ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Məşhur komediya ustası vəfat etdi

13262    |   2020-05-11 21:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ABŞ aktyoru və komediya ustası Cerri Stiller həyatının 93-cü ilində vəfat edib.

Oxu.Azxəbər verir ki, bu barədə onun oğlu, məşhur aktyor Ben Stiller "Twitter” hesabında yazıb:

"Atam Cerri Stillerin aramızdan getdiyini kədərlə bildirirəm”.

"Mükəmməl ata və baba, 62 ilə yaxın müddətdə Anna üçün ən yaxşı ər. O, çox darıxacaq. Səni sevirəm, ata”, - deyə yazılan qeyddə aktyorun ölüm səbəbi bildirilməyib.

Cerri Stiller 1927-ci ildə Bruklində anadan olub. Ömrünün çox hissəsini həyat yoldaşı Anna Mira ilə komediyalarda birgə rol alıblar. Onun ən məşhur rolu "Seinfeld” serialında Frank Konstantsa olub. Övladları Ben və Emmi Stillerlər də məşhur komediya aktyorlarıdır.




İmza:
SON XƏBƏRLƏR
2020-05-24
2020-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK