hacklink Adalet.az | ÖLƏN İSTƏKLƏRİMİZ Adalet.az | ÖLƏN İSTƏKLƏRİMİZ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ÖLƏN İSTƏKLƏRİMİZ

29772    |   2007-07-14 04:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qiyamət günü olsa belə, əlinizdəki son toxumu torpağa səpin.
   
   Həzrəti MƏHƏMMƏD (ə.s.)
   
   
   
   Lift gecikir, gözləməyə hövsələm çatmır, özüm düşmək istəyirəm. Pilləkənlərin başında üzbəüz gəlirik. Bilmirəm niyə, amma ovqatından görürəm ki, əhvalı heç yaxşı deyil. Yaşıl gözləri dolub:
   
   - Sən bir yazı yaz- deyir.
   
   - Nə yazı?
   
   - Ölən istəklərimiz...
   
   
   
   ***
   
   İnsan hər zaman səadət axtarışındadı.Fərdi maraq əməlləri müəyyən edir. İşin mənəvi tərəfi budur ki, bu axtarışlara aparan yollarda şəxsi maraqla ümumi maraqlar üst-üstə düşsün, bir nəfərin xoşbəxtliyi üçün yüz minlərin günü qara olmasın.
   
   İnsanı cəmiyyətdən kənarda təsəvvür etmək mümkün deyil. Onun idrakını da, şəxsiyyətini də ətraf mühit bəlirləyir. Eyni həyat şərtləri müəyyən ictimai qruplar, siniflər, təbəqələrin xarakterini formalaşdırır. Ona görə də insanı və onun psixologiyasını mənsub olduğu zaman, məkan və ictimai mövqe kontekstində öyrənirlər. İnsan tək deyil, başqalarının, özünəbənzərlərin əhatəsindədir. Onların hər birinin öz səadət axtarışı var. Bu fərdi istəklərin izi ilə gedib bir-biriylə toqquşurlar və bir-birinə mane də olurlar. Nəticə də məlum. Belə bir məntiqi sonluq da vermək olar - hər hansı fərdin xoşbəxtliyi başqasının xoşbəxtliyindən asılıdır. Hər kəs yolunu elə getməlidir ki, ümumilikdə cəmiyyətə faydalı olsun. Əks halda başqa maraqlarla kəllə-kəlləyə gələcək və kimsə də istəyinə çatmayacaq.
   
   İnsanın davranışını, əməllərini formalaşdıran ən güclü stimullardan biri şöhrət, başqaları tərəfindən təqdir olunmaq istəyidir. Bu məqsədin dalınca yollanırsansa qarşına məkr, xəyanət, həsəd də çıxacaq. Bu maneələri necə dəf eləmək isə hər kəsin özünə aid bir şey. Amma hakim və qanunverən elə bir sistem, elə quruluş yaratmalıdır ki, bir nəfərin şəxsi istəkləri digərinə quyu olmasın, birinin səadəti digərinin fəlakəti olmasın.
   
   
   
   ***
   
   Ölən istəklərimiz... Ölən istəklərimiz...
   
   ... Kompüterdə hazır qəzet səhifələrinə baxıram və dizaynerimizdən:
   
   - Nizami, sənin ölən istəklərin olub?- deyə soruşuram.
   
   - Heç salamatı var ki?- deyir.
   
   (Nizaminin ev almaq istəyi İpoteka kreditləri ilə bərabər suya düşdü. Arzuları da kreditlə almaq mümkün deyil).
   
   ... Qəzeti gözdən keçirib otağıma dönürəm və operator Mehribanın mehriban çöhrəsinə baxıram:
   
   - Mehriban, sənin ölən istəklərin olub?
   
   Fikirləşir. Fikirləşir ki, nə desin. Cavabdan qaçmaq istəyir:
   
   - Mən öz istəklərimi xəyalımdakı bir aləmdə yaşadıram. Orda hər şey gözəldi.
   
   ... Deməyinə deyir, amma mən anlayıram axı. Neçə il əvvəl böyük dövlətlərin istəyi ilə, daha doğrusu, hikkəsi ilə neçə min cavan oğlan toy otağına yox, məzara girdi. Və neçə min cavan qızın istəyi də (ana olmaq, evinin xanımı olmaq) xəyallarda yaşamağa məhkum...
   
   
   
   ***
   
   Harda, hansı kitabda oxumuşdum, ay Allah - "Mən bir zaman bütün dünyanı sevməyə hazır idim!.."
   
   Mən... bir zaman... bütün dünyanı... sevməyə... hazır idim... Sonra içimdəki sevgini elə öldürdülər ki, yeri boş qaldı. Yox, nifrətlə dolmadı, elə boş qaldı. Boş...
   
   "Bəli! Budur səbəb, bu! Yüksək bir eşqi alçaq bir oyuncağa çevirən, üç ildə iki söz deməkdən utanan məsum bir yavrunu qramafonlar kimi söylədən budur, bu! Düşünən beyinlər, çırpınan ürəklər bunlara satılır. Fəqət neçin? Bəli, mənim pulum yox, altunum yox, fəqət, bunlara qarşı mənəvi bir varlığının, döyünən ürəyim, yorulmaz qollarım, sarsılmaz qüvvətim var idi. Mən bir aslan kimi çarpışarkən bir yırtıcı çıxdı da onların hamısını çeynədi, qırdı, tökdü, tapdadı. İndi mən bu sarsılmış qüvvət, bu sönük ruh, ölgün ürəklə nə edə biləcəyəm, nə? Fəqət, yeriyəcəm, həm də qarşımda bir yol qalmış ki, o da intiqam!"
   
   Bunları mən demirəm ha. Öz klassiklərini unutmuş vətən oğullarının yadına salmaq istəyirəm ki, Oqtay Eloğlu deyib. Oqtay Eloğlu da Cəfər Cabbarlının qəhrəmanıdı. Cəfər Cabbarlı da Dəmir yol vağzalının qabağında əllərini qoynuna qoyub fikirli-fikirli sizə baxan heykəldi. Səhnədə görmürsünüz, görə də bilməzsiniz. Cəfər Cabbarlının vəzifəli oğlu, qızı yox, altunu-parası da yox. Amma o da bir zaman bütün dünyanı sevməyə hazır idi.
   
   
   
   ***
   
   ... Mühasibimiz kağızlara qol çəkdirir.
   
   - Tahirə, sənin ölən istəklərin olub?
   
   Anlamır:
   
   - Kimim ölüb?
   
   - Kim yox ey, nə. Elə bir şey olub ki, arzulamısan, amma olmayıb?
   
   - Nə danışırsınız, istədiklərimi eləyə bilməsəm mən özüm ölərəm.
   
   Nəhayət ki, bir xoşbəxt adam tapdım. Amma onu belə bəxtiyar eləyən səbəbləri soruşmaq istəmirəm.
   
   
   
   ***
   
   "Çəkməz çox zaman ki, taleyi ilə oynadığınız bu zavallı xalq özü əməlpərvər gənclər, səmimi idealçılar, böyük qəhrəmanlar, mübarizlər yetirəcək, mühit sizi irəlilədəcək və gərəksiz əski parçaları kimi işıqlıqda qaranlıqlar, aydınlıqda kölgələr deyə diriykən tarixin arxivlərinə atacaqdır".
   
   "Elə bir həyat qurulmalıdır ki, orda hər bir söz qanun, hər şey həqiqət olsun".
   
   "Mən insanlığın ümumi və əbədi səadətini bu şəxsiyyət istibdadının məzarları üzərində tikmək istəyirəm".
   
   Bu sözləri də Cabbarlı deyib. Və görəsən özü bu sözlərə inanırdımı? Və görəsən bu səadəti kimin əlləriylə tikəcəkdi?
   
   
   
   ***
   
   ... Səhər çayımı içə-içə televizorun pultunu qurdalayıram. Və, və, nə görsəm yaxşıdır? Vaxtilə işlədiyim televiziya kanalının komendantı (vallah, deyəsən onun vəzifəsinin adı belə idi, yəni təmizlik işlərinə baxırdı, xadimələrə rəhbərlik edirdi, hərdən bir də rəhbərlik statusundan istifadə edib xadimələrə girişməyi də vardı) çıxış edir, öz fəaliyyətindən danışır. Sən demə bu yazığın içində neçə illəriymiş televizorda görünüb rəhbəri tərifləmək istəyi var imiş. Fərqi yoxdur kim, təki rəhbər olsun. Keçmiş rəhbərlik onun içində bu istəkləri öldürüb, yeni dahi isə hamı üçün olduğu kimi, bu komendanta da özünü ifadəyə şərait yaradıb. Yadımdadır ki, səhərlər boynunu büküb darvazanın ağzında dayanırdı. Kanalın rəhbəri maşından düşüb ikinci mərtəbəyə öz otağına qalxanacan tərifnamə oxuyurdu. İndi də təzəsinə oxuyur, mətn də dəyişməyib. Sadəcə, şərait yaradıblar, televizordan döşəyir. Boynu bir az da bükülüb. Müstəsna hal deyil. Hansı kanalı çevirsən tərif yağdıran, boynu bükük "komendant" sifətləri görəcəksən. Bu cəhənnəm, amma bu günlərdə elə həmin kanalla üzbəüz dükana girib çörək alanda neçə il bir otaqda oturduğum, gözəl münasibətlərim olan bir iş yoldaşımla rastlaşdım. Sevincək salamlaşanda hiss elədim ki, tutuldu. Tez-tələsik aldığını alıb dükandan qaçdı. Qaçdı... Qorxdu ki, birdən kimsə görüb şefinə xəbər verər. ör ha, indi 37-ci il deyil, mən də "xalq düşməni" deyiləm. ünahkar kimdi? "Şefi qardaş", onu ora göndərən, ya boynu bükük komendantlar? Bu adamlarla insanlığa əbədi səadət tikmək olarmı?
   
   
   
   ***
   
   İki-üç gün əvvəl "525-ci qəzet"də Vəsilə Usubovanın yazısını oxudum (onu deyim ki, mən bu xanımın bütün yazdıqlarını diqqətlə oxuyuram, gözəl qələmi var. Ən başlıcası cürəti, cəsarəti var. Dərdi çox olsa da boynunu bükmür). Deyir ki, "mən altmış manat alıram, amma adını yaza bilməyən yüz dəfə artıq alır". Düzdür, belədi ki var. Amma o yüz dəfə artıq aldıqları gözlərinə girsin. Faciə budur ki, adını yaza bilməyənlər bizə necə yazmaq öyrətmək istəyindədirlər. Bunu hara yazaq? Və niyə onların istəkləri yox, bizim istəklərimiz ölümə məhkumdu? Niyə bizim istəklərimizə yaşam haqqı tanımırlar?
   
   
   
   ***
   
   ... Mən bu şounun, bu təntənənin səbəbini anlamıram. 17 yaşlı bir qızcığazı bütün qəzetlərdə, bütün TV-lərdə göstərib zəfər təranələri çalırlar. Birincisi, bütün barlar azyaşlı uşaqlarla doludur, bunu hamı bilir. İkincisi, bunun günahı o uşaqda deyil ki, cəmiyyətdədi. Psixolojisi pozulmuş xəstə cəmiyyətdə. Tələb olmasa təklif də olmayacaq. İndi o qızcığaz 200 rəqəmini deyib (bəlkə heç saymağı da bacarmır, məktəbə getməyib), vay-həşir düşüb axtarırlar. Ümumilikdə KİV-lərdə gedən məlumatlarda bildirilir ki, son vaxtlar mütəmadi əxlaqsızlıq yuvaları aşkar olunur. Belə izlənim yaranır ki, bu məmləkətdə çiçəklənən biznes elə budur. Nəticə ilə yox, səbəblə döyüşmək lazımdır. Sərf eləmir? Onda təbrik edirəm, istiqbalımız çox parlaqdı.
   
   
   
   ***
   
   ... Qaçqın şairdən söz qoparmaq istəyirəm:
   
   - Əbülfət, ölən istəklərin olub? Amma sən Allah, yurddan-torpaqdan danışma.
   
   - Yox, yox canım, fikirləşirəm ki, uşaqlarıma bir gün ağlaya bilmədim. Nə özümün istədikləri oldu, nə də onlara bir şey verə bildim...
   
   
   
   ***
   
   XIX əsr dünya ədəbiyyatında bu mövzu qırmızı xətt kimi keçir. Ölmüş istəklər... Hətta əsərlərin adları da bunları deyir. Balzakın "İtirilmiş illüziyalar"ı, Dikkensin "Böyük ümidlər"i, Dostoyevskinin "Alçaldılmış və təhqir olunmuş insanlar"ı, Stendalın "Qırmızı və qara"sı...
   
   Hər xalqın özünəməxsus inkişaf tempi var. Dünyanın 200 il əvvəl keçdiyi yola biz indi qədəm qoymuşuq. Hətta 200 rəqəmini bu cəmiyyətin üzünə çırpan qızcığazın da, gözü açılmamış üzü açılan bu qızcığazın da, onu bu yollara salan cəmiyyətin də şüuru 200 il geridədi.
   
   "Biz britaniyalılar özümüzə o qədər aludə olmuşuq ki, fikirləşirik özümüz də, ölkəmizdəki hər şey də Yaradanın şah əsəridir. Buna şübhə eləyən varsa "vətən xainidir"". Bütün əsərlərində mövcud quruluşun eybəcərliyini, saxtalığını ifşa edən Dikeins deyirdi bunu.
   
   "Camaatımız hələ o qədər gənc və sadədildir ki, bir təmsilin sonunda əxlaqi nəticə görmədikdə onun mənasını anlamır. Camaatımız zarafatı sevmir, kinayəni duymur; bir sözlə, o, yaxşı tərbiyə edilməyib. Camaatımız hələ bilmir ki, ləyaqətli bir cəmiyyətdə və ləyaqətli bir kitabda açıqdan-açığa söyüşə yer verilə bilməz. Və hal-hazırda ziyalılar daha iti və gözə görünməyən, bununla belə yaltaqlıq pərdəsinə bükülmüş öldürücü, qəti zərbələr endirən müdhiş bir alət ixtira ediblər.
   
   Siz deyəcəksiniz ki, əxlaq bununla bir şey qazanmır... Bağışlayın, bəsdir insanlara şirin şeylər yedirtdiniz. Bu şirin onların mədəsini pozub, onlara acı dərmanlar, acı həqiqətlər lazımdır. Lakin bundan sonra siz zənn etməyin ki, bu kitabın müəllifi insan nöqsanlarının islahçısı olmaq kimi lovğa bir xəyala düşüb. Allah onu bu cahillikdən qorusun! Müəllif ancaq zəmanə adamının portretini öz bildiyi kimi çəkməkdən zövq alıb. Həm sizin, həm də özünün bədbəxtliyindən o belə adamlarla tez-tez rastlaşıb. Xəstəliyin göstərilməsi yetər, onun necə müalicə edilməsinə gəlincə, bunu Allah bilir".
   
   Bunu da "Zəmanəmizin qəhrəmanı"nda Lermantov deyib, 200 il əvvəl.
   
   
   
   ***
   
   ... Yaşıla çalan gözləri dolub:
   
   - Bilirəm, məndən inciksən...
   
   - Elədi, inciyəm!
   
   -Vallah, mənim gücüm nəyə çatırdı ki? Mən kimiydim ki?
   
   - Ən azından mənə demək olardı ki, adını divardan asmamış, ərizəni yaz, özün get. Mən sizə inanırdım. Sizdən bunu gözləyirdim...
   
   (13 il əvvəlki hadisəni xatırlayırıq. O vaxt məni səbəbsiz-filansız işdən çıxartdılar. Bir adam da dillənmədi. Əslində səbəbini bilirdim - baş redaktor xanımın məndən xoşu gəlmirdi, amma mən o vaxt fikirləşirdim ki, gəlmir-gəlməsin də, dünya dərəbəylik deyil ki? Çox cavanıydım, inanırdım, ümidlərim vardı. Sındırdılar. Üzümü çevirib getdim, ölmüş istəklərimin xarabalarında yaşadım. Bu da taleyin cilvəsiydi ki, az sonra atamın evində çoox böyük, sözü keçən çox böyük bir adamla rastlaşdım. Həmin xanıma pislik etmək imkanım yarandı, eləmədim. Fikirləşdim ki, gün gələcək ona da haqsızlıq eləyəcəklər. O da ölmüş istəklərinin içində gəzib-dolaşacaq. Oldu).
   
   Amma indi gözləri yaşara-yaşara mənə "ölən istəklərimizdən yaz" deyən müəllimə baxıb düşünürəm ki, ətrafdakı canavarları özləri yaradırlar. Dillənmirlər, danışmırlar, yıxılana əl uzatmırlar, "mənə nə" deyirlər, sonra da belə olur. Haqlarını-hüquqlarını tapdalayırlar, ağızlarından halal tikələrini qapırlar. Boynu bükük komendantlar məmləkətində yaşamaq... Amma mən bir zaman bütün dünyanı sevməyə hazır idim...
   
   
   
   ***
   
   Hər halda mən onun istəyini yerinə yetirdim. Yazdım. Bilməm anlaşıldımı?


YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK