deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | HAVA AXINLARI Adalet.az | HAVA AXINLARI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

HAVA AXINLARI

46731    |   2007-06-30 17:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


   
   İstilər elə gəlib ki, bütün dünya qovrulur. Söz veriblər ki, bizdə də olacaq. Yəni məsələ bundadır ki, insanlar çəpər çəkib ölkələri bölsələr də siklonlar, hava axınları sərhəd tanımır. Və kimsə fikirləşirsə ki, başqa ölkələrdəki havalardan mənə nə - böyük səhv eləyir. Eyni fikri siyasi havaya da tətbiq etmək lazımdır. Siyasi siklonlar da çox etkiləyici gücdədir.
   
   
   
   ***
   
   
   
   Özlərinin deyimi ilə desək, Türkiyə sandığa getməyə hazırlaşır, yəni seçkiyə. Çox diqqətlə izləyirəm və anlayıram ki, məsələ Türkiyədəki durumla bağlı deyil. Dünya yenidən bölünür, dünyanın yeni xəritələri böyük dövlətlərin əlində və hər kəs bundan yararlanmağa çalışacaq. Qardaş ölkədəki vəziyyətə gəldikdə isə burda məsələ daha ciddidir. Birinci Dünya Müharibəsindən sonra Osmanlı imperiyasının dağılmasından sonra itirilmiş torpaqların siyahısına yeni əlavələr olunması planı var. Seçkilərin necə keçəcəyindən çox mətləblər asılıdır. Ordakı hadisələrin bura təsirsiz ötüşəcəyini düşünənlər də çox yanılırlar.
   
   
   
   ***
   
   Az qala min illik dövlətçilik tarixi olan bir imperiyadakı seçki olaylarını özümüzlə müqayisə etmək doğru deyil, mən bu qənaətdəyəm. Və həm də fikirləşirəm ki, seçim qarşısında qalmaq yaxşıdırmı? Həyatımız boyu bu və ya digər şəkildə, bu və ya digər situasiyalarda seçim qarşısında qalmışıq. Xeyrimizəmi olub, ziyanımızamı, bunu hər kəs özü bilir. Hətta əynimizə geyim alanda seçməli oluruq - bizə yaraşanı, əynimizə olanı, cibimizə uyğun gələni. Bu baxımdan Sovet dövrü fərqli idi - sözün hər mənasında seçim yox idi. Hökumət ticarət bazalarına müəyyən miqdarda geyim-kecim dəstləri göndərirdi, hamı alıb keçirdirdi əyninə. Bir xeyirə-şərə gedəndə də görürdün ki, hər kəs eyni geyinib və yaxud da tikilən evlər, sürülən maşınlar, yeyilən yeməklər eyni idi - seçim yox idi. Ən başlıcası isə hər hansı bir təşkilata, idarəyə, şuraya rəhbərlik edəcək şəxs təyin olunurdu. Bir nəfərin əmri ilə. O vaxtın seçkilərini xatırlayıram - dosyeləri qoyurdular qabaqlarına, bir sağıcı, bir tornaçı, bir partiyaçı, bir bitərəf, bir qadın, bir kişi seçilirdi. Təbii, burda da bir seçim vardı. Amma kiçik bir qrup böyük bir dövlətin ideologiyasını müəyyən edirdi, seçirdi. Bunun çox müsbət çalarları var. Hansısa bir dağın başında, hansısa bir xala nə bilir ki, onu kim idarə etməlidir. O vaxtlar bizim əvəzimizə partiya fikirləşirdi, yaxşı da eləyirdi. ül kimi sistemi dağıtdıq, indi məcburuq özümüz fikirləşək. Fikirləşək görək azacıq maaşla necə dolanaq, qaz-işıq olmayanda canımızı necə qızdıraq, qəpik-quruş pensiya ilə dava-dərmanı necə alaq? Siyahını uzatmaq da olar.
   
   İndi partiyalar bolluğudur. Hansını istəsən seç. Müxalifət yönümlü, iqtidar yönümlü, Amerika yönümlü, Rusiya yönümlü, islam yönümlü, sivil yönümlü. Amma bu bolluq bizə bayaqkı necələrə cavab tapmaq imkanı yaratmayacaq. Hansı partiyanı seçməyimiz problemləri həll etməyəcək. Lap hakim partiya olsa da. Çünki hakim partiyanın sıravi üzvlərinin seçim imkanı da elə sıravidir.
   
   Bəşəriyyət inkişaf mərhələsində çoxallahlıqdan təkallahla inam yolunu seçib. Demək belə lazımdır. Çox Allahın çox da əmri olur. ərək hərəsinə bir məbəddə heykəl qoyasan, sitayiş eləyəsən, qurban kəsəsən. Hərəsi bir sahəni idarə eləyir - gərək dənizə çıxanda Dəniz Allahına, ova gedəndə Meşə Allahına, eşqə düşəndə Məhəbbət Allahına görüm-baxım eləyəsən. Ayrı-ayrı sahənin allahları baş Allahla münasibətini pozanda gəl işlərini həll elə, görüm necə eləyəcəksən? Odisseyin səyahətini xatırlayırsınızmı? Odur ki, bir olan Allahı tanımağın, ona tapınmağın insanlara xeyri çoxdur. Seçim-filan olmadan. Amma baxıram ki, bizdə allahlıq iddiasına düşənlərin sayı xeyli artıb. O bir Olan axırını xeyir eləsin.
   
   
   
   ***
   
   Keçən həftə bəstəkarlar özlərinə yeni rəhbər seçdilər. Yaradıcı təşkilatlarda belə məsələlər həmişə qalmaqallarla müşayiət olunur. Mənə maraqlı gələn isə budur ki, neçə illər Avropada yaşayıb, əsəbləri dincəlmiş bir xanım niyə gəlib burda bu tikanlı sözləri eşitmək həvəsində bulunub. Axı o bilir ki, kabinet yaradıcılığı qəfəsləyir. Yəqin qardaş təşkilatlara baxır və fikirləşir ki, niyə onun da katibəsi, şəxsi tərifçiləri, xidməti maşını və s. olmasın. Hər halda seçim onun və bəstəkarların idi. Bizə uğur diləmək qalır.
   
   
   
   ***
   
   Dedim ki, Türkiyə parlament seçkilərinə hazırlaşır. İzləyirəm, görürəm ki, oxşar cəhətlərimiz çoxdur. Kompromat savaşı, çirkab yarışı. O vaxt yadımdadı, hər axşam seçki namizədlərinin çıxışlarına həvəslə tamaşa edirdim. Baxmırdım ha, tamaşa edirdim. Çünki dörd-beş, bəzən də on dəqiqəlik bu çıxışlar xalis mini tamaşalar idi. əldiyim nəticə isə bu oldu ki, bizi özbaşına qoymaq olmaz. Nə istədiyimizi özümüz də bilmirik. İmkan vermişdilər kim istəyir namizədliyini sürsün, oldu. Baxırdın ki, içlərində nə qədər ruhi xəstə vardı. Başqa kağızlarla yanaşı, bunlardan psixi sağlamlıq kağızı da istəmək lazım idi. Bir də çox maraqlıydı ki, hamı seçiləcəyinə ürəkdən inanırdı. Hansı sırada, hansı kresloda oturacaqlarını müəyyən eləmişdilər. Əməlli-başlı kütləvi psixoz yaranmışdı. Amma hər halda maraqlı və əyləncəli idi. Nə qədər yeni sifətlər, yeni xarakterlərlə tanış olduq. Yeni yaltaqlar, yeni söyüşənlərlə tanış olduq. Nə qədər adamın yaşayış yerlərinə asfalt çəkildi, bəzi problemləri həll olundu, nə qədər adam bu proses boyu pul qazandı. Seçkiyə laqeyd qalmaq olmaz. O zaman bütün tanışlarıma məsləhət görürdüm ki, təbliğat kompaniyasını diqqətlə izləsinlər. Hər halda özümüz haqda bir nəticəyə gəlmək mümkün olardı. Çoxu öz bioqrafiyasını kağızdan oxumaqda çətinlik çəkir, ən adi fikirlərini izah edə bilmirdi. Nitq çox mətləblərdən xəbər verir. O vaxt gördüm ki, biz nə danışmağı, nə də dinləməyi bacarırıq. Amma maraqlı bir hadisə olmuşdu, istəyirəm onu da yada salım. Yaxın bir tanışımın dörd yaşlı oğlu danışmırdı. Valideynlər çox narahat idilər. Amma həkimlər ümidliydilər ki, uşaq danışacaq.
   
   ünlərin bir günü (yəni seçki ərəfəsində) uşağın anası mənə xəbər elədi ki, oğlumun dili açılıb. özaydınlığı verdim, soruşdum ki, nə danışıb, ilk sözləri nə olub? Ana bir az tutuldu, sonra cavab verdi ki, evimiz birotaqlıdı, mən uşağı yatırdanda atası namizədlərin çıxışlarına baxır. Uşaq da mürgüləyə-mürgüləyə ordan eşitdiyi sözləri deməyə başlayıb - "seçki", "qanun", "platforma", "rüşvətxor", "söz verirəm", "müxalifət"... Maraqlı hadisədi, deyilmi?
   
   Fikirləşirəm ki, burda bir hikmət var. Bu gün danışmağa başlayan uşaqlar nə danışacaqlar, necə danışacaqlar, iyirmi il, otuz il sonra bizim qəzetlərdəki bəyanatlarda özünü göstərəcək. Əgər bu gün körpələr "istəmirəm", "yox" deməyi öyrənsələr bir neçə ildən sonra "mən belə düşünmürəm" deyə biləcəklər. Bir az vaxt keçəndən sonra isə öz fikirlərini, mövqelərini müdafiə eləməyi öyrənəcəklər. Tarix üçün 20-30 il nədi ki? özləmək lazımdır.
   
   Fikir zənciri deyəsən məni irəliyə yox, geriyə qaytardı. Türkiyədəki seçkilərin işığında öz seçkilərimizi xatırladım. Həm də o vaxt o qədər qəribə hadisələr oldu ki...
   
   ...İstanbulda olub "Topqapı" muzeyini görənlər bilirlər - girəcəkdə sarayın iki həyəti, iki darvazası var. Əvvəllər Osmanlı imperiyasının ehtişamlı dönəmlərində saraya qonaq gələnlər statusuna, ranqına görə bəzən birinci darvazadan ikinciyə keçənə qədər atla, qatırla gedə bilirlərmiş. İkincidən saraya qədər gedən yolu isə istisnasız-filansız piyada getməliymişlər. Rəiyyətin isə sarayın nə birinci, nə də ikinci həyətinə daxil olmaq hüququ yox imiş. Amma hər səhər birinci darvazanın qarşısına yığışıb həmin gecə dövlətin daxili siyasətində baş verənlərdən xəbər tuturlarmış. Yəni gecə başı kəsilmiş dövlət məmurlarının kəlləsini nizəyə keçirib düzürlərmiş birinci darvazanın qabağına. Həmin vaxtlardan çox uzaqlaşsaq da, mahiyyətcə çox şey dəyişməyib. Biz də hər gün xəbərlər proqramlarına həmin o darvazanın qabağına yığışan rəiyyət kimi tamaşa edirik. Nəsə yeni bir sərəncammı, fərmanmı eşitməyəndə fikirləşirik ki, nə oldu, bəs filankəs, bəs filan nazir, bəs filan məmur? Sadə adamların marağı təbiidi, onlar nəyinsə dəyişəcəyinə ümidlidirlər. Amma dünənə qədər ağız-ağıza öpüşən, bir-birinin şəninə tərif deyənlər haray-həşir qopardanda düşünürsən ki, qardaş, nə olub? Bir-iki gün gözləyin, görərsiniz nə qədər "səmimi" etiraflar eşidəcəksiniz. Seçkilərdə baş verən olayların uzantısı olan bu qərar nə qədər başları darvazanın önünə düzəcək.
   
   Bir dəfə maşında oturub dükanda alış-veriş eləyən oğlumu gözləyirdim. ördüm beş-altı diri toyuğu satmaq üçün atıblar dükanın qabağına. Toyuqlar da ordaca eşələnirlər, yemi dənləyirlər, qaçıb eləmirlər. Müştərilər gəlir, elə ordaca toyuğu seçir, kəsib verirlər, başını da tullayırlar həmin toyuqlara. Bayaqdan bir yerdə eşələnən toyuqlar da cumub həmin kəsilmiş başları dimdikləyirlər. Baxdım, baxdım, fikirləşdim ki, bizim bu quşbeyin toyuqlardan heç bir fərqimiz yoxdur. Birinin başı kəsilən kimi hamı tökülür onu dimdikləməyə. Heç düşünmürlər ki, yeni müştəri gələn kimi onların da aqibəti belə olacaq. Kim ki özündən əvvəlkilərə pis münasibətdə olub, onu da həmin son gözləyir. örə-görə gəlirik.
   
   ***
   
   Nə isə... Havalar istiləşir. Çox təəssüf ki, hava axınlarını idarə eləmək imkanımız yoxdur. Mənə qalsa ən yaxşı seçim bu olardı - hərə özünə uyğun gələn havanı seçərdi, olub bitərdi. Yoxsa, otur televizorun qabağında, gözlə Türkiyədə sandıqlar açılacaq, ordan qalxan hava siklonları hara yönələcək?..
   
   


YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2013-09-18 : LEYSAN ÖZLƏMİ
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : DAŞ
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : İMTAHAN
2007-02-16 : TƏZADLAR
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK