVA

Sabah 28 dərəcə isti olacaq

"Azərişıq" bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

SON XƏBƏRLƏR
2020-05-25
2020-05-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK