ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: BİRİ SƏNSƏN, BİRİ MƏN...

10299    |   2020-04-22 09:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu mahnı heç də adi mahnı deyil. Bu mahnı hər bir azərbaycanlının ürəyində elə bir iz qoyub ki, o iz yaddaşlarda yüz il də, əlli il də, min il də keçsə, həmişə qalacaq. O izi də Azərbaycanın çöx böyük xanəndəsi, çox böyük sənətkarı, çox böyük musiqiçisi İslam Rzayev qoyub.

İslam Rzayevin oxuduğu "Biri sənsən, biri mən" təsnifi heç də adi bir musiqi, adi bir mahnı deyil. Onun sözləri də möhtəşəmdi, musiqisi də möhtəşəmdi, ifa da möhtəşəmdi. Möhtəşəm ifa, möhtəşəm söz, möhtəşəm musiqi! Sözləri böyük şair Bəxtiyar Vahabzadəyə məxsusdur. Musiqi Əhsən Dadaşova məxsusdur. İfanı isə ilk dəfə İslam Rzayev səsləndirib. Bayaq dedik, bu mahnının unikallığı, milli koloriti, mahnının gözəlliyi və şirinliyi həmişə Azərbaycan dinləyicisinin, Azərbaycan tamaşaçısının yaddaşında qalacaq.

Sözümün canı bu deyil, sözümün canı odur ki, bu yaxınlarda Xəzər Televiziyasının "5/5" verilişində bu mahnıyla əlaqədar müəyyən fikirlər səslədirildi. Həmin verilişin aparıcısı Zaur Kamal qonaqlarını da təqdim elədi. Qonaqlar Teymur Əmrah, Aybəniz Haşımova və yazıçı-şair Vüqar Əhməd idi. Burda həmin mahnıyla bağlı müəyyən fikirlər səsləndi, müəyyən fikirlər deyildi. Məni narahat eləyən o oldu ki, İslam Rzayevin möhtəşəm ifası yaddan çıxdı, Teymur Əmrah Aybəniz Haşımovanın ifa etdiyi həmin mahnını tərifləməyə başladı. Hətta istedadına və musiqi savadına çox böyük hörmətim olan Teymur Əmrah bildirdi ki, Aybəniz Haşımova bu mahnını çox möhtəşəm ifa edib. Bəlkə də Aybəniz Haşımova o mahnını möhtəşəm ifa edib. O xanım böyük musiqiçi və böyük sənətkardı. Buna sözümüz yoxdu. Amma o mahnının kamil ifaçısı böyük xanəndə, böyük musiqiçi İslam Rzayevdir. Islam Rzayev o mahnıya elə möhür vurub ki, ondan sonra kim gəlsə də, o mahnını onun kimi ifa edə bilməz. Ən azından İslam Rzayevin instrumental ansamblındakı musiqiçilərin ifası, qeyri-adi səslənmə, qeyri-adi musiqi digər ifalarda heç vaxt o səviyyədə alınmayıb.

Düzdür, bu mahnını Rövşən Behçət də ifa edib. Rövşənin də ifasında bu mahnı gözəl alınıb. Ona heç kimin şübhəsi yoxdur. Amma Rövşən Behçət o mahnını oxuyanda orda fars, iran boğazları hiss olunur. Amma İslam Rzayevin ifasında isə xalis Azərbaycan musiqisi, Azərbaycan zənguləsi, Azərbaycan ritmi və Azərbaycan şirinliyi var. Bunu danmaq olmaz. Məni narahat eləyən o oldu ki, bu söhbət zamanı Teymur Əmrah bir dəfə də olsun İslam Rzayevin adını çəkmədi ki, bəs bu mahnının əvəzsiz ifaçısı İslam Rzayevdir. Verilişdə iştirak edən Vüqar Əhməd də bu məsələdə çox soyuq münasibət göstərdi. Hansı ki, Vüqar Əhməd uzun müddət Azərbaycan Dövlət Televiziyasının musiqi redaksiyasında məsul vəzifədə çalışıb. O bilirdi ki, İslam Rzayev kimidi və İslam Rzayev bu mahnını necə möhtəşəm oxuyub. Amma bir kəlmə olsun dinmədi. Bax, biz belə bir millətik. Heç vaxt özümüzün yaxşı cəhətlərini demirik. Çünki verlişdə onun qızı da iştirak edirdi, onun qızının ifasını tərifləyirdilər.



Əlbəttə, hər bir sənətkarın, hər bir ifaçının, hər bir musiqiçinin öz yolu, öz dəsti-xətti var. Və Aybəniz Haşımova da Azərbaycan musiqi tarixində öz sözünü demiş böyük ifaçılardan biridir. Bayaq dedik, buna sözümüz yoxdur. Amma sözümüz onadır ki, heç olmasa Aybəniz xanım özü deməliydi ki, məndən də əvvəl, məndən də möhtəşəm bu mahnını, bu təsnifi İslam Rzayev ifa edib. Hansı ki, İslam Rzayev xəstə olanda İctimai Televiziya onunla bağlı xüsusi bir veriliş də hazırlamışdı. Həmin verilişdə Aybəniz Haşımova İslam Rzayevin yanında o mahnını oxudu, sonra da kövrəlib İslam Rzayevi öpdü. Buna görə çox sağ olsun. Amma gərək xanım müğənni bu məqamda, bu anda həmin anları yada salaydı ki, bizim ustadımız, böyük sənətkar İslam Rzayev bu mahnını məndən də, Rövşən Behcətdən də gözəl ifa edib. Bax, bu olardı ədalətli münasibət, bu olardı Azərbaycan musiqi tarixinə sevgi və bu olardı Azərbaycan xalqına böyük sevgi.

Ümumiyyətlə, hər bir sənətkarı, hər bir musiqiçini, hər bir bəstəkarı tarixdə yaşadan onun möhtəşəm əsərləridir. Və bu möhtəşəm əsərlər kimliyindən, zamanından və məkanından asılı olmayaraq, həmişə yaşayır, yaşayıb və yaşayacaqdır. Və belə düşünürəm ki, İslam Rzayevin "Biri sənsən, biri mən" mahnısının ifasını onun qədər heç bir müğənni, heç bir xanəndə, heç bir sənətkar elə səviyyədə ifa edə bilməyəcək. Ən azından ona görə ki, ordakı kolorit, ordakı musiqi səsləndirilməsi, ordakı avaz, ordakı Azərbaycan xalları heç birində o qədər də zəngin deyil.

Bir daha mən bu mövzuya ona görə qayıtdım ki, hər şeyə tarix qiymət verir. Kimisə tərifləmək olar, kimisə yada salmaq olar, amma kiminsə haqqını başqasına heç cürə vermək olmaz. Yəni bu mahnı, bu təsnif İslam Rzayevin ifasıyla böyük Azərbaycan tamaşaçısı tərəfindən sevilib və yadda qalıb. Mənə elə gəlir ki, bundan sonra yüz illər keçsə də, yenə "Biri sənsən, biri mən" mahnısı İslam Rzayevin ifasında həmişə olduğu kimi səslənəcək, seviləcək və həmişə də yaddaşlarda qalacaqdır. Ona görə də heç vaxt haqqı nahaqqa vermək olmaz.

Ay böyük sənətkarlar, yoxsa bir məclisdə, bir verilişdə, eyni vaxtda bir stol arxasında əyləşib bir-birinizi tərifləməklə, bir-birinizə xoş sözlər deməklə keçmişi heç vaxt unutmaq olmaz. Yenə də deyirəm, o sənətkarlar istedadlı sənətkarlar, istedadlı ifaçılardı, amma hərəsinin öz yeri var, hər ifaçının tutduğu məqam var. O məqamı, o zirvəni yaddan çıxarmaq lazım deyil. O uca zirvədə İslam Rzayev həmişə durub və duracaq da! Böyük mənada demək olar ki, buna heç kimin şübhəsi ola biləməz. Ona görə də bir daha böyük sənətkarlar, böyük musiqiçilər, böyük ifaçılar heç vaxt unudulmur. Ən azından ona görə ki, İslam Rzayev heç bir musiqiçinin, heç bir xanəndənin, heç bir müğənninin ifa edə bilmədiyi ən çətin bəstəkar, xalq musiqisini ifa edib. Bütün bunlar tarixdir və bütün bunarı heç kim yaddan çıxara bilməz!





İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK