ANA SƏHİFƏ / SAĞLAMLIQ

Koronavirusa yoluxan ilk şəxsin kimliyi məlum oldu

2752    |   2020-03-26 10:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Koronavirusa yoluxan ilk şəxsin kimliyi artıq müəyyən olunub.

Bu barədə "RİA Novosti” Çin mətbuatına istinadla xəbər yayıb.

Bildirilir ki, Vey soyadı olan qadın Uhan şəhərində "Hunan” bazarında canlı xərçəng satıcısıişləyib. 2019-cu ilin dekabrın 11-də naməlum səbəbdən onun temperaturuyüksəlib və o, klinikaya müraciət edib.

Satıcının sözlərinə görə, adətən, soyuqdəymə zamanı o, xəstəxanaya müraciət edir, orada ona iynə vurulur, səhəri isə onun vəziyyəti düzəlirdi.

Lakin həmin vaxt hətta iki iynə belə ona kömək etməyib. Dekabrın 16-daVey Xuaçjun Elm və Texnologiyalar Universitetinin"Sehe” xəstəxanasına müraciət edib.

Sonradan məlum olub ki, o, "Hunan” bazarında koronavirusa yoluxduğu təsdiqlənmiş ilk şəxsdir. Ehtimal edilir ki, məhz bu bazar infeksiyanın yayılmasının mənbəyi olub. Lakin mütəxəssislər hələ də müəyyən edə bilməyib ki, virus necə və hansı vəziyyətdə daşıyıcı heyvandan insana keçə bilib.

Dekabrın 31-də Uhan Səhiyyə Komitəsi ilk yoluxma qrupunda 27 nəfərin olduğunu bəyan edib. Jurnalistlər həmin şəxslərin siyahısını araşdırarkən onlardan 24-nün "Hunan” bazarı ilə əlaqəli olduğunu öyrəniblər.

Çin KİV,eyni zamanda, "Hunan”la əlaqəsi olmadığı halda yoluxan ilk şəxsi müəyyən edib. Məlum olub ki, ötən ilin dekabr ayının 16-da Çen soyadlı kişinin temperaturu yüksəlib və o, Uhan yaxınlığında xəstəxanaya müraciət edib. O vurğulayıb ki, ailə üzvləri, həmçinin, onu xəstəxanaya aparan şəxs sağlamdır.




İmza:

Britaniya şirkəti koronavirus peyvəndinin istehsalına başladı

Qonşu dövlətdə COVID-19-a qarşı peyvəndin sınaqları başlayır – VİDEO

Səhiyyə sistemində çox ciddi problem yarana bilər - XƏBƏRDARLIQ

İranda sutka ərzində üç mindən çox koronavirusa yoluxma halı aşkarlandı

Ukraynada koronavirusa rekord həddə yoluxma aşkar edildi

Ən çox koronaviruslu xəstənin hansı ərazilərdə olduğu açıqlandı - RƏSMİ

ÜST Azərbaycanın koronavirusla mübarizəsini alqışladı

Azərbaycanda tibbi maskalar üçün xammal istehsalına başlandı

Məhdudlaşdırma olarsa, yenidən 190 manat vəsait veriləcək? - RƏSMİ AÇIQLAMA

TƏBİB sədri: Tibb müəssisələrində sıxlığın yaranması əsas verir ki, əhalini həmrəyliyə dəvət edək

Koronavirus özünü məhv edir?

Koronavirusa qarşı yoğurtşəkilli peyvənd hazırlanır

SON XƏBƏRLƏR
2020-06-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK