ANA SƏHİFƏ / MARAQLI

Koronavirus qadağası: Bu ölkədə kişilər və qadınlar fərqli günlərdə küçəyə çıxacaq

16859    |   2020-04-03 10:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Cənubi Amerika ölkəsi olan Peruda qəribə koronavirus qadağası tətbiq edilib.

"HaberGlobal” məlumat verir ki, ölkədə virusun yayılmasının qarşısını almaq məqsədilə qadınlar və kişilər fərqli günlərdə evdən çıxa biləcəklər.

Perunun dövlət başçısı Martin Vizkarra açıqlama verərək, kişilərin bazar ertəsi, çərşənbə, cümə günləri, qadınların isə çərşənbə axşamı, cümə axşamı və şənbə günləri çölə çıxa biləcəklərini deyib.

Qaydanın aprelin 12-dəkdavam edəcəyi bildirilib.

İnsanlaryalnız bank, aptek və marketə gedə biləcəklər.

Bu qaydalar dövlət işində və xüsusi ehtiyac tələb olunan sahələrdə işləyənlərə aid edilmir.

Qeyd edək ki, Peruda koronavirus səbəbindən 55 nəfər ölüb, 1414 nəfər isə virusa yoluxub.




İmza:
SON XƏBƏRLƏR
2020-05-25
2020-05-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK