ANA SƏHİFƏ / GÜNDƏM

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

9514    |   2020-03-28 14:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çin Xalq Respublikasının (ÇXR) Dövlət Şurasının Dövlət Müşaviri, CXR-nın Xarici işlər naziri Van İn Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarova teleqram ünvanlayıb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, teleqramda Van İn yeni koronavirus pnevmoniyası başlayandan bəri, Azərbaycan tərəfinin epidemiya ilə mübarizədə Çinə güclü dəstək verdiyini qeyd edib və bu xüsusda Çinin dərin minnətdarlığını ifadə edib:

"Hazırda yeni koronavirus sətəlcəm epidemiyasının getdikcə dünya miqyasında yayıldığını və Azərbaycanda təsdiqlənmiş halların artdığını qeyd edən Van İn, ÇXR Xarici İşlər Nazirliyi və şəxsən öz adından dost Azərbaycan xalqına başsağlığı verir və bütün xəstələrin erkən sağalmasını arzu edir".

Teleqramda qeyd edilir ki, Çin və Azərbaycan yaxın dost və yaxşı tərəfdaşdırlar. Azərbaycan tərəfi epidemiyanın qarşısını almaq və nəzarət etmək üçün fəal tədbirlər həyata keçirir:

"Çin bu məqsədlə öz imkanları daxilində yardım göstərməyə və epidemiya vəziyyəti, qarşısının alınması və nəzarət təcrübəsi, eləcə də tibbi müalicə ilə bağlı Azərbaycan tərəfi ilə sıx əlaqə saxlamağa hazırdır. Biz inanırıq ki, Azərbaycan tərəfi ən qısa müddətdə epidemiyanı aradan qaldıracaq və Çin-Azərbaycan münasibətləri yeni və daha böyük inkişafa başlayacaqdır”.



İmza:
SON XƏBƏRLƏR
2020-06-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK