hacklink Adalet.az | DAMA ÇIXAQMI? Adalet.az | DAMA ÇIXAQMI? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

DAMA ÇIXAQMI?

32175    |   2007-09-29 07:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu Myanma deyilən ölkədə (bizim öyrəşdiyimiz kimi Birma) baş verənlər mənə çox maraqlı gəlir. Cənub-şərqi Asiyada, Hind-Çin yarımadasında yerləşən bu diyarın adı sən deyən elə də tez-tez hallanmır. Yəni Fələstin deyil, İraq deyil. Amma hər halda cənubunda olsa da Şərqdi və hər halda Asiyadı. Çağdaş dünyamızın məşəli durumunda olan Asiya. İşıqlanmaq yox, yanmaq mənasında - alovlanan qitə. Bu Birmamı, Myanmamı deyilən ölkə qəribə, təzadlı ölkədir. Anlayacağınız qoca Şərqin bütün ölkələri kimi taleləri və tarixləri oxşar. Yəni onun-bunun əlində oyuncaq. Fikir vermisinizmi, adlarını, bayraqlarını, konstitusiyalarını tez-tez, başçılarını gec-gec dəyişən bütün ölkələr mahiyyətcə dəyişmir. 1948-ci ildə Britaniya imperiyasının müstəmləkəsindən qopan çox ölkələr kimi Birma da həmin tarixin ağır irsini daşımaqdadır. Yoxsulluq, xarici kapitaldan asılılıq, feodal düşüncəsi, etnik zəmində toqquşmalar, milli kadrların çatışmazlığı və s. (söhbət sizə tanış gəlirmi?) Bütün ölkələrdə olduğu kimi burda da hakimiyyət uğrunda mübarizə eyni ssenarilər əsasında aparılır. Uzun sözün qısası, 1962-ci ildə hərbi çevriliş edib hakimiyyətə gələn xunta özündən əvvəl ölkədə baş verən hərc-mərcliyi yatırtmaq zorunda idi. Və Sovetlərdən yardım almaq üçün də sosializm yolu ilə getmək istəyini bəyan etmişdi. ələn kimi neft sənayesi, iri banklar, rabitə, xarici ticarət, energetika milliləşdirildi. Təhsildə və səhiyyədə islahatlar aparıldı. Dünya mediasının hərdənbir yadına düşən Birma çox da elə açıq ölkə deyil, amma indi fikir verin, birdən-birə humanist Avropa sözü bir yerə qoyub Birmadakı hadisələri pisləyirlər, buddist rahibləri dəstəkləyirlər. ör ha, Şərqin bütün ölkələrində dinçi rejimləri hakimiyyətə gətirmək Qərb üçün prinsip məsələsinə çevrilib. Səbəbini bilirsiniz, cahil insanları otarmaq asandı axı. Sosialist düşərgəsi dağılandan sonra dünyanın yenidən bölüşdürülməsi gündəmdədir. Məqamdı, kim nə qapdı-qapdı. Köhnə imperiyalar da öz köhnə müstəmləkələrini ələ keçirmək istəyindədirlər. Soyuq müharibə öz yerini qaynar münaqişələrə verib. örünən də budur ki, yeni bir qüdrətli güc formalaşana qədər dünyada sakitlik olmayacaq. Bir dövlətin, yəni Sovet İttifaqının siyasi xəritədən silinməsi görün nə qədər faciələr yaratdı. İndi hardasa üsyan, qiyam sözünü eşidirsizsə, bilin, arxasında hansısa böyük ölkə böyük pullar xərcləyir. Dünya dönüb olub qiyamçı. Saymıram, özünüz bilirsiniz. Dəstək olmasa, qiyamçı nə qələt qırar? Dəstəyi də məlumdu kim verir. Mənə çox maraqlıdı, ürcüstandakı olayların sonu nə olacaq, kim qalib gələcək- Rusiya, yoxsa Amerika? Amma bizim bu doğma Qafqaz evimiz yaxın zamanlarda zülmdən qurtaracaq kimi görünmür. İndi bütün postsovet respublikaları "Arşın mal alan" filmindəki Tacir Əsgərin durumundadırlar. İki qoçu tapançanı dirəyib biri deyir oxu, o biri deyir oxuma. Uzaqdan da Avropa Birliyi züy tutur. Amma deyəsən, bizim Qəbələ RLS həmin filmdəki matişka kimi baş qarışdıracaq vasitədi. Kim qazanacaq? Yəni bizlik bir şey yoxdu, amma, heç olmasa, od-alovdan qurtula bilsəydik, yaxşı olardı. Yəqin ki, Bakı-Yerevan-Yerevan-Bakı marşrutu ilə yüksək səviyyədə təşkil olunmuş ekskursiyalar da buna xidmət edir. Yolları açıq olsun (Dünya Bankı öz pulumuzdan bir az versəydi yolları təmir edərdik).
   
   Dünya qiyam eləməklə, bizimkilər də ekskursiyayla məşğulkən mən bu "qiyam" sözünün ətrafında yaxın tariximizə bir ekskursiya eləmək istəyirəm.
   
   Əslində leksikonumuzda bəzi sözlər var ki, onların bizim dilimizə necə gəldiyi, tarixən bizim dilimizdə necə yer tutduğu mənim üçün çox maraqlıdı. Məsələn, etiraz, qiyam, üsyan, bu sözlər dilimizdə özünə necə yer tapıb? Hər hansı leksik vahidin dilə daxil olması üçün əvvəlcə xalqın düşüncəsindən keçməsi lazımdır. Və biz də tarixən qayda güdən və qanunsevən xalq olduğumuz üçün, heç nəyə etiraz etməyən, qiyam qaldırmayan, üsyan etməyən xalq olduğumuz üçün bu sözlər dilimizə niyə daxil olub. Yoxsa əvvəllər, tariximizin öyrənilməyən çağlarında biz ayrı cür olmuşuq? Bu bir az şübhəli görünür, çünki etiraz, qiyam, üsyan da bir ənənədi. Afrikada gündə bir respublikada gündə bir çevriliş, bir qiyam olur. Baxmayaraq ki, avropalılar zənciləri mədəniləşdiriblər, amma qəbilə adətləri hələ də yaşayır. Bəyənməyəndə başçıları dəyişdirirlər. Orda elə qəbilələr var ki, başçını taxtdan salanda bişirib yeyirlər. Allah uzaq eləsin, amma Afrikada bu ənənələr hələ də yaşamaqdadır.
   
   Yadınızdadı, bir neçə il əvvəl həbsxanada bir olay baş vermişdi, o vaxtlar qəzetlər bundan çox yazdı. Qiyammı deyək, etiraz aksiyasımı, fərqi yoxdu. Belə hadisələr dünyada tez-tez olur. Və hər zaman da dövlət nə yolla olur-olsun, bunu yatırtmaq məcburiyyətindədi. Çünki qorxulu nəticələri ola bilər. Cinayət eləyən adamları həbsxanaya başını sığallamağa göndərmirlər. Cinayət varsa, cəza da olmalıdır. Amma həbsxanadakı hər kəs həqiqətən də cinayətkardımı? Bax, bu sualın cavabını məhkəmələrimiz daha yaxşı bilirlər.
   
   Bir neçə il əvvəl Türkiyədə də buna bənzər bir olay olmuşdu. Dövlət həbsxanadakı xaosu yatırtmaq üçün ordunun gücündən istifadə etdi. Türkiyə cəza evlərində dustaqları siyasi görüşlərinə görə təsnif eləyib göndərirlər F tipli, A tipli, E tipli həbsxanalara. İzah eləyim, məsələn, solçu düşüncəli, kommunist düşüncəlilər bir tərəfə, PKK-çılar bir tərəfə, milliyyətçilər bir tərəfə. Bizdən fərqli olaraq oralarda ideya naminə cinayətlər də törədilir. Belə olan halda hər qrup öz həbsxanasında toplaşıb əqidə yoldaşlarını başına yığır, dövlət içində dövlət yaradır. Və hökumətin nümayəndələrini də həbsxananın içinə buraxmırlar. ünlərin bir günü Türkiyə Cümhuriyyəti ayıldı ki, cəza evlərini dövlətin yox, canilərin qanunu idarə eləyir. Məcbur oldu ki, əməliyyat keçirsin. Həm ordudan, həm də o biri tərəfdən böyük tələfatlar oldu. Dövlətə etiraz edib aclıq eləyənlər də, bu aclıqdan ölənlər də oldu. Demək istədiyim odur ki, oralarda hər hansı aksiya keçirəndə qarşılarında bir məqsəd, bir ideya olur. Bu məqsəd, ideya naminə ölənlər də olur (təbii ki, xaricdən dəstəklənmək şərtilə). Bizim isə nə içəridə, nə çöldə hərəkətlərimizin heç bir izahı yoxdur. Amma bizdə də o vaxtkı olayı hardansa idarə eləyirdilər, həbsxanada qiyam eləyib rəisin başqası ilə əvəz olunmağını tələb edirdilər. Deməli, üsyan, etiraz buna görə imiş. Bir rəisin başqasıyla və yaxud da bir generalın digəriylə əvəz olunması nə vəd verir? Və onların əvəzlənməsi bizim içəridə və dışarıda vəziyyətimizi nə dərəcədə dəyişir? Avropadan gələn komissiyalar həbsxanamıza baxıb bəyənir, bəyənmir... Avropa demişkən, biz hələ müəyyən edə bilməmişik avropalıyıq, yoxsa asiyalıyıq. Bir tərəfdən ombudsman varımızdı, ucundan-qulağından avropalıya oxşayırıq. Bir tərəfdən də həmin o ombudsmanın ilgilənməli olduğu sahələrdəki vəziyyətlə əsl asiyalıyıq ki, durmuşuq. Bir vaxtlar bir rus filminə baxmışdım, Rusiyadan getmə birisi əlləşib-vuruşub Hollandiyada həbsxanaya düşməyə çalışır, axır nail olur. Həbsxana nə həbsxana! Bizim villalarda həmin şərait yoxdu. Bilyard stolu, basketbol meydançası, kamerada kondisioner, televizor. Bütün bunlar bizim evlərimizdə də var deyə bilərsiniz, amma işlətməyə işıq yoxdur. Bu avropalılara izah eləyən də yoxdur ki, biz öz evimizin içində onlar kimi yaşamırıq ki, həbsxanada da onlar kimi yaşayaq. Onlar gəlirlər-gedirlər, biz cəza evlərini təmir edirik, səviyyəsini qaldırırıq, onlara çata bilmirik. Bəlkə bizim başbilənlərimiz həyat səviyyəmizi, maaşımızı qaldırsınlar. İyirmi manatlıq telefon oğurladığına görə, kiminsə çantasını qapıb qaçdığına görə və bu kimi xırda-xırda cinayətlərə görə ora düşənlərin sayı azalsın. Kiminsə ata-anasına, kiminsə özünə işləyib zəhmətiylə pul qazanmaq imkanı yaratsınlar. Bəlkə də onda böyük-böyük həbsxanalar tikməyə ehtiyac olmayacaq. Və Avropadan gələn komissiyaların qarşısında da tər tökməli olmayacağıq. O vaxt yadınızdadı, həbsxanadakı qiyamçılar dama çıxıb etiraz edirdilər. Onda fikirləşdim ki, hər rəisindən narazı dama çıxsa, onda gərək bütün məmləkət dama çıxsın.
   
   ... Bu Birmamı, Myanmamı deyilən ölkə Himalay dağlarına yaxın yerdədi. Himalay dağlarına "dünyanın damı" deyirlər. Ən uca zirvə Comolonquma (Everest) bura aiddi. Bu dağlar da Asiyadadır. Asiyanın da günü-güzəranı məlum, bir tərəfdə bombalar partlayır, bir tərəfdə xəstəliklər tüğyan eləyir, bir tərəfdə də qiyam-üsyan. Bu məzlum qitənin əhalisi öz həyatından razıdırmı? Dünyaya bütün səmavi dinləri bəxş edən, elmi, mədəniyyəti bəxş edən Asiya həm də "dünyanın damı"na sahibdi. Küçələrə tökülüb özününküləri qırmaqdansa, BMT-yə gedib uzun-uzadı nitq söyləməkdənsə dünyanın damına çıxıb şikayət eləsələr necə olar? Dünyanı yönətənlərə yox, zatən bu şoular onların rejissorluğuyla baş tutur. Bütün külli-aləmin sahibi də var axı, bəlkə eşidər? ə


YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK