viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | VƏTƏNDAŞ MÜHARİBƏSİ Adalet.az | VƏTƏNDAŞ MÜHARİBƏSİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

VƏTƏNDAŞ MÜHARİBƏSİ

30810    |   2007-03-17 04:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu mövzunu çoxdan beynimdə gəzdirirdim. Sadəcə həftə ərzində baş verən olaylar bir təkan oldu. Hər halda maraqlı mövzudu - Vətəndaş müharibələri.
   
   Qadın olduğum üçün, ana olduğum üçün bütün müharibələrdən qorxuram. Amma yəqin ki, müharibələrin ən dəhşətlisi və dözülməzi Vətəndaş müharibəsidir. Yəni qardaşın qardaşa silah çevirməyi. Qəribədir ki, bu müharibələrə tarixin bütün dövrlərində rast gəlinir. Miladdan öncə qədim Yunanıstanda, qədim Romada da olub, yaxın tarixi izləsək, Fransada, İngiltərədə, Amerikada da. Hətta Latın Amerikası və Afrika ölkələrində bu gün də davam edir. Bolşeviklər hakimiyyətə gələndə Rusiyada da Vətəndaş müharibəsi oldu.Böyük itkilər, dağıntılarla müşayiət olunan belə müharibələrin vurduğu ən böyük ziyan insanların qəlbinə, ruhuna vurulmuş yaralardır. Çünki bu yaraları sənə ən yaxın adamların - qohumun, dostun, qardaşın vurur. 70-ci illərin sonlarında dost Türkiyədə də sağçıların və solçuların ideya mübarizəsi sonradan silahlı çatışmaya döndü. Beş min adam öldü. Ata oğula, qardaş qardaşa qənim kəsildi. İdeoloji mübarizələr ən amansız, ən qanlı mübarizələrdir. Lap son tariximizdə qonşu Gürcüstanda Qamsaxurdiya və Şevardnadze tərəfdarlarının savaşı yadımızdadır. Seçki ərəfəsində Ukraynada da vətəndaş qarşıdurması yaranmışdı. Vətəndaş müharibələri əqidə və ideoloji barışmazlıq fonunda baş verir. (Yəni elə bir görüntü yaradılır). Bu müharibələrin hardasa bir müsbət çaları da var - əqidə və ideologiya uğrunda gedir. Əqidə və ideologiya yoxdursa nə Vətəndaş müharibəsi? Odur ki, arxayın olmaq lazımdır ki, bizi belə bir təhlükə gözləmir.
   
   Amma məmləkətdə müharibə gedir - keçmiş nazirlərin bugünki nazirlərlə, bugünki nazirlərin gələcək nazirlərlə. Eyni hökumətin üzvləri bir-birinə şirin-şirin qara yaxırlar. Vətəndaş məmurların Vətəndaş müharibəsi! Ölkənin sərvətləri və hakimiyyət uğrunda müharibə.Bəzən gizli, bəzən də açıq-aşkar. Bir neçə il bundan qabaq yadımdadır ki, indi bəziləri həbsxanada, bəziləri səfir adı ilə uzaqlarda olan məmurlar çıxış eləyəndə etirafda bulunurdular ki, mən günahkar deyiləm, gücüm çatmır. Gücün çatmırdısa niyə otururdun orda? Aşağı düşəydin, gücü olan işləyəydi. Amma bu illər ərzində kiminsə könüllü istefaya getdiyini xatırlamıram. Hamı vəzifəyə oturan kimi Allahlıq iddiasına düşür. Və bu davam eləyir ordan aşana qədər. Elə ki, düşdü, olur demokrat. Gördünüz, parlamentdə də yumruq davasına çıxdılar. Bu da Vətəndaş müharibəsinin bir növüdür də.
   
   Bir rəvayət yadıma düşür":: Bir yazıq, kasıb ərəb gəlir xəlifə Harun ər-Rəşidin hüzuruna, deyir ki, ya peyğəmbər, kömək elə. Xəlifə cavab verir ki, mən peyğəmbər deyiləm. Həmin adam təzim eləyir, deyir ki, ya Həzrəti Cəbrayıl, kömək elə. Xəlifə cavab verir ki, mən Həzrəti Cəbrayıl deyiləm. Ərəb deyir ki, onda ya Allah, kömək elə. Xəlifə hirslənir, deyir sən danışırsan, əstəğfürullah, mən Allah deyiləm. Bu dəfə xəlifənin hüzuruna gəlmiş bəndə deyir ki, onda niyə oturmusan yuxarı başda, bir düş aşağı dərdlərimizdən xəbər tut.
   
   Milləti millət kimi formalaşdıran çox amillər var. Tarixi, mədəniyyəti, etiqadı, dili, əxlaqı və ideologiyası. Gəlin bir düşünək. Əxlaq min illərlə formalaşır. Əgər 15 ilə belə dəyişə bilibsə, özünüz fikirləşin. Kommunistlərin allahsızlıq siyasəti dövründə müəyyən bir miqdar pula dinini dəyişən olmurdu. Tariximizi kim necə istəyib o rəngdə boyuyub. Dilimiz... Yüksək rütbəli məmurlar dilimizdə necə danışırlarsa, fikirləşirsən ki, bu hansı dildi, kimin dilidi. Mədəniyyətimiz haqqında da heç nə demirəm. Ən əsası isə bütün bunların toplusu olacaq milli ideologiya. Gəldik yenə ideologiyanın üstünə. Müxalifətin qrant, hökumətin kreslo davası.
   
   Adətən dünya siyasəti böyük çaplı müharibələrin qarşısını almaq üçün lokal, yerli müharibələr yaradır. Yəni bu hardasa bir müddət dünya müharibələrinin qarşısını ala bilir. Amma enində-sonunda yenə bu labüd olur. Yəqin bizim cəmiyyətdə də böyük ideyaların arxasınca gedənləri başqa yerə yönəltmək üçün bu insanlar, qruplar, regionlar arasında nifaq yaratmaq lazım gəlir. Belə izlənim yaranır ki, bizim məmləkətdə hamı özündən, özünün daxil olduğu zümrədən, mənsub olduğu partiyadan, ailədən, bölgədən razıdır. Digərləri hamı cəlladır, idiotdur, poğunrdur, əyyaşdır və s. İstisnalar yoxdur. Niyə belə olsun? Əgər kimsə yaxşı bir iş görübsə, yaxşı bir söz deyibsə, niyə inkar edək? Millətin düşüncəsini dəyişməli olan söz adamları söz güləşdirirlər, savaşırlar. Səbəblər qalıb bir tərəfdə, hamı nəticə ilə mübarizə aparır. Mən buna da ideya, əqidə savaşı deyə bilmirəm. Elə bil kimsə qəsdinə durub ki, bu məmləkətin ağıllı adamlarını bir-birinin üstünə qaldırsın. Mətbuatda bir ədəbi dəstənin o birisi ilə amansız müharibəsi gedir. Elə bil ki, bir-birinin qanına susayıblar. Halbuki hər iki dəstənin nümayəndələri ağıllı və istedadlıdırlar. Amma hara yönəlir - bir-birinə nifrətə. Yəni əsas məqsəddən, hədəfdən uzaqlaşdırmaq üçün belə bir siyasət də atılıb ortalığa. Cəmiyyət qütbləşib. Hər iki tərəfdə yaxşı adamlar da var, nadürüstlər də. Hər iki tərəfdə Vətən naminə çalışanlar da var, cibi üçün çalışanlar da. Bunların bir-birinə düşmən kəsilməsindən uduzan ancaq və ancaq sadə adamlardır. Bu insanların onlara olan inamıdır. Onların bir-biri haqqında düşündüklərindən camaata nə var? Klintonun Monika Levinski ilə olayından sonra amerikalılar arasında sorğu keçirilmişdi. Böyük əksəriyyət bu hadisənin onlara dəxli olmadığını, Klintonun yaxşı prezident olduğunu, onların rifahı üçün çalışdığını söyləmişdi. Buşun kimsə ilə sevgi macərası olmayıb, amma amerikalılar ondan narazıdırlar.
   
   Yəqin ki, xəbəriniz oldu, hakim partiyanın vaxtilə çox hörmətli funksionerlərindən biri bu gün at üstündə olanları yıxıb-sürüyüb. Yəni bu adam əvvəllər də ağzından belə söhbətlər çıxarırdı. Amma görünür indi əsəbləri tarıma çəkilib ki, hamının yığışdığı kitab təqdimatında ürəyini boşaldıb. Nəticəsi nə olacaq, deyə bilmərəm. Hansı danışığın nəticəsi olur ki? İndi baxırsan, dövlətin bir güc strukturu o birisi ilə üzbəüz dayanır. Bundan kim uduzur? Təbii ki, dövlətin nüfuzu. Türkiyədə Vətəndaş müharibəsinə İçsavaş deyirlər. Çox gözəl sözdü. İçinizlə savaşmağı bacarsanız, içinizi təmizləyə biləcəksiniz. Bu günlərdə çox qəribə bir hadisə olub. Bəlkə də heç qəribə demək düz deyil. Çox xarakterik bir hadisə olub. Bir məşhur dövlət məmurunun oğlu başqa bir daha məşhur məmurun oğlunu döyüb əzişdirib, burnunu sındırıb, üz-gözünü cırıb. Amma bilmədən eləyib. 24 yaşında uşaq böyük bir vəzifəyə qoyulub. Böyük vəzifə böyük-böyük kişilərin ağlını başından alır, qaldı ki, 24 yaşında uşaq ola. Mən o uşağı tanıyıram, çox qanacaqlı və tərbiyəli uşaq idi. Amma görünür ona ən böyük pisliyi öz valideynləri və himayəçiləri eləyiblər. O böyük vəzifəyə təyin etməklə. Bu uşağın psixikası hələ belə böyük kataklizmlərə hazır deyildi. Havalandı, nəticədə də olan oldu. Taleyin cilvəsinə bax, çox ola bilərdi ki, o uşaq hansısa bir yetimi döyərdi, nə üstü açılardı, nə bilən olardı. Amma nə oldu? Özündən də böyük adama tuş gəldi və özünü yandırdı. Günah onda deyil, günah qanunlara hörmət qoymayan yekələrdədir. Belə hadisələr çox olur. Nəticə çıxaran yoxdur. Neyləyək?
   
   Bütün insanların günahı da var, savabı da. Əsas məsələ xeyir əməlləri qabartmaqdır. Bu gün buna daha çox ehtiyacımız var. Onsuz da boğacan çirkabın içindəyik. Əttökən siyasi şoular, əttökən maqazin xəbərləri onsuz da olmayan beynimizi xarab eləyib. Kiminsə ağzından doğru-düzgün bir söz çıxanda da fikirləşirik ki, görəsən buna kim pul verib ki, bu sözləri deyir. Görəsən məqsədi nədir? Özünə xal toplayır? Kimsənin səmimiyyətinə inanmırıq, qorxulu olan budur. Bir gün dilimizdəki sevgi və səmimiyyət sözlərini də unutsaq heç təəccüblənməyin.
   
   Bir-birinizi sevmirsiniz? Nifrət edirsiniz, öz işinizdir. Amma bunu ictimai müzakirəyə çıxaranda millətin pozulmuş əxlaqı bir az da korlanır. Vaxtilə çox populyar olan bir Azərbaycan filmi var idi":: "26-lar". İndi onu göstərmirlər. Guya ermənilər orda müsbət qəhrəman kimi verildiyi üçün. Amma film gözəl filmdi və bu gün göstərilsə, çox ibrətamiz olar. Orda elə sözlər var ki, müəlliflər ermənilərin diliylə deyirlər. Bir iclas səhnəsi var orda. Partiyalar bir-biriylə söyüşür, kimin bizə ağa olacağı mübahisəsi gedir - bir erməni fəhlə qalxır, yanındakı müsəlmanı göstərib soruşur"::
   
   - Bu kişi xabar alır, bu həftə çorax olacaq?
   
   İndi nəyinizə lazımdı, kim hansı partiyadandı, kim hansı ədəbi dəstədəndi. Bir-birinizi söyməkdənsə fikirləşin görən Tarif Şurasına pulu necə ödəyəcəksiniz? Musurman çorax istəmir?


İmza:?rad? TUNCAY

YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2013-09-18 : LEYSAN ÖZLƏMİ
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : DAŞ
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : İMTAHAN
2007-02-16 : TƏZADLAR
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-08-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (66.67%)
“Linfild” (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Akif Əhmədgil (gül kimi Akif Əhməd idi, bu «gil»i hardan gətirib Əhmədə yapışdırdı bilmirəm. Heç ondan sonra da normal bir şer yazmayıb, yazıbsa gətirsin çap edim) bostan oğurluğuna gedirlər. Baxırlar ki, bostanın ortasında bir adam durub. Akif deyir ki, Vəli, gözləyək, adam getsin.

Vəli:

- Ə, adam deyil, müqəvvadı.

- Ə, bir az vurmuşuq, gözünə müqəvva kimi görünür, adamdı.

Vəli:

- Ə, sən sərxoşsan ey, görmürsən müqəvvadı, adam olsa əlində telefon olardı.





digər lətifələr
ARXİV
FACEBOOK