warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | GÜLMƏLİ ZARAFAT Adalet.az | GÜLMƏLİ ZARAFAT Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

GÜLMƏLİ ZARAFAT

30458    |   2007-09-08 02:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sentyabr ayı deyəsən, hər mənada hərəkətli başlayıb. Təbii, dağdan-bağdan qayıdanlar işə başlayırlar. Dağı dağ üstə, bağı bağ üstə qoyurlar (belə ifadə yoxdur, keçin günahımdan, elə-belə sözgəlişi dedim də). Mən də qayıtmışam. ördüyüm ürəkaçan mənzərələri özüm üçün qeyd edirəm. Evə dönər-dönməz iki qız uşağının itməsi xəbərini qəzetlərdən oxuyuram. Sonra 9 yaşlı qızın zorlanma xəbəri gəlir. Sonra televizorda yeni inşa edilən evin bünövrəsindən tapılmış köhnə tikilinin yerlə-yeksan edilməsini izləyirəm (binanı tikənlərin bəxti gətirdi deyəsən, onların dağıtdığı baş dağıntıların fonunda unuduldu. Amma onsuz da unudulacaqdı, bunu da sözgəlişi dedim). Sonra bir restoranın həyətində iki mərtəbə uçur, sonra da avqustun ən sonuncu sürprizi, məlum hadisə - ev yıxıldı. Əvvəl saydığım hadisələr də avqustda olub. Amma onların tozu-dumanı sentyabr ayını əməlli kirləndirəcək kimi görünür (deyilənlərə görə, avqust ayı lənətlənmiş aydı. İmperator Oktavian Avqustun şərəfinə adlandırıldığı üçün. Tarix boyu avqust ayında daim irihəcmli fəlakətlər baş verib. Bunu da sözgəlişi deyirəm).
   
   ördüyünüz kimi, ya da bildiyiniz kimi, hadisələr bolluğudur. Yoxsa biz mətbuat işçiləri yayın əvvəlində mövzu kasadlığından bir xeyli əziyyət çəkirdik. Hə, unutdum deyəm ki, çoxlu-çoxlu nazirlər gəlib buralara. Qonaqlar (bura mənfur qonşularımız sözünü də əlavə eləyim tamamlansın) gələndən-gələnə qatı açılan QAT da aktivləşib. Hər zamankı kimi bir otağın daxilində qışqırıb bağırırlarmış, yetkililər onlara xəbərdarlıq edib. Yadıma bir neçə il əvvəl yenə sentyabr ayında olan hadisə düşdü. O vaxt da ermənilərin bura gəlişinə etiraz edənləri həbs etmişdilər, ictimaiyyət də (əcəb sözdü) möhkəm narazı idi. Biz burda onlar "gəlsin-gəlməsin" deyərkən qonşu ölkənin prezidenti Ermənistana getdi və soyqırım abidəsinə əklil qoydu. O vaxt həmin prezidentə sual vermişdilər ki, Şimali və Cənubi Azərbaycanın birləşməsi mümkündürmü? O da "çox gülməli zarafatdı" demişdi. İndi üstündən neçə il keçəndən sonra fikirləşirəm ki, həyatımızda gülməli zarafatların sayı yaman çoxalıb. Deyək ki, konservatoriyanın rektoru ermənilərə Şuşada məktəb tikdirmək arzusunu bildirir. ülməlidi, ya zarafatdı? Ya da mötəbər səfirimizin mamasına torpaq gətirməsi. Ya da Qarabağ icmasının rəhbərinin Ermənistana münasibəti dəyişməsə də erməni nazirə dözümlə yanaşması (dözümsüz yanaşıb neyləyəcək ki?). Ya Dəvəçidə itən meyitin Xızıda axtarılması. Ya qumdan tikilən evlər. Ya bu evlərin dağılmasından sonra dili açılıb bağçaların ərazisində tikilən binalardan danışan böyük məmur. Ya əsgərlərin və sivillərin kütləvi zəhərlənməsi. örüntülərlə yaşamağa öyrəşmiş virtual toplumun zərif əsəbləri bu gülməli zarafatlara necə tab gətirsin? ünahkar mətbuatdı. İnsanın bu qədər dəyərli olduğu bir məkanda yerli-yersiz qan qaraldan xəbərləri yazıb, göstərib vətəndaşları serialların real dünyasından ayırmağa nə anlam verək? "Dəyərli" sözünə kimsə ağız büzməsin, insanın dəyəri olmasa, insan alveri ilə məşğul olan bu qədər biznesmen yetişərdimi? Allahın verən günü eşitdiyimiz xəbər insan alveri ilə bağlı kiminsə tutulmasıdır. Day niyə tuturlar? Sahibkarlara şərait yaratmaq lazımdır. İndi də Aeroportda bir qol çəkəni həbs ediblər (bu da yəqin bir zarafatdı, çünki heç bir rəsmi orqan xəbəri təsdiqləmir. Hər halda dünənki qəzetlərdə belə yazılmışdı). "Qol çəkəni" ona görə vurğulayıram ki, bir neçə gün əvvəl başqa təşkilatda da qol çəkəni tutublar. Aeroport demişkən, indi Naxçıvanda oturub Bakıya gəlmək istəyən nə qədər adam qonşu dövlətin prezidentinin mərhəmətinə sığınıb, onun bəzi sənədlərə qol çəkməsini gözləyirlər. İndi həmin adam bizə deməz ki, Naxçıvanla Bakını birləşdirə bilmirsiniz, Cənubla Şimalı birləşdirmək eşqinə düşmüsünüz? ülməlidi, ya zarafatdı, deyə bilmərəm. Amma kişinin öz sələfi kimi bu sualı verməyə haqqı çatar. Həmin sələfin taleyi də məni çox düşündürür. Çünki İtaliyada bir qadının əlini sıxdığına görə məcbur elədilər seçkilərdən çəkildi. Nə isə, bu onların öz işidi. Amma bizdə deyəsən, başqa ruzgarlar əsməkdədir. Qadınların nəinki əlini sıxmaq, hətta Nizamnamə (yəni ustav) və uniforma çərçivəsində sıxıb intizama salmaq söhbətləri səslənməkdədir. Narazılıq eləməyimə peşman olmuşam. Çünki bu da bir növ məşğulluq probleminin həllinə yardımçı ola bilər. Avaraçılıqdan Dubayda, İstanbulda veyillənirlər. Amma çağırış vərəqəsi gələndə bir nəfər kimi Biləcəridəki hərbi çağırış məntəqəsindən əsgərliyə gedəcək Vətən qızlarını təsəvvür edəndə gözlərim yaşarır. Təbii, cavan, şux gözəllər səhər yerbəyerində "sıravi Fatmanisə" çağırışına cavab verəcəklərsə. Təzə "qolçəkənləri" tapıb öz yerində oturdana qədər bu biznesə ciddi zərər dəyməsin deyə və sahibkarlığın inkişafına mane olmaq cəhdi kimi də görünməsin deyə marşirovka (tərcüməsini bilmirəm) vaxtı addımlayan qızların içindən ən layiqlisini seçib biznes partnyoru eləmək olar. Çünki hamı bilir, kim Vətənə ciddi cəhdlə, sidq ürəklə xidmət edir, onun əvəzini Allah verir. Bir baxın, məmləkətin baş tacı olan müğənnilər nə fəqan eləyirlər? Analı-balalı qoşulublar bu biznes məsələsinə, qaz vurub qazan doldururlar və hələ üstəlik minnətdarlıq hissi ilə namaz qılmaq həvəsinə də düşüblər. Afərin, vallah! Minnətdarlıq demişkən, dünən qəzetdə oxudum ki, uçan binanın altında qalanların qohumları təşəkkür teleqramı göndəriblər. Əvvəl elə bildim zarafatdı, sonra gördüm yox. Amma deyəsən, gülməli də deyil...
   
   
   
   P.S. QAT-ın ofisini mühasirəyə alıblar, qəzetdə oxumuşam. Niyə, qardaşım, fikir verməyin, onlar zarafat eləyir.
   
   
   
   P.P.S. Mən qayıtmışam, zarafatsız-filansız...
   
   


YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2013-09-18 : LEYSAN ÖZLƏMİ
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-05-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK