ANA SƏHİFƏ / MƏMLƏKƏT

DİN əhaliyə növbəti xəbərdarlıq etdi

42241    |   2020-03-31 16:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Daxili İşlər Nazirliyi xüsusi karantin rejimi ilə bağlı növbəti dəfə əhaliyə xəbərdarlıq edib.

Nazirliyin Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumatda bildirilir ki, ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün bütün lazımi tədbirlər görülür. Bununla əlaqədar, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 2020-ci il mart ayının 31-dən etibarən bir sıra əlavə qadağalar tətbiq edilib:

"Daxili İşlər Nazirliyinin şəxsi heyəti respublikanın bütün şəhər və rayonlarında karantin rejiminin tələblərinin təmin edilməsi məqsədilə gücləndirilmiş iş rejimində xidmət aparır.

Vətəndaşlardan bir daha tələb olunur ki, evdən (mənzildən) yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən mağazalara və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi karantin rejimi dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə çıxsınlar.

Evdən çıxmaq zərurəti yarandıqda qoruyucu tibbi vasitədən (maska) istifadə etsinlər, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlasınlar, mütləq qaydada şəxsiyyət vəsiqəsini (və ya şəxsiyyəti təsdiq edən digər sənədi), fəaliyyətinə icazə verilmiş təşkilatlarda işləyən şəxslər isə xidməti vəsiqələrini və ya bu faktı təsdiqləyən rəsmi arayışı özləri ilə götürsünlər.

Ciddi zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməsinlər.

Xatırladırıq ki, şəxslərin və nəqliyyat vasitələrinin rayonlararası və şəhərlərarası hərəkəti qadağan edilib.

Nəzərə alınsın ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın müəyyən etdiyi qadağalara və məhdudiyyətlərə, həmçinin karantin rejiminin təmin olunmasına cəlb edilmiş polis əməkdaşlarının və hərbi qulluqçuların qanuni tələblərinə əməl etməyən şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri görüləcəkdir.

Bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir.

Səbrli və anlayışlı vətəndaşlarımıza qabaqcadan təşəkkür edirik".




İmza:

Dəmir Yollarından pandemiyadan sonrakı fəaliyyətlə bağlı AÇIQLAMA

İlham Əliyevdən sərt açıqlama: “Mənzillər rüşvət müqabilində paylanılır”

Rəsulzadə ləkə götürməz - Mais Əlizadə yazır

Ramazanın 26-cı gününün duası: imsak və iftar vaxtı

Təlimlərdə qoşunlar gecə vaxtı tapşırıqları icra ediblər - VİDEO

Abşeron dairəvi dəmir yolunda xəttə əlavə qatarlar qoşula bilər - SƏBƏB

Lənkəranın altı kəndinin giriş-çıxışlarında nəzarət-buraxılış postları saxlanılıb - VİDEO

Azərbaycan Ordusunun arsenalına ən müasir silah və texnikalar daxil edilir - VİDEO

“20 yanvar” dairəsində yenidənqurma işləri yekunlaşdı - VİDEO

Prezidentə yazırlar: Sizin kimi liderimiz olduğu üçün özümüzü xoşbəxt vətəndaşlar hesab edirik

Qusarlı qadın həyətində müxtəlif növ heyvanlar bəsləyir - VİDEO

Azərbaycanda it döyüşləri təşkil edən altı nəfərin kimliyi müəyyənləşdirildi

Sabah Bakıda 29 dərəcə isti olacaq

Şəffaf arakəsmələri olmayan taksilərin şəhərlərarası sərnişin daşımasına icazə verilmir - RƏSMİ

Məktəbdaxili qiymətləndirmələr 15-25 avqust tarixlərində aparılacaq

Azərbaycanda koronavirusun sərnişin daşımalarına təsirləri açıqlanıb

Azərbaycanda itlərə narkotik vurub, ölümcül döyüşə buraxırlar? - VİDEO

Zaqatalada gödəkcənin qolunda gizlənmiş gürzə 46 yaşlı kişini sancdı - VİDEO

Hava dəyişkənliyi necə baş verir? - Umayra Tağıyeva açıqladı

"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

Çimərlik və su istirahət mərkəzlərinin fəaliyyətinə qoyulan YENİ TƏLƏBLƏR açıqlanıb

Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən AÇIQLAMA

SON XƏBƏRLƏR
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK