ANA SƏHİFƏ / YAZARLAR

Canlı bir roman

Əjdər Olun yeni əsərinin tanıdığımız “əhalisi” haqqında

36115    |   2020-04-17 12:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Hövsələm daralmışdı. Düşüncələrimdə dolaşıqlıq vardı. Ürəyim az qalırdı qopub yerindən çıxsın. Bayaqdan əlimdəki iki kəlməlik teleqramı irəli-geri neçə dəfə oxumuşdum. Ayrı vaxt tamam başqa, doxsan doqquz faiz xoş ovqat yaradan bu sözlər indi boğazıma ilişib qalmışdı. Bilirdim ki, qardaşımın Qazaxıstandan göndərdiyi teleqramdakı "Gəl görüşək!” çağırışı taraz söhbətə oxşamır, qəribçilikdən, nisgildən-zaddan doğan umsuq deyil. Qardaş mənimdi, içinə-çölünə yaxşı bələd idim, su xirtdəyinə çıxmayınca özünü dartıb duracaqdı. Tərs oğlu tərs, canını dişinə tutub dırnaqları ilə cırmaqlaya-cırmaqlaya quyunun dibindən çıxardı, amma kimsəni köməyə çağırmazdı. O qədər hoqqalarını görmüşdüm ki...”

Tanınmış şair, publisist və tərcüməçi Əjdər Olun "LO” canlı romanı bu hadisə ilə başlayır. Müəllif əsgəri xidmətdə olan qardaşından teleqram alıb. Nigarançılıq səbəbsiz deyil, qardaşı əsgər kimi XX əsrin ən böyük ekoloji faciələrindən sayılan Çernobıl Atom Elektrik Stansiyasındakı qəzanın nəticələrinin aradan qaldırılmasına cəlb olunub. Şüalanmaya məruz qaldığından müalicə olunmaq üçün Qazaxıstana göndərilib.

Müəllifin yolboyu keçirdiyi hissləri, qardaşı Qara ilə xəstəxanada görüşünü həyəcansız oxumaq mümkün deyil. Əsər əvvəldən axıracan maraqla oxunur, çünki Əjdər Ol onu canlı roman kimi təqdim edir.

O Əjdər Ol ki...

Ədəbi aləmə şeirlə gələn Əjdər Ol ötən əsrin 80-ci illərindən başlayaraq "Gələcəkdə yaşayıram”, "Alın yazıma düzəliş”, "Hamı sənə can deyir”, "Könül vuruşu”, "Günəbaxan zəmisi” və s. kitabları işıq üzü görüb. İstedadlı söz adamı kimi qələmini müxtəlif janrlarda da sınayıb, müəllifin hekayələrindən və publisistik yazılarından ibarət "Səsindən tanınan”, "Ölümlə zarafat”, "Qrafoman”, "Səhra komandirinin meymunu”, "Portret hekayələr”, "Habil Əliyevin lətifələri” kitabları oxucular maraqla qarşılayıb. Son illər pyesləri və başqa dillərdən tərcümə etdiyi səhnə əsərləri müxtəlif teatrlarımızda oynanılıb, ssenariləri əsasında sənədli filmlər çəkilib. Əjdər Ol imzası Türkiyə, Rusiya, İran, Gürcüstan, Almaniya, Serbiya, Polşa, Moldova oxucularına da yaxşı tanışdır.



Əjdər Ol bədii yaradıcılıqdakı uğurlarına görə "Qızıl kəlmə”, "Cəfər Cabbarlı”, "Mahmud Kaşqari” mükafatlarına layiq görülüb, "Milli kitab mükafatı”nın laureatıdır.

Tehran Əlişanoğlu, Sabir Bəşirov kimi tanınmış alimlər Əjdər Ol barədə sanballı kitablar yazıb, yaradıcılıq xüsusiyyətlərini geniş təhlil ediblər.

Əjdər Ol ki, Əjdər Ol...

Yazının əvvəlində də qeyd etdiyimiz kimi, Əjdər Ol "LO” adlı yeni və canlı bir romanı oxuculara təqdim edib. Kitabı nəşr edən "Qanun” nəşriyyatı romanı belə tanıdır: ""LO” romanı uydurma deyil, canlıdır, gerçəkdir. Əsər son iki yüz ildə xalqımızın ən böyük hadisələrinin baş verdiyi 1988-1993-cü əllərin əhatə edir.

Bir-birini izləyən olaylarda öz adı ilə iştirak edən qəhrəmanlar milli azadlıq hərəkatının, dövlət müstəqilliyinin, Qarabağ müharibəsinin fəal iştirakçılarıdır. Onları həyatda da tanıyırıq. Hadisələrin şahidi olan müəllif insanların taleyini dəyişən, evlərimizin içərisinə qədər gəlib çıxan qanlı-qadalı hadisələri geniş panoramda təsvir edir. İlk səhifədən oxucu romanın "əhalisi”nə qaynayıb-qarışır. "LO” hər kəsin romanıdır”.



Kitabı vərəqlədikcə buna bir daha əmin olursan. Romanın "əhalisi”- müəllifin valideynləri, qardaşı Qara, SSRİ-nin sonuncu prezidenti Mixayıl Qorbaçov, müxtəlif vaxtlarda Azərbaycana rəhbərlik etmiş Əbdürəhman Vəzirov, Ayaz Mütəllibov, Əbülfəz Elçibəy, Heydər Əliyev, Prezidentin millətlərarası münasibətlər üzrə dövlət müşaviri, Ziya Bünyadov, Bəxtiyar Vahabzadə, Şeyxülislam Allahşükür Paşazadə, Anar, Elçin, Sabir Rüstəmxanlı, Əjdər Xanbabayev, Aqil Abbas, Yazıçılar Birliyinin Şüvəlandakı Yaradıcılıq Evinin direktoru Əli müəllim, İsa Qəmbər, Pənah Hüseynov, İsgəndər Həmidov, Etibar Məmmədov, Nemət Pənahlı, Hacı Əbdül, Rafiq Turabxanoğlu, Surət Hüseynov, müəllifin uşaqlıq dostu Balaş, sinif yoldaşı Səmədağa, oğru dünyasının nümayəndəsi Babayar, qonşu Həvva arvad, şəxsi həyatında bir-birinin ardınca ağır zərbələr alan Fərəh və digərləridir.

Ermənistandan məcburi köçkün düşən ailələrin Bakıda üzlədiyi çətinliklər, 20 Yanvar faciəsinin şəhidlərinin və şahidlərinin hissləri, Qarabağda hərbi əməliyyatlar, müharibənin ağrı və acıları, 1993-cü ilin yayında baş verən mürəkkəb proseslər, əvvəl anasını, sonra isə atasını itirən müəllifin yaşantıları canlı romanda canlı, inandırıcı, dinamik təsvir edilir.

1988-ci ildən bəri ağrılı-acılı günlərimizdən bəhs edən canlı romanı müəllif nikbin notlarla bitirir: "...Xoş bir səhər idi... Əvvəlki kimi torpaqlarımız münbitliyini, dağlarımız müdrikliyini, çaylarımız coşğunluğunu, dənizimiz qüdrətini saxlayırdı. Mən belə görürdüm. Bəlkə də, sevgi gözlərimi tutmuşdu... Yenə də işə gedirdim... Artıq yazdığım romandan çıxmışdım...”

Yaxın tariximizin bələdçisi olan canlı romanı "Qanun” Əsəd Cahangirin və Mahir N.Qarayevin redaktorluğu ilə oxuculara təqdim edib. Kitabın üz qabığındakı şəkilin müəllifi isə Xalq rəssamı Sakit Məmmədovdur.

Tanınmış şair, publisist və tərcüməçi Əjdər Olun "LO” romanında xatırlamalı, ibrət götürməli və öyrənməli çoxlu məqamlar var. Canlı romanlarda olduğu kimi...

Etibar CƏBRAYILOĞLU




İmza:

YAZARIN ARXİVİ

2020-04-17 : Canlı bir roman
2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2020-05-29
2020-05-28


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK