ANA SƏHİFƏ / YAZARLAR

Siz atomu parçalayın, mən eşqdən yazacam! - Emin Piri yazır

69313    |   2020-04-25 10:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Kimsə peşman olur, sosial şəbəkənin, duyğuların yaratdığı sözləri dilinə gətirsin. O dəqiqə, Elon Musk gözü yaşlı, dünya aya çıxır, Marsda koloniya yaradır, bunlar insani münasibətdən, sevgidən, eşqdən danışır. Bilmirəm, özündən intelektual, ziyalı İQ-sı nə olanlar karantin dövründə Marsda koloniya yaratdılar, pandemiya dövründə virusdan qorunmaqçün ora köçdülər, ya yox. Bəlkə də atomu parçalayırlar səsləri gəlmir.

Bu "maarifçi ziyalılar” udunudurlar ki, min illər keçsə də insan hisləri dəyişməz qalacaq. Hər hansı kəşflər, elm də insanların, insanlığın bu duyğularının rahatlığı, xoşbəxtliyi üçündür.

Hə, bu adamlar- bizə yuxarıdan aşağı baxan "intelektuallar” sonradan maska necə taxılmalıdır, əl necə yuyulmalıdır, necə qorunmaq lazımdır, insanlar arası münasibətlər, münasibətlərin ölçüsü-izolyasiya kimi sadə əməllər barədə mühazirə dinləyən və mühazirə keçənlər oldular. Bəs, nə oldu bizi bu ələ salanlar?

Anlamadıqları bir şey var, bəşəriyyət nə qədər var, insani münasibətlər və bu kimi nəsnələr həmişə önəmli olacaq. Sonsuza, elə qiyamətə kimi. Necə ki, pandemiya dövrü bunu xatırlatdı.

Robotları insanlaşdırmağa çalışan dünya göstərdi ki, bəzi tibbi məsələlərdə bir addım da irəli getməmişik. Hətta orada qalmışıq. Bəlkə də bəzi keçmiş unudulmuşları yenidən kəşf kimi sırımağa çalışırıq. Udunulmuş keçmiş təlimlər haqqında yenilik kimi danışırıq.

1918-ci il, ispan qripi. 100 il öncə insanlara bu virusdan qorunmaq üçün maska taxmağı, 10 nəfərdən artıq insanın bir yerdə olmamağı, evdə qalmağı məsləhət görülürdü. Tanış mənzərədir? Halbuki, 100 il sonra bu qaydalar üzərində baş sındırırıq.

Bu arada virusun ispan qripi adlanmasının səbəbi də qəribədir. Digər ölkələr pandemiya haqqında mətbuatında yer vermir, bir növ cəmiyyətdə panika yaratmamaqçün bu tipli xəbərlərə qadağa qoymuşdular. İspaniyadasa əksinə, media bu olayları, faciə haqqında yazıları dərc edirdi. Məhz, bu səbəbdən epidemiya "ispan qripi” adını aldı. Hə, 100 il öncə həyata keçirilmiş izolyasiya tədbirlərinin izaha ehtiyacını duyuruq, hansısa həkimlər, alimlər yenilik tapmış kimi efirlərdən düşmür.

Yüz illər öncə, vəba xəstəliyi. İnsanlar izolyasiya tədbirləri üçün az qala evinin pəncərəsini, qapısını hörürdü. Virusdan qorunmaqçün. İndi hörməsələr də mənzərə tanışdır. Evdə necə qalmaq və ya saxlamaq haqqında baş sındırırıq. Sanki təzə bir şey tapmışıq.

Kənar şəxslərin paytaxta, əsas meqa şəhərlərə buraxılmaması. Osmanlı sultanı IV Murad subayların paytaxta girişini qadağan etmişdi. Evli olmayan gənclər şəhərdə bir növ pis yollara düşür, əxlaqsızlıq, cinayət artır, sonda yoluxucu xəstəliklərə də rəvac verirdi. Bu arada türkcə subay bekar deməkdir. Bizdə də bekarların, yəni işsizlərin şəhərə girişi qadağandı. Söz oyunu olsa da. Dünya isə bu cür qoruyucu vasitələri yenilik kimi indi-indi anlamağa çalışır. Tanış mənzərədir?

Hə, əzizlərim, siz atomu parçalayın, amma bəşəriyyət nə qədər ki, var bəzi şeylər dəyişməz qalacaq.

Dediyim kimi, duyğularımız dəyişmir, çox məsələdəsə irəli getməmişik, sadəcə yeni bildiklərimiz sadəcə unutduqlarımızdır. Bizim, insanlığın əsas problemi də elə unutqanlıqdır. Unutduqca köhnə faciələr başımıza yeni faciə kimi çökür!

Bu arada siz atomu parçalayın, Marsda koloniya yaradın, mən isə gedim yeni sevgi şeirimi yazmağa...




İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-06-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK