ANA SƏHİFƏ / SİYASƏT

Azərbaycanın Rusiyadakı səfirliyi vətəndaşlara müraciət etdi

12744    |   2020-04-19 22:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

zərbaycanın Rusiyadakı səfirliyi vətəndaşlara müraciət edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, yeni koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə göstərilən səylər çərçivəsində Azərbaycan və Rusiya arasında dövlət sərhədi müvəqqəti olaraq bağlanmış və Azərbaycan Respublikasının bir sıra vətəndaşları məcburən Rusiya Federasiyası ərazisində qalmışlar.

Onların vətənə qayıdışını təşkil etmək məqsədi ilə cari ilin 18 aprel tarixindənwww.evegedirem.infoportalı fəaliyyətə başlayıb. Burada Azərbaycan vətəndaşları onlayn qeydiyyatdan keçərək elektron növbə ardıcıllığı əldə edirlər ki, həmin ardıcıllığa uyğun olaraq da vətəndaşlarımızın Azərbaycana qayıtma tarixləri müəyyən edilir.

Bununla əlaqədar, Səfirliyin qaynar xəttinə qeydiyyatdan keçirilmək xahişi ilə çoxsaylı zənglər daxil olur. Bildiririk ki, 18 aprel 2020-ci il saat 10:00-dan etibarən Səfirlik sözügedən saytda Azərbaycan vətəndaşlarının qeydiyyatını aparmır. Azərbaycana getmək istəyən hər bir vətəndaş ŞƏXSƏN müvafiq sahələri doldurmalı və sıra nömrəsini almalıdır.




İmza:

Qarabağın azərbaycanlı icmasının rəhbərindən qondarma rejimin “başçısın”a CAVAB

Qaçqın və məcburi köçkünlər cəmiyyətimizin ən həssas təbəqələrindən biridir

Milli Məclisin gündəliyi dəyişdirilib

Aqil Abbas: "Ay it uşaqları, Ramil Markaryanı yatdığı yerdə öldürməyib..."

Kim Çen In Prezident İlham Əliyevi təbrik edib

BMT-nin Baş katibi Antonio Quterreşdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib

MDB Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib

Prezident İlham Əliyev Xorvatiyanın dövlət başçısını təbrik edib

TBMM-in Sədri Milli Məclisin Sədri Sahibə Qafarovaya telefonla zəng edib

ABŞ Helsinki Komissiyasının sədri Azərbaycanı Respublika Günü ilə bağlı təbrik edib

İraqın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Çinin baş naziri: ABŞ-la münasibətlər yeni çətinliklərlə üzləşib

SON XƏBƏRLƏR
2020-05-30
2020-05-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK