ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Xalq yazıçısı Kamal Abdulla tərcüməçi Vilayət Hacıyevi təbrik edib

14058    |   2020-05-04 13:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla ali təhsil ocağının professoru, tərcüməçi Vilayət Hacıyevi 70 illik yubileyi münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

"Almandilli ədəbiyyat nümunələrinin dilimizə çevrilməsində, həmçinin Azərbaycan ədəbiyyatı nümunələrinin alman dilinə tərcümə olunması işində böyük xidmətlər göstərmiş professor Vilayət Hacıyevin 70 yaşı tamam oldu. Ömrünün bu müdrik çağında da öz peşəsinə sadiq qalan Vilayət müəllim bu gün də dünyanın almandilli ədəbi irsini bizlərə bəxş edir.

Vilayət Hacıyevin ömrünün əlli ildən artıq hissəsi birbaşa Azərbaycan Dillər Universiteti ilə bağlı olub. O, bu gün Azərbaycan Dillər Universitetinin alman dili və ədəbiyyatı istiqaməti üzrə əsas sütunudur. Müxtəlif illərdə müəllim, universitetin Tərcümə fakültəsinin dekanı, Avstriya Kitabxanasının elmi rəhbəri olduğu zaman tələbələrinə tərcüməçilik peşəsini sevdirməklə məşğul olmuşdur.

Azərbaycan oxucusu ilk dəfə Vilayət Hacıyevin tərcüməsində dünya klassikası sayılan Remarkın "Zəfər tağı” ilə tanış oldu. Bunun ardınca V.Borxert, Henrix Böll, Stefan Sveyq, Frans Kafka və s. kimi görkəmli alman və Avstriya yazıçılarının əsərləri yüksək peşəkarlıqla Azərbaycan dilində özünə yeni həyat qazandı.

Vilayət müəllim Frans Kafkanın "Məhkəmə" romanını Azərbaycan dilinə mükəmməl tərcümə etdiyinə görə "Ən yaxşı tərcümə əsərinə" görə Tofiq Bayram mükafatı, Avstriya Respublikası Federal Təhsil, Elm və Mədəniyyət Nazirliyi tərəfindən "Tərcümə mükafatı”, nəhayət Azərbaycan Yazıçılar Birliyi tərəfindən ən yaxşı tərcümə işinə görə "Abbas Səhhət” mükafatına layiq görülüb. Vilayət Hacıyev etdiyi tərcümələrə və bununla Avstriya mədəniyyətinə verdiyi töhfələrə görə Avstriyanın federal Elm, Tədqiqat və İqtisadiyyat nazirinin təqdimatı əsasında Avstriya-Azərbaycan mədəni əlaqələrinin inkişafında, Avstriya ədəbiyyatının tədqiqində və eləcə də onun Azərbaycan dilinə tərcümə işində qazandığı nailiyyətlərə görə "Avstriyanın elm və incəsənət sahəsində I dərəcəli fəxri xaç" ordeni ilə təltif olunmuşdur. Böyük tərcüməçi alim Azərbaycandan bu mükafata layiq görülən yeganə insandır.

Uzun illərdir yorulmadan çalışan, həm tərcümələri, həm də saysız-hesabsız yetirmələri ilə Azərbaycan tərcüməçiliyinə, mədəniyyətinə böyük xidmətlər göstərən Vilayət müəllimi 70 illik yubileyi münasibətilə şəxsən öz adımdan, eləcə də Azərbaycan Dillər Universitetinin kollektivi adından təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və bitib-tükənməz yaradıcılıq əzmi arzulayıram”.




İmza:
SON XƏBƏRLƏR
2020-05-30
2020-05-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK