ANA SƏHİFƏ / İDMAN

"Azərbaycana yaxşı pul qazanmaq istəyəndə getmək lazımdır"

6441    |   2020-05-12 22:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"2018-ci ildə an sonra "Minay”dan və Azərbaycan klubunda təkliflərim var idi. "Sumqayıt” məni sıralarına cəlb etmək istəyirdi”.

Qol.az xəbər verir ki, bu sözləri Ukraynanın birinci divizion təmsilçisi "Minay"ın futbolçusu Anatoli Nuriyev çempionatın rəsmi saytına açıqlamasında deyib.

Ukraynalı hücumçu "Sumqayıt"dan təklif almasından danışıb və niyə birinci divizion təmsilçisi "Mina”yı seçməsinin səbəbini açıqlayıb. O, Azərbaycana gənc yaşında yox, karyersının sonunda gəlməyin daha məntiqli olduğunu bildirib: "Sumqayıt”dan təklif gələndə düşündüm ki, ora karyeramın sonunda, yaxşı pul qazanmaq istəyəndə getmək lazımdır. Çünki oynamaq və inkişaf etmək istəyirdim. Zaman göstərdi ki, "Minay" variantını əbəs yerə seçməmişəm".

Qeyd edək ki, 2018-ci ildən "Minay"da çıxış edən Anatoli Nuriyev 41 oyunda meydana çıxıb və 21 qol vurub.


İmza:
SON XƏBƏRLƏR
2020-05-30
2020-05-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK