warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | TARİXDƏN YAZMAQ... Adalet.az | TARİXDƏN YAZMAQ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

TARİXDƏN YAZMAQ...

25374    |   2007-06-02 06:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adətən yazılarım dərc olunandan sonra telefon zəngləri olur. Dost-tanış fikir-münasibət bildirir. Sonra kompüteri açıb elektron poçtuma gələn məktublarla tanış oluram. Sağ olsunlar, mənim bu qapalı həyatıma bir rəng qatırlar. Və həm də inanmağa başlayıram ki, insanlar hələ də oxumağı tərgitməyiblər. Mahnı oxumağı yox, qəzetdə-kitabda yazılanları oxumağı nəzərdə tuturam. Çünki başqa cür oxumaq üçün, Allah var eləsin, hər cür telemüsabiqələr mövcuddur. Hər yaşda, hər görkəmdə adam çıxıb öz məharətini göstərə bilir. Gözünün qarasını əridib kağız üstündəki qaraları oxuyub fikirləşməyə isə ərinirlər. Görünür, mən də bir az maksimalistəm, müstəmləkə tarixi ilə tərbiyələnmiş adamlarda böyük rus xalqına məxsus məziyyətləri görmək istəyirəm. Alınmır, hər xalqın özünəməxsus inkişaf yolu var. Kimi döyüşlərdə formalaşır, kimi inqilablarda, kimi elmi ixtiralarla varlığını təsdiq edir, kimi də bizim kimi atılıb-düşməklə. Heç kimə azadlığı, istiqlalı qızıl tabaqda qabağına qoymurlar. Cəmiyyətin hər bir üzvü bu böyük dünyada öz yerinin nə olduğunu düşünməyənəcən elə belə də davam edəcək. Tarixin öz qanunları var.
   
   Tarix demişkən, keçən həftə dostumuz Xeyrəddin Qoca telefon açır və deyir ki, tarixdən yaman çox yazırsan, özümüzdən yaz, bizdən yaz. Sabahı günü şair Ramiz Məmmədzadə zəng edir və deyir ki, dünyada nə qədər maraqlı liderlər olub, onlardan yaz... Xeyrəddin müəllimə deyirəm ki, vallah, mən tarixdən yazanda da özümüzdən yazıram. Həmin mövzular paralellər aparmağa imkan verir, həm də düşündüklərimi sətirlər arasında gizlədə bilirəm. Ramiz müəllimə də deyirəm ki, başqa oxucular tarixdən yazmağımdan narazılıq edirlər. Təbii ki, hamıya xoş gəlmək mümkün deyil, belə məqsədim də yoxdur. Amma kim ki öz qiymətli vaxtını sərf edib məni oxuyursa, dərin təşəkkürümü bildirirəm. Deyim ki, mən də çox diqqətli oxucuyam, dövri mətbuatı mütəmadi izləyirəm. Sevdiyim müəlliflər var, hər zaman imzalarını axtarıram. Mənim də oxucu olaraq öz iradlarımı söyləmək haqqım var da yəqin?
   
   Həftə ərzində 28 Mayın İstiqlal günü və ya Respublika günü adlandırılmasının davası getdi. İstiqlal abidəsinin nə boyda, nə biçimdə olmasının davası getdi. Hər kəsin İstiqlal abidəsi özünün layiq olduğu boyda olur. Tutalım, "28 Aprel" metro stansiyasını "28 May" adlandırdılar, nə olsun?! 28 aprelnən 28 may arasındakı 30 günlük məsafəni qət eləmək üçün 70 il vaxt lazım gəldi. Şüurların dəyişməsinə də yəqin bir o qədərdən də artıq vaxt lazım olacaq. Rus imperiyası dağılanda xalqlar elə bildilər azadlığa çıxdılar. Az qala hər şəhərdə, hər qəsəbədə bir dövlət quruldu. 1918-ci ilin mayında Azərbaycan öz istiqlaliyyətini elan etdi. Bağışlanmış azadlıq, rusun general etdiklərinin qurduğu ordu, rusun oxutduqlarının qurduğu hökumət, Rusiyadan gəlmiş mütərəqqi inqilabi ideyalar. Biz bir çox başqa xalqlar kimi əlimizdə silah müstəmləkə zülmünə qarşı döyüşməmişdik. Azadlığı verdilər (müvəqqəti) götürdük, istifadə eləyə bilmədik, səbəbləri də çoxdur.
   
    O didişmələrin, parçalanmaların, siyasi ambisiyaların içində Vətən sözü itib-batırdı. Böyük dövlətlərin maraqları içində Vətən sözü itib-batırdı. Tam olmayan 2 il ərzində hökumətin tərkibi beş dəfə dəyişmişdi. Bu demokratiya idi, ya xaos? Və bu xaosun içində dövlət qurub, möhkəmlətmək mümkün idimi? Bir də ki, dağılan tifaq təkcə bizimki deyildi. Köhnə Rusiya imperiyasının üzərində daha güclü və möhtəşəm Sovet imperiyası yaranmaqda idi. Bu da qarşısıalınmaz, labüd proses kimi dünya dövlətlərinin diqtəsi ilə baş verdi. Amma indi özümüzə sual qoysaq ki, 28 May (yəni iki illik müstəqillik) bizə nə verdi, bax, bu barədə danışmağa dəyər. Azdan-çoxdan parlament təcrübəmiz yarandı, indiki sərhədlərimiz onda çizildi (düzdür, bu gün çox kiçilib), Sovet İttifaqının tərkibinə muxtar yox, müttəfiq respublika kimi daxil olduq, öz dilimizdə məktəblərimiz açıldı və s. Bu işin bir tərəfi, o biri tərəfdən - Rəsulzadə demişdi ki, biz xalqa azadlığın nə olduğunu anlatdıq, onun tamını dadızdırdıq. Amma "azadlığın" nə olduğunu anlamayan xalq dadından nə anlayacaq? Ac adam dadmaqla doymur. Sonralar bizə qorxunu elə bol-bol yedirtdilər ki, hüceyrələrimizə qədər doyduq. Sınmış ruhla "azadlıq" anlayışı düz gəlmir. Arxasında dura bilməyəcəkləri vədləri verib istiqlal, hürriyyət çağırışları ilə insanları bədbəxt eləmək lazım deyildi. Sonra hərə bir tərəfə qaçıb getdi, dəyən təpik burda qalanlara dəydi. Biz bu olayları sonra da yaşadıq. 28 mayla 28 aprel arasındakı 30 günlük fərq - tariximizdəki qara günlərin, repressiyaların, azadlıq və kölələyin fərq tarixi oldu. Tutalım, 28 May küçəsi ilə addımlayanda ünvan lövhəsinə baxıb fikirləşəndə ki, bura bir vaxtlar 28 aprel adlanırdı, indi üstünə bir ay əlavə ediblər, nə qədər adam bunun fərqinə varır ki?
   
   Mən bu sözləri çox sevirəm - azadlıq, istiqlaliyyət, hürriyyət. Mənim bu sözlərə xüsusi münasibətim var. Bağışlanmış azadlığa, istiqlaliyyətə inanmıram. Bizim məmləkətdə istiqlal savaşı daim ədəbiyyatımızda, publisistikamızda gedib, XIX əsrin sonlarından başlayaraq. Azadlıq uğrunda silahlı mübarizə isə yalnız Babəkin Xürrəmilər hərəkatı olub - onun da adını kafir qoyub lənətləmişik. Lövhələri dəyişmək mahiyyəti dəyişəcəkmi? İstiqlal abidəsinin böyük-kiçikliyinin davasını aparmaqla təfəkkürümüzdə, düşüncəmizdə "istiqlal" sözünün dərinliyinə varacayıqsa, nə yaxşı. Amma mən buna inanmıram.
   
   Əgər indi müstəqilliyə çıxdığımız bu neçə ildə müstəqil olmağın nemətlərindən bəhrələnə bilmiriksə, o vaxt tam olmayan iki ildə nələr baş verib, bir təsəvvürünüzə gətirin. Heç nəyi ideallaşdırmadan, bəzək-düzəksiz. İndi baş verən proseslər daha eybəcər, daha məşum şəkildə o vaxt da olub. Bu gün nə qədər çalışsaq da, bəzi həqiqətlərdən yan keçə bilməyəcəyik. Millət üçün istiqlal və azadlıq sözün o vaxt qiyməti olur ki, azadlığın nə bahasına, necə başa gəldiyini anlasın. Bunun üçün də millətin şüurunda devrim olmalıdır. Mənim müşahidələrimə görə buna hələ var. Evinə kitab girməyən adam belə məfhumlardan nə anlar? Qəzet oxumağa ərinən adam istiqlalı neyləyir? Düşük müğənnilərə SMS göndərməyə kimisə məcbur edirlər? Yaşlı-başlı adamları müsabiqədə atılıb-düşməyə məcbur edirlər? Odur ki, istiqlal davası döyməyin yeri yoxdur.
   
   Son günlər məni heyrətləndirən bir məqamı da qeyd etmək istəyirəm. Bu söhbət qəzetlərdə də çox hallanıb. Və bu hadisələrin fonunda nəsə bir nəticə çıxarmaq çox çətindi. Azan söhbətindən danışıram. Əvvəlcədən deyim ki, mənim üçün din milli mədəniyyətimizin, tariximizin tərkib hissəsidir, əxlaqi dəyərləri qoruma vasitəsidir. Və mən anlayıram ki, din bizi tarixin hansısa dönəmlərində fatehlərin içində əriməkdən saxlaya bilib. Hər kəsin etiqadına da hörmətlə yanaşıram. Bu vicdan məsələsidirsə, belə söhbətlərdə çox ehtiyatlı olmaq gərəkir. Necə ola bilir ki, həftə içində dalbadal bir-birinə zidd iki qərar verilir və dini lider hər iki halda da təsdiqləyir. Və əgər deyilirsə ki, birinci şəxsin bundan xəbəri yoxdur - olmazdımı ki, hamıya bəyan edilməmişdən əvvəl bunu öz aralarında müzakirə etsinlər? Hər halda bu bir heysiyyət məsələsidir. Belə çıxır ki, bir dövlət yetkilisi desə ki, sabahdan gedin xristianlığı qəbul eləyin, kimsə etiraz etməyəcək. Əksinə, "Xəbərlər" proqramını açanda görəcəyik ki, səhiyyə müəssisələrində, məktəblərdə adamlar yığışıb bunu alqışla qarşılayır. Deyirlər ki, "bu bizim xalqın minillik arzusu idi. Ürəyimizdə qalmışdı, biz onsuz da əvvəllər xristian olmuşuq, məmləkətin ərazisində nə qədər kilsələr qalıb sübut kimi..." Sovet hökuməti qərar verdi ki, hamı allahsız olsun, olmadılar? İndi kim ürəyində nə fikirləşəcək, onun heç bir əhəmiyyəti yoxdur. Ürəyimizdəkilərlə dilimizdəkilər daim təzad təşkil edib. Əsas məsələ formadır, məzmun deyil. Hər işimiz necədirsə, dindarlığımız da elədir. Vallah, bu yuxarıdakılar hələ çox insaflı adamlardı. İstəsələr çox əmrlər verərlər. Bilirlər ki, onsuz da hamı icra edəcək.
   
   Din və şəriət özlüyündə müəyyən bir zaman kəsiyində müəyyən bir cəmiyyətin davranış və əxlaq anlayışlarının toplusudur. Təzəsi çap olunmadığından köhnə Sovet Ensiklopediyasını vərəqlədim. "Əxlaq" sözünün qarşısında böyük bir məqalə vardı, oxudum. Yazıblar ki: " Əxlaq - ictimai şüur formalarından biri, ictimai həyatın bütün sahələrində ( məişət, ailə, əmək prosesi, elm və siyasət) insanların davranışını tənzim edən sosial institut. İnsanların öz davranışlarında rəhbər tutduqları prinsip, norma və qaydaların məcmusu" . Sovet olanda nə olar, gül kimi sözlərdi. Allahı inkar edən köhnə rejim dövründə insanlar öz ürəklərində və əməllərində ona daha yaxın idilər. İndi görüntü naminə namaz qılanlar, oruc tutanlar da var. Vicdanı da şou obyektinə çevirirlər. Yalan danışırlar, bir-birinin üzərinə çirkab atırlar. Gedirsən restorana, görürsən ki, 8-10 yaşında bir qızı sərxoş kişilərin qabağında rəqs elətdirirlər. Soruşursan ki, bu məkanın yiyəsi kimdi, deyirlər mömin bəndədi, ziyarətləri gəzib gəlib. Bu barədə niyə heç kim danışmır? Bir yazıçının yazdığı iki kəlməyə görə guya özlərini dindar adlandıranlar onun üstünə hücum çəkirdilərsə, bəs bu niyə heç kimə toxunmur? O yazıçı hamımızdan mənəviyyatlı adamdı, millətin də gələcəyi haqqında düşünür. Bəlkə də onun elədikləri Allaha mənəviyyatsız adamların elədikləri ziyarətlərdən daha çox qəbuldur.
   
   Heyf ki, yeni sistemə keçəndən sonra yeni Ensiklopediya çap olunmayıb. Yoxsa oxuyub öyrənərdim görüm bu gün "Əxlaq" sözünə nə izah verirlər? Köhnəsində yazılıb ki, "antoqonist sinifli cəmiyyətdə əxlaq tərbiyəsi hakim sinfin mənafeyinə tabe edilir. Kommunist əxlaqının mahiyyəti isə xalqa xidmətdədir". Düşünürəm ki, bu fikri bütün zamanlara şamil etmək olar. Çünki hakim siniflər də hər vaxt mövcuddur, xalqa xidmət etdiyini hər vaxt söyləyənlər də. Xalq qadasını aldığım da SMS göndərməklə məşğuldur. Nə vicdan? Nə istiqlal?..
   
   Aksiologiya deyilən bir nəzəriyyə var - əxlaqi sərvətlər nəzəriyyəsi. Bu nəzəriyyə cəmiyyətin əxlaqi münasibətlərinin təzahür formalarından biridir. Ənənələr itəndə və cəmiyyətin ideoloji dayaqları sarsılanda bu nəzəriyyə aktuallaşır. Əgər bu gün xeyir-şər, ədalət, vicdan anlayışları transformasiyaya uğrayırsa, nə edək? Və əxlaq nədir sualına kim cavab verə bilər? Din xadimləri, siyasətçilər, ya SMS göndərən xalq?
   
   P.S. Vallah, Xeyrəddin müəllim, bu dəfə tarixdən yazmaq istəmirdim, amma yenə tarix alındı. Keçin günahımdan. Qurban olduğumuz Tarif Şurası gündə bir əlaqə vasitəsinin qiymətinə böyük hörmət və sevgiylə yanaşdığından ola bilər ki, telefon söhbətləri də tarixə qarışsın, ancaq qəzet vasitəsilə söhbətləşək. Bir təklifim var - bu jurnalistlərin onsuz da abırı yoxdu, döyürlər, söyürlər, tuturlar, yenə öz bildiklərini yazırlar. İndi ki belədi, yazdıqlarına görə tarif müəyyən edilsin, hər sətirbaşı cümləyə görə millətimizin baş tacı olan oxuyub-oynayanlara SMS göndərməyə məcbur edilsinlər. Analoqu olmayan tarix (tarif yox) yaranar.
   
   


YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2013-09-18 : LEYSAN ÖZLƏMİ
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-05-21
2019-05-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK