ANA SƏHİFƏ / SİYASƏT

Rusiyalı ekspert: Azərbaycan koronavirus pandemiyasının zərbəsinə tab gətirəcək

9101    |   2020-04-14 23:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Rusiya və Azərbaycan koronavirus pandemiyasının zərbəsinə tab gətirəcək.

Bunu Trend-ə rusiyalı ekspert İqor Filonenko deyib.

Onun sözlərinə görə, müəyyən çətinliklərə baxmayaraq, bir çox ölkələr bu zərbəyə tab gətirəcək:

"Mən ölkələrin dövlət quruluşlarına görə narahat olmağa heç bir əsas görmürəm. Böyük ehtimalla, bir çox ölkələrdə səhiyyə və fövqəladə hallara reaksiya sahələrində düzəlişlər ediləcək. İndi mürəkkəb vəziyyətdir və bu böhranla mübarizədə müvafiq orqanlara və həkimlərə kömək etmək lazımdır".

Ekspert bildirib ki, koronavirus pandemiyası paralel olaraq davam edən bir sıra proseslərin katalizatoru rolunda çıxış edəcək:

"Bu baxımdan koronavirusun əhəmiyyəti əvvəlki pandemiyalarla müqayisə oluna bilməz. Mahiyyət etibarilə, bu, sosial münasibətlərdə, ölkələrin bir sıra sahələrdə siyasətində ciddi dəyişikliklər edəcək və bunun nəticəsi olaraq elmi-texniki tərəqqinin inkişafı, yeni texnoloji quruluşa keçid sürətlənəcək. Koronavirus biliklərin paylanması strukturuna və faktiki olaraq iqtisadiyyatın idarə olunmasına birbaşa təsir göstərəcək. Pandemiya ona gətirib çıxaracaq ki, indiyədək maliyyə təşkilatlarının, dövlət orqanlarının funksiyalarının bir hissəsi rəqəmsal təşkilatlara və platformalara keçəcək".

Onun fikrincə, ölkələrin bu cür çağırış və təhdidlərə birgə müqavimət göstərməyə hazır olması vacib maddədir:

"Biz görürük ki, BMT və ilkin mərhələdə Avropa İttifaqı, digər dövlətlərarası təşkilatlar, yumşaq desək, özlərini itirdilər. Məlum oldu ki, aclıqla, hərbi xarakterli problemlərlə mübarizə üzrə müəyyən mexanizmlər var. İstənilən hərbi münaqişə zamanı dərhal Təhlükəsizlik Şurası toplanır və müzakirələr başlayır, vəziyyətdən çıxış you ilə bağlı tədbirlər görülür. Amma koronavirusda biz gördük ki, BMT kifayət qədər gec reaksiya verdi. Hökumətlərarası orqanlar qlobal birgə səylər göstərilməli lazım olan yerdə öz səmərəliliyini göstərə bilmədi".

Ekspert xatırladıb ki, pandemiya müddətində bir neçə milyard insan öz evlərində, dörd divar arasında təcrid olundu və bu, həm bütün bəşəriyyət, həm də ayrı-ayrı insanlar üçün vacib təcrübədir:

"Biz indi ciddi deurbanizasiyanın astanasında dayanmışıq. Çoxlu sayda insan pandemiya sayəsində məsafədən işləməyi öyrəndi. Yəqin ki, gələcəkdə distant və əyani təhsilin qarışıq mexanizmi yaranacaq. Həyat tərzi, adətlər dəyişəcək. Bizi çox maraqlı vaxtlar gözləyir. Bəlkə də bu, ailə dəyərlərinin qorunmasına, meqapolislərin sıx məskunlaşmasının azalmasına xidmət edəcək".




İmza:

“Artıq nakişi olmaqdan bezmişik, kütləvi qeyrətsizləşmə başa çatmaq üzrədir...”

Ağstafaya yeni icra başçısı təyin olundu - SƏRƏNCAM

İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edib - YENİLƏNİB

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Adil Əliyev: ABŞ-ın maraqları Azərbaycanla strateji tərəfdaşlığı diktə edir

İlham Əliyev: Azərbaycanın bu çətin gündə Moldovaya həmrəylik göstərməsi təbiidir

Prezident İlham Əliyev: Azərbaycanda 30-dan çox DOST mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur

Gürcüstanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Azərbaycanla Fransa arasında əməkdaşlıq yüksək səviyyədədir

Sinqapurun dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Putin finlandiyalı həmkarı ilə koronavirusa qarşı mübarizədə əməkdaşlığı müzakirə edib

Vladimir Zelenski Prezident İlham Əliyevə telefonla zəng edib

Bir sıra hökumət başçıları Baş Nazir Əli Əsədova təbrik məktubu göndəriblər

Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib

Rusiyalı deputat: Bu gün Azərbaycan ən nüfuzlu və sürətlə inkişaf edən dövlətlər sırasına daxildir

Vladimir Zelenski Prezident İlham Əliyevi təbrik edib

Adil Əliyev: "Ermənistanın Azərbaycana qarşı Avropa Məhkəməsi ilə bağlı..."

Könül Nurullayeva: "Sosial layihələrin icrası və regionların sosial-iqtisadi inkişafı..."

ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü bəyan edildi

Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı təbriklər gəlməkdədir

Rusiya nəşri Paşinyanın hitlerçi babası ilə bağlı qalmaqaldan yazıb

Həsən Ruhani Prezident İlham Əliyevi təbrik edib

SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK