ANA SƏHİFƏ / YAZARLAR

YOLUXMUŞLAR - Nicat Novruzoğlu yazır

70674    |   2020-04-03 09:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Koronavirus dünyanı cənginə alıb. Hələ ki, dünya ölkələrindən Çin koronavirusun cəngindən çıxıb onu öz cənginə sala bilib. Və dediklərinə görə, artıq məhv ediblər.

Bizdə də var. Statistika aşağıda qeyd edilib.

Hökumətimiz sağ olsun. Təhlükəni hiss edər-etməz lazımi tədbirlər görməyə başladı. Artıq bir neçə gündür ki, karantindəyik.

Hökumətimiz istəmir ki, biz yoluxaq. İstəmir ki, biz məhv olaq.

Amma biz...

Biz çoxdan yoluxmuşuq. Özü də koronadan betərinə. Biz elə bir virusa yoluxmuşuq ki, bu virusun simptomlarını müəyyən etmək olmur. Bu elə virusdur ki, bunu heç bir aparat tapa, göstərə bilmir. Bu irsi virusdu. Tarixi var tariximizdə. Bu maraqlı virusdu. Məhv olursan, amma yaşayırsan. Bu virusun müalicəsi yoxdu. Antivirusu da yoxdu. Peyvəndi də. Heç bilinmir ki, hansı yolla keçir. Amma keçir.

Hələ ki, adını tapa bilməyiblər bu virusun. Çünki bu virus məhz bizə məxsusdu. Və bizdən başqa digər millətə keçmədiyi üçün ona ad qoymağa dünyanın marağı yoxdu. Özlərində olmayana niyə ad qoysunlar ki?! Bizimkilər də heç özlərinə ad tapa bilmirlər, bu virusa adı hardan tapsınlar ki?!

Adını qayıra bilmədiyimiz virus insanlarımızın canına hopub onların içindəki "uzi” aparatında görsənən orqanlarını zədələməsə də, görsənməyən orqanlarını məhv edir. Yəni mənəviyyatını, sevgisini, qeyrətini və s.

Məsəllər çəkim ki, söhbətimin məğzi sizə agah olsun.

Karantindi. Paytaxta giriş-çıxış məhdudlaşdırılıb. Virusun yayılmaması üçün tədbirlər görülür.

Təcili tibbi yardım maşınının sürücüsü maşınının xüsusi təyinatlı avtomobil olduğundan yoxlanmayacağını ehtimal edərək rayon sakinlərini paytaxta daşıyır. Virusu virus daşıyır.

Digəri 30 manatdan maşının "baqaj”ında insan daşıyır. Yenə əyalətdən paytaxta. Bizim yerli viruslara yoluxublar. Hər ikisi.

Biri qoruyucu "maska”ları satışa çıxartmır ki, qoy süni bahalaşma yaransın, sonra satsın.

Digəri zibil qutularından işlənmiş maskaları yığıb, yuyub təzədən camaata sırımaq istəyir.

Yaşlılar koronaya tez yoluxur. İmmunitet zəifliyindən. Və sağaltmaq çətin olur. Qərar çıxdı ki, yaşlılar otursun evdə. Yoluxma və yayma təhlükəsinin qarşısı alınandan, virus məhv ediləndən sonra ürəkləri nə qədər istəyir çıxarlar küçələrə. Onlara hər şey qurbandı. Təki özləri virusa qurban olmasınlar. Elə bil qocalar xoda düşdülər. Küçə qoca ilə doludu. Bizi də özləri ilə aparmaq istəyirlər.

İmmunitetdən söz düşmüşkən, dedilər ki, zəncəfil immuniteti gücləndirir. Təcili kilosu 6 manatdan qalxdı 45 manata. Oldu fil qiymətinə. Hələ sarımsağı demirəm.

Spirti gizlətdilər. Yenə də qiymətdə qazanmaq üçün. Hələ dərəcəsini demirəm. Ona da barmaq elədilər. 96 faiz harda var ki?!

Biri durdu şeir yazdı. O birisi mahnı oxudu. O birisi oynadı. Biri video çəkdirdi. Koronanı elədilər lağlağı.

Saxta sənədləri yaymağa başladılar. İnsanlarda karantin yerləri barədə mənfi fikir formalaşdırmağa başladılar.

Hamısını edən bizim o adını tapa bilmədiyimiz virusun xəstələridi, daşıyıcılarıdı.

İnanın, bunlar koronadan təhlükəlidirlər. Bunların qızdırması da olmur, öskürmürlər də. Heç halsız da olmurlar. Amma virus daşıyırlar. Və cəmiyyəti zəhərləyirlər.

Biz koronanı adlayıb keçəcəyik. Özü də vaksinsiz. Allah bizə elə vaksin qismət eləsin ki, bu yerli virusa yoluxmuşlara vuraq. Vuraq ki, bəlkə o görsənməyən orqanları təmizlənə. Təmizlənə ki, heç olmasa, belə həmrəyliyə ehtiyacımız olan günlərdə içimizə şeytan kimi girib ilan kimi cəmiyyətimizi zəhərləməsinlər.

Qeyd: 30 mart 2020-ci il. Dünyanı bürümüş COVID-19 koronavirus infeksiyasına ölkəmizdə yoluxanların sayı 273. Sağalan 26, daşıyıcı 243, ölüm 4. Tutulanlardan 3-ü uşaqdır.

31 dekabr 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatının Çin Ölkə Ofisi Çinin Hubei əyalətinin Uhan şəhərində etiologiyası naməlum olan pnevmoniya ilə xəstələnmə halları haqqında məlumat vermişdir. 7 Yanvar 2020-ci ildə isə bu fakt daha əvvəllər insanlarda rast gəlinməmiş yeni bir koronavirus (2019 Novel Coronavirus COVID-19) olaraq təsdiqlənmişdir. Əsas əlamətləri qızdırma, öskürək, çətinləşmiş tənəffüs.

Dünyanın 203 ölkəsində 693,224 nəfər koronavirusa yoluxub və xəstəlikdən 33,106 nəfər vəfat edib.

P.S. Evdə oturun. Özünüzü də qoruyun, doğmalarınızı da, ətrafınızdakıları da. Bu gün qələbə qazanmalıyıq ki, gələcək qələbələrin şahidi olaq.

Nicat Novruzoğlu




İmza:

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2020-06-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK