ANA SƏHİFƏ / SİYASƏT

SOCAR prezidenti “TOTAL Azərbaycan” şirkətinin baş menecerini qəbul edib

8024    |   2020-04-08 19:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

TOTAL şirkəti Azərbaycanda həyata keçirilən layihələrini davam etdirəcək.

Adalet.az-ın məlumatına görə, aprelin 8-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev "TOTAL Azərbaycan” şirkətinin baş meneceri Regis Aqutu qəbul edib.

Görüşdə qlobal pandemiya dövründə uğurlu "Abşeron” layihəsi çərçivəsində əməkdaşlığın hazırkı effektivlik səviyyəsində davamlı olması üçün həyata keçirilən tədbirlər barədə, eləcə də hasilatın başlanması və növbəti inkişaf mərhələsi üzrə şirkətin planları ilə bağlı SOCAR prezidentinə məlumat verilmiş, eyni zamanda TOTAL şirkətinin Azərbaycanda həyata keçirilən layihələrə sadiq qaldığı vurğulanmışdır. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmış, qlobal enerji bazarında baş verən proseslər müzakirə olunub.

Sonda "TOTAL Azərbaycan” şirkətinin baş meneceri Regis Aqut "TOTAL” şirkətinin kəşfiyyat və hasilat üzrə vitse-prezidenti Arno Bruyakın (Arnaud Breuilliac) məktubunu SOCAR-ın prezidenti Rövnəq Abdullayevə təqdim edib.

"TOTAL” şirkəti Azərbaycanda SOCAR ilə birlikdə "Abşeron” yatağının işlənməsi layihəsində iştirak edir. "Abşeron” yatağı Xəzər dənizinin Azəraycan sektorunda, Bakıdan cənub-şərq istiqamətdə yerləşir. Yatağın işlənməsi SOCAR və "TOTAL” şirkətlərinin birgə müəssisə olan JOCAP tərəfindən həyata keçirilir. Qazma işləri SOCAR-ın CDC şirkəti tərəfindən aparılıb. "Abşeron” yatağı Azərbaycanın ən böyük qaz-kondensat yataqlarından biri, eyni zamanda, son 10 ildə "TOTAL” şirkətinin ən böyük kəşfidir.

Yatağın işlənilməsi Azərbaycanın təbii qaza artan daxili tələbatının təminatına və ixrac gəlirlərinin yüksəlməsinə mühüm töhfə verəcək.




İmza:

Gürcüstandan Ermənistana növbəti cavab: “Xoşunuza gəlmirsə, alternativ yollardan istifadə edin”

ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü bəyan edildi

Prezident İlham Əliyev Gürcüstanın dövlət başçısı Salome Zurabişvilini təbrik edib

ABŞ koronavirus səbəbilə G7 sammitinin vaxtını dəyişdi

Həsən Ruhani Prezident İlham Əliyevi təbrik edib

Adil Əliyev: Şərqdə ilk Cümhuriyyətin Azərbaycanda qurulması təsadüfi hadisə deyildi

Kamran Bayramov: Karantin qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilməlidir

Türkiyə səfirliyi Azərbaycanı Respublika günü münasibətilə təbrik edib

Aqil Abbas: "Ay it uşaqları, Ramil Markaryanı yatdığı yerdə öldürməyib..."

Tacikistan dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Qarabağın azərbaycanlı icmasının rəhbərindən qondarma rejimin “başçısın”a CAVAB

Qaçqın və məcburi köçkünlər cəmiyyətimizin ən həssas təbəqələrindən biridir

Milli Məclisin gündəliyi dəyişdirilib

Aqil Abbas: "Ay it uşaqları, Ramil Markaryanı yatdığı yerdə öldürməyib..."

Kim Çen In Prezident İlham Əliyevi təbrik edib

BMT-nin Baş katibi Antonio Quterreşdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib

MDB Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib

Prezident İlham Əliyev Xorvatiyanın dövlət başçısını təbrik edib

TBMM-in Sədri Milli Məclisin Sədri Sahibə Qafarovaya telefonla zəng edib

ABŞ Helsinki Komissiyasının sədri Azərbaycanı Respublika Günü ilə bağlı təbrik edib

İraqın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Çinin baş naziri: ABŞ-la münasibətlər yeni çətinliklərlə üzləşib

SON XƏBƏRLƏR
2020-05-31
2020-05-30


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK