ANA SƏHİFƏ / SİYASƏT

Sevinc Fətəliyeva: Dövlətin belə məhkumları əfv etməsi onların özlərinə olan inamını artırır

8346    |   2020-04-07 20:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Prezident İlham Əliyevin imzaladığı növbəti əfv sərəncamı dövlətimizin humanizm dəyərlərinə sadiqliyinin daha bir nümunəsidir. Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan bu ənənə dövlətimizin başçısı tərəfindən ardıcıl olaraq həyata keçirilir.

Trend-in məlumatına görə, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

O bildirib ki, ardıcıl olaraq dövlət başçısı tərəfindən əfv sərəncamlarının imzalanması istər humanizm, istər əxlaqi, istərsə də cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır:

"Bu dəfəki əfv sərəncamı 176 məhkum azadlığa qovuşdu. Sərəncam koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı bir sıra məhkumlara şamil olunub. Əfv məsələsinə baxılarkən, məhkumların və onların ailə üzvlərinin müraciətləri, məhkumların səhhəti, törətdikləri cinayətlər, cəza çəkdikləri müddətdə davranışları və digər məsələlər nəzərə alınıb.

Ümumiyyətlə, humanist addımlar mahiyyət etibarilə insanlarda yeni hiss və vərdişlərin formalaşmasına, insani dəyərlərin möhkəmlənməsinə təsir göstərir. Yəni, cinayət törədən şəxslərin qanunla müəyyənləşdirilmiş qaydada layiq olduqları cəzanı almaqdan azad edilməsi insana dərin mənəvi keyfiyyətlər aşılamaq gücündədir".

Dövlətin belə məhkumları əfv etməsi həmin insanların özlərinə olan inamını artırır, gələcəkdə öz həyatlarını qanunlara hörmət çərçivəsində davam etdirərək, ölkənin layiqli vətəndaşı olmağa sövq edir” -, deyə S.Fətəliyeva vurğulayıb.

Deputat əlavə edib ki, dövlətin humanist siyasətini xalqımız, cəmiyyətimiz yüksək qiymətləndirir:

"Nəticədə, cəmiyyətdə qarşılıqlı hörmət və rəğbət, habelə qanunçuluq prinsiplərinə söykənən vətəndaş-dövlət münasibətləri güclənir. Beləliklə, bu sərəncam da Azərbaycan dövlətinin humanizm prinsiplərinə, demokratik dəyərlərə sadiqliyi bir daha təsdiqləyir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, radikal müxalifət bu humanist addımı siyasiləşdirməyə çalışır. Siyasi mövqeyindən, əqidəsindən asılı olmayaraq, hər kəs atılan müsbət addımları dəyərləndirməyi bacarmalıdır. Bunu radikal müxalifət düşərgəsi haqqında demək mümkün deyil. Onlar bilməlidirlər ki, tutduqları bu cür mövqeyə cəmiyyətimiz tərəfindən qəbul olunmurlar. Bizim üçün əsas olan xalqımızın mövqeyidir ki, Azərbaycan xalqı dövlətimizin başçısının həyata keçirdiyi siyasəti, o cümlədən humanist addımlarını birmənalı şəkildə dəstəkləyir”.




İmza:

“Artıq nakişi olmaqdan bezmişik, kütləvi qeyrətsizləşmə başa çatmaq üzrədir...”

Ağstafaya yeni icra başçısı təyin olundu - SƏRƏNCAM

İlham Əliyev: Azərbaycanın bu çətin gündə Moldovaya həmrəylik göstərməsi təbiidir

Azərbaycanla Fransa arasında əməkdaşlıq yüksək səviyyədədir

İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edib - YENİLƏNİB

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Adil Əliyev: ABŞ-ın maraqları Azərbaycanla strateji tərəfdaşlığı diktə edir

Prezident İlham Əliyev: Azərbaycanda 30-dan çox DOST mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur

Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı son vəziyyət açıqlanıb - VİDEO

Gürcüstanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

İtaliyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevə təbrik məktubu göndərib

Mövlud Çavuşoğlu: Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir

Prezident İlham Əliyev Gürcüstanın dövlət başçısı Salome Zurabişvilini təbrik edib

Azərbaycan XİN İordaniyanı təbrik edib

ABŞ koronavirus səbəbilə G7 sammitinin vaxtını dəyişdi

Leyla Abdullayeva: Ermənistan baş nazirinin Ramazan bayramı münasibətilə təbriki riyakarlığın ən yüksək səviyyəsidir

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Prezident İlham Əliyevi təbrik edib

Elmar Məmmədyarovun Türkiyəli həmkarı ilə telefon danışığı olub

ABŞ Səfirliyi azərbaycanlıları Ramazan bayramı münasibəti ilə təbrik edib

Gürcüstandan Ermənistana növbəti cavab: “Xoşunuza gəlmirsə, alternativ yollardan istifadə edin”

Kamran Bayramov: Karantin qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilməlidir

SON XƏBƏRLƏR
2020-05-25
2020-05-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK