ANA SƏHİFƏ / HADİSƏ

Bakıya biabırçı qaçış: 50 manata baqajda postu keçdilər - FOTO/VİDEO

8800    |   2020-03-28 22:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir. Bu kimi neqativ halların qarşınının alınması məqsədilə əməliyyat tədbirləri davam etdirilir.

Bununla bağlı Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu birgə məlumat yayıb.

Belə ki, daxil olan əməliyyat məlumatı ilə əlaqədar görülənnövbəti tədbir zamanı paytaxt sakini Əsgər Şalıyev və Oğuz rayon sakini Elşən Səfərəliyev xüsusi karantin rejimini pozmaqda şübhəli bilindikləri üçün Bakı şəhərində saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, E.Səfərəliyev və Ə.Şalıyev epidemiya əleyhinə və karantin rejimlərini pozmaqla koronovirus pandemiyasının yayılması üçün real təhlükə yaratmaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Bakı şəhəri istiqamətində hərəkət ediblər.

Bu məqsədlə E.Səfərəliyev Bakı-Qazax yolunun 65-ci kilometrliyindəki xüsusi keçid postundan təxminən bir kilometr aralıda özünə məxsus "Mercedes” markalı avtomobili idarə etməyi 50 manat müqabilində razılığa gəldiyi paytaxt qeydiyyatında olan tanışı Ə.Şalıyevə həvalə edib.

E.Səfərəliyev isə nəqliyyat vasitəsinin yük yerində gizlənməklə xüsusi buraxılış rejimi qaydalarına riayət etmədən postu keçib. Daha sonra hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Keçirilən daha bir tədbir zamanı Füzuli rayon sakini Kərim Kərimov və İmişli rayon sakini Elxan İbrahimov xüsusi karantin rejimi qaydaları pozaraq, Bakı şəhərinə gəldikləri üçün saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, K.Kərimov idarə etdiyi "Daewoo” markalı, E.İbrahimov isə idarə etdiyi "Mercedes” markalı nəqliyyat vasitəsilə Bakı-Qazax yolunun 65-ci kilometrliyindəki xüsusi keçid postundan qanunsuz keçməklə karantin rejimi qaydalarını pozublar.

Əsgər Şalıyev və Elşən Səfərəliyev barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən Ə.Şalıyev və E.Səfərəliyev tutularaq istintaqa cəlb olunublar. Onlar barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Elxan İbrahimov və Kərim Kərimov isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirlibilinərək, inzibatiqaydadahəbsediliblər.




İmza:

Gəncədə avtomobil doqquz metrlik quyuya düşdü, bir nəfər öldü - VİDEO

Gəncədə avtoxuliqanlıq baha başa gəldi: Sürücülük vəsiqəsi alındı, həbs edildi - VİDEO

Zarafat etmək istədi, dostu ölümdən qayıtdı - VİDEO

İt döyüşlərini əks etdirən videogörüntülər araşdırılıb, həbs edilənlər var - RƏSMİ

İranın cənub-qərbində zəlzələ olub

Mingəçevirdə dəhşətli qəza: Qadın sürücü yeddisi azyaşlı olmaqla, 10 nəfəri vurdu - YENİLƏNİB

Abşeronda it döyüşdürən şəxslər ələ keçdi - RƏSMİ

Migəçevirdəki qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA: Vəziyyəti ağır olanlar var

Mingəçevirdə baş vermiş qəzaya görə cinayət işi başlandı

Dəniz quldurları ötən ay girov götürdükləri rusiyalı dənizçiləri azad etdilər

Azərbaycanla Türkiyə arasında dörd sənəd təsdiq edildi

Şəkidəki ayı Altıağac milli parkına aparılacaq

Beyləqanda kişi keçmiş arvadına kəsici alətlə hücum etdi

Bakıda 20 yaşlı gəlin kirayə qaldığı evdə ölü tapıldı

Tovuzda yük avtomobili dərəyə aşıb

Tovuzda piyadanı öldürüb qaçan sürücü tutuldu

Qəbələdə bir uşaq və heyvan sürüsü bataqlıqda köməksiz vəziyyətdə qalıb

Şəkidə görünən ayıya görə nazirlik mütəxəssis heyəti göndərdi

Sumqayıtda iki nəfərin öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO

Kuryeri ölümə atan şirkətlər: Zaman yarışının qurbanları - VİDEO

İt döyüşlərini əks etdirən videogörüntülər araşdırılıb, həbs edilənlər var - RƏSMİ

Pandemiya ilə bağlı ən faciəvi görüntü: Uşaq ölən anasını oyatmağa çalışır - VİDEO

SON XƏBƏRLƏR
2020-05-31
2020-05-30


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK