ANA SƏHİFƏ / HADİSƏ

Paytaxtda apteklərdən uşaq qidaları oğurlayan şəxs saxlanıldı

7395    |   2020-05-13 15:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Paytaxtda apteklərdən oğurluq və soyğunçuluq yolu ilə kütləvi şəkildə talançılıq əməlləri törətməkdə şübhəli bilinin şəxs müəyyən olunaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Nərimanov, Nəsimi, Yasamal, Xətai rayonlarında yeləşən apteklərdən uşaq qidaları oğurlayan Bakı şəhər sakini Gündüz Əsədpur müəyyən olunub. O ifadəsində apteklərdən oğurluq etdiyini etiraf edib. Saxlanılan şəxs məhz uşaq qidaları oğurlamasını onunla əsaslandırıb ki, karantin şəraitində aptek sahibləri şikayətçi olmayacaq və hər kəsin onun evində azyaşlı uşağının ac olmasına görə bu addımı atdığını düşünəcək. Amma özünə məxsus mopedlə paytaxt küçələrində dolaşaraq oğurluq edən Gündüz Əsədpur subaydır. O, uşaq qidalarını müxtəlif şəxslərə sataraq əldə etdiyi pulla öz istifadəsi üçün şəxsiyyəti istintaq tərəfindən araşdırılan mənbələrdən narkotik vasitələr əldə edib.

Qeyd edək ki, saxlanılan şəxs şübhələri yayındırmaq üçün müxtəlif vaxtlarda mopedin konstruksiyasına dəyişikliklər etməklə onu rəngləyib. Onun barəsində Cinayət Məcəlləsinin oğurluq və soyğunçuluq maddələri ilə cinayət işi açılıb, ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Gündüz Əsədpurun əməllərindən zərərçəkən başqa şəxslər varsa, "102” Zəng Mərkəzinə və ya Bakı şəhər Baş Polis İdarəsinə (590-68-81) müraciət edə bilərlər.



İmza:

İranın cənub-qərbində zəlzələ olub

Mingəçevirdə dəhşətli qəza: Qadın sürücü yeddisi azyaşlı olmaqla, 10 nəfəri vurdu - YENİLƏNİB

Avtobus sürücüləri əvvəlcə yarışdılar, sonra dalaşdılar - VİDEO

Dağıstanda meşədə quldurlarla güc strukturları arasında atışma

Rusiyadan gələn avtomobildə qəlyan üçün tütün məmulatları aşkarlanıb

Oğuzda itkin düşmüş 12 yaşlı oğlanı heyvanlar parçalayıb - YENİLƏNİB

Qusarda 65 yaşlı qadın intihar etdi

FHN: Xəzər dənizində batma təhlükəsi ilə üzləşən Rusiya vətəndaşı xilas edilib

Görənlər bu məsuliyyətsizlikdən dəhşətə gəldi - VİDEO

Bakıda saat 18:00-dan sonra gizli fəaliyyət göstərən restoran aşkarlanıb

Biləsuvarda uşaq həkimi hədələnərək qarət olundu

Ermənistan silahlı qüvvələri atəşkəsi 23 dəfə pozub

SON XƏBƏRLƏR
2020-05-24
2020-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK