ANA SƏHİFƏ / YAZARLAR

KARANTİNİN TƏLƏBLƏRİ LORU DİLDƏ - Əzizə İsmayılova yazır

23669    |   2020-04-01 08:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dostlar, dünəndən yazılan bütün sualların ancaq bir adama maraqlı olmadığını düşündüyüm üçün hamısına açıq cavab yazıram.

Bilirik ki, bu gündən, yəni 31 martdan, etibarən, virus təhlükəsinin qarşısının alınması ilə əlaqədar karantin rejimi biraz da sərtləşdirildi. Açıqlanan qərara əsasən,

"insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər bütün istiqamətlər üzrə fəaliyyət 20 aprel saat 00:00-dək dayandırıldı".

"Kim işləyə bilər, kim işləyə bilməz?- bu siyahı profilimdə də, saytlarda da var. Baxın və hansı sahəyə aidiyyatınız olduğunu özünüz müəyyən edin. Mən bilmirəm, kim hansı sahəyə aid ola bilər.

SUAL:Saxlasalar nə deyim?
CAVAB: Heç nə. Ya sənədinizi göstərəcəksiniz, iş vəsiqənizi və ya e-qovdan çıxarışı, vəssalam.Yola davam.

SUAL: Yəni mütləq saxlayacaqlar deyirsiniz?
CAVAB: Mən heç nə demirəm. Mütləq ola da bilər, olmaya da. Hər adambaşına bir polis və ya hərbçi düşmür təbii. Sadəcə bilin ki, hər an saxlanıla bilərsiniz. İşə getdiyinizi əsaslandıra bilməsəniz- karantin qaydalarını pozduğunuz üçün İXM 211-lə cərimə yazacaqlar. 100 manatdan 200 manata qədər. Hüquqilərə, rəhbərlərə cərimə məbləği yüksəkdir.

SUAL: Birdən inandırdım, onda necə?
CAVAB: Heç necə. Gözləyəcəksiniz ki, o biri nə vaxt saxlayacaq. Yəni qərarı özünüz verin, oyun bozanlıq etməyin.

TƏLƏB OLUNAN NƏDİR?

Əslində qeyri-adi heç nə- evdən, vacib olmadığı təqdirdə çıxmamaq. kefiniz istəyən vaxtı 4 halda heç nə düşünmədən evdən çıxa bilərsiniz.

1. Təxirəsalınmaz tibbi yardıma zərurət olduqda - yəni kimsə vacib şəkildə həkimə getməlidir. Getməsə, fəsadlar ola və ya sağlamlığı üçün təhlükə yarana bilər.

2.həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda - düzünü deyim, bunu dərk edə bilmədim ki, özündə nəyi ehtiva edir. Bu vəziyyət hansı vəziyyətə deyilir?-tam olaraq anlamadım.

3. Sizə ən yaxın olan market. supermarket və ya apteklərə getmək

Bunun izahı belədir ki, Biz, yaxınlıqda dükan-bazar ola-ola "bazarlıq edirəm" deyib olduğumuz ərazidən çox uzaqlaşa bilmərik- nə piyada, nə avtomobillə. Misal üçün: Mən yaşayıram Vorovskiydə. Durub A. Sultanovaya bazarlıq etmək üçün marketə gedə bilmərəm. Niyə gedə bilmərəm?- ona görə ki, ora çatana kimi 100 dənə market var və onların xidmətindən asanlıqla istifadə edə bilərəm.

Və yaxud ən çox soruşulan APTEK məsələsi.
Təbii ki, heç kim sizə "dərman alma" demir. Sadəcə, aprelin 20-ə kimi, ən yaxın olan yerdən al- deyir.

SUAL: - Bəs filan yerdən ala bilmərəm? Mənim hüququmu pozurlar, filan beşməkan.

CAVAB: Heç kim, heç kimin hüququnu pozmur. Hazırda müəyyən olunan rejim var və hər kəs ona tabe olmalıdır. İzah edirəm, məsələdə qorxacaq və ya şişirdiləcək heç nə yoxdur.

Kiməsə hər hansı dərman lazımdır, adam yaşayır Biləcəridə. O, lazım olan dərmanı, tutaq ki, adət edib 28 Maydan almağa, çünki orda həmin dərmanın satış qiyməti 15 qəpik ucuzdur. Adam da 30 qəpik o yana, 30 qəpik bu yana avtobusa verib, vaxt sərf edib, gedib həmin o 15 qəpik ucuz olan yerdən alanda özünü xoşbəxt hiss etməyə adət edib. Yaxşı da edib, amma indiki halda aprelin 20-ə qədər bunu edə bilməz.

Yox, əgər HƏYATİ VACİB DƏRMANdırsa və HƏQİQƏTƏN Biləcəridə heç yerdə yoxdursa, o zaman təbii ki, heç bir problem yoxdur. Amma yenə də sizi patrul saxlayarsa və siz bu VACİBİYYATI sübut etmək məcburiyyəti ilə üz-üzə qala bilərsiniz.

4. Zibil atmağa getmək.- ən gözəl bənd budur, sizi kimsə saxlayamaz. Əlinizi silin, salfetkanı atmaq üçün birbaşa zibilxanaya.

DİGƏR SUALLAR

- Mən Sumqayıtda anamgildəyəm evimiz Mərdəkanda. İndi evimə gedə bilmərəm?

CAVAB: Belə olan təqdirdə gedə bilərsiniz. Sumqayıt, Bakı, Abşeron ərazisində hərəkət tam sərbəstdir. Amma VACİBdirsə. Sənəd tələb edə bilərlər və inandırmanız lazım olacaq. Əks təqdirdə isə mümkünsüz ola bilər- yəni Mərdəkandan Sumqayıta anamı görməyə gedirik, olmaz.

SUAL: Bəlkə birinin xəstəsi var. Anam xəstədir ona baxmalıyam, dəyməliyəmsə necə?
CAVAB: Həqiqətən belə olduğunu sizi saxlaya biləcək patrula izah edə bilsəniz gedəcəksiniz.

SUAL: Bizim Bilgəhdə şəxsi həyətimiz var. İndi biz həyətə çıxa bilmərik?

CAVAB: Əlbəttə ki nəinki çıxa, samovar qaynada, lap manqal yandırıb kabab da çəkə bilərsiniz.

Hər kəs öz şəxsi həyətyanı ərazisində sərbətdir. Bir şərtlə heç kim qonaq gəlmir, qonşular yığılmır.. Öz ailəniz özünüz. nə istəyirsiniz edin həyətinizdə. BİNA`da yaşayanlara bu KOMFORT aid DEYİL!

Rayonlarda, kəndlərdə, qəsəbələrdə yaşayanlar da öz şəxsi bağ-bostanlarında işləməkdə sərbəstdilər.

SUAL: Birisigün atamın ilidir. Biz 2 bacı 3 qardaş anamın evinə gedə bilmərik?

CAVAB: Xeyr, bilməzsiniz. Karantin qaydalarına görə dəfn istisna olmaqla bütün mərasimlər qadağandır. Hərə öz evində oturmalıdır.

SUAL: Maska-əlcək yoxdu deyə bizi cərimə edə bilərlərmi?
CAVAB: Xeyr, heç bir halda buna görə cərimə edə bilməzlər. Belə bir qərar və ya göstəriş yoxdur, nə Operativ Qərargah nə də TƏBİB tərəfindən, ona görə də bu, karantin qaydasının pozulması kimi dəyərləndirilə bilMƏZ.

P.S. Gələn bütün sualları cavablandırdım. İnanıram ki, məsələ tam aydın oldu. Təkrar edirəm, qorxacaq, əsəb və stress keçirəcək heç nə yoxdur. Heç kimin başına güllə yağmır, göydən qrad atılmır. Bircə TƏLƏB var ki, MƏCBURİYYƏT keçilməz deyilsə, evdən çıxma.

Az qalıb, bu da keçəcək. Biz bir yerdə bacaracağıq. Zatən başqa seçimimiz də yox




İmza:

YAZARIN ARXİVİ

2017-10-02 : Nənə...
SON XƏBƏRLƏR
2020-06-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK