nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Dünya kimindir? - Pərvanə Bayramqızı yazır Adalet.az | Dünya kimindir? - Pərvanə Bayramqızı yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Dünya kimindir? - Pərvanə Bayramqızı yazır

10602    |   2020-03-30 08:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"İnsan cəmiyyətindəki quruluşlar saat rəqqasına bənzər olaraq iki kənar nöqtə arasında və ya bir-birinə əks olan iki fəlakət arasında hərəkət edir; bunlar: despotizm və anarxizmdir. İnsanlıq bu iki şərdən birindən uzaqlaşdığı dərəcədə o birinə yaxınlaşmış olur. Buna görə də belə görünə bilər ki, insanlığın rifahı və xoşbəxtliyi bu iki kənar nöqtənin arasında, haradasa onların ortasındadır. Ancaq bu heç də belə deyil. İş bundadır ki, despotizm və anarxiya eyni dərəcədə qorxulu deyil. Despotizm daha az təhlükəli olmaqla onun zərbələri yalnız perspektivləri aradan qaldırmağa və ayrı-ayrı şəxsiyyətlərə qarşı yönəlmişdir; bunun əksinə olaraq, anarxiyada perspektiv və gerçəklik bir-birindən ayırd edilmir və onun zərbələri heç bir fərq qoymadan bunların ikisinə də endirirlir. Məhz buna görə də, dövlət quruluşu anarxiyadan daha çox despotizmə yönəlsə yaxşıdır; bir az da artığını desəm: dövlət quruluşunda bir sıra despotizm elementlərinə həmişə yer olmalıdır”. Artur Şopenhuaerin bu fikirlərindən sonra despotizm haqqında da yazmaq gərək olur.

Despotizm — idarəetmənin öz istəyinə görə hərəkət edən bir şəxsin əlində cəmləşməsidir. Bu sistemdə dövlət başdakı idarəçinin istəyi ilə idarə olunur. Despotizmdə heç bir konstitusiya və hüquq sistemi rol oynamır.

Anarxiya isə ayrı-ayrı adamların və ya qrupların rəhbərliyə, hökumətə tabe olmaması zaman meydana çıxan qarışıqlıqdır.

Təbii ki, hər iki quruluşu heç hansımız bəyənmirik. Çünki hamımız nağıl xoşlayırıq. Demokratiyanı deyirəm. Onun necə olduğunu min kərə oxumuş, hətta xəyal etmişsiniz. Amma vallah-billah bu sadəcə, avazdır. Öz vətəndaşı üçün sivil cəmiyyət qurmaqla gözlərimizə kül üfürürlər. Demokratiya uyduranlar özləri başqa ölkələri tar-mar edib, yerli əhaliyə işgəncə verirlər.

Yer kürəsi, təbiət, kainat, dediyimiz yaşadığımız məkan "kağızlaşdırılaraq” qlobus, siyasi aləmdə ayrı-ayrı dövlətlər, şeirlərdə isə dünya olub. Yəni, hər şəklə salınıb, "başına hər cür oyun” gətirilib. Sual versək ki, "dünyanı kim daha çox sevir; geniş əraziyə sahib olmaq məqsədi ilə uğrunda çarpışan siyasətçilərmi, yoxsa sözün ümidinə qalan şairlərmi?” yəqin ki, cavab üçün xeyli müzakirə aparmalı olacağıq. Dünyanı "qamarlamaq” iştahası fatehlərin, toxunmağa qıymamaq da şairlərin sevgisidir. Müqayisəni Əli Kərimin "İki sevgi” şeirindəki "proseslə” izah etmək yerinə düşür.

Gözəl qız, sən saf susan

İki qəlb arzususan.

Mənsə səni sevirəm

Susuzluğun od vurub, köz kimi yandırdığı

Dodaq su sevən kimi.

O isə səni sevir

"kabab üstdən sərin su pis olmaz” deyən kimi

Nüsrət Kəsəmənlinin də "Dünya köhnə dünyadır sevgiləri təzədir” duyğusundan birdən-birə keçək "dünya da köhnə dünyadır, siyasəti də” reallığına. Belə olanda Məmməd Arazın nəzərindəki kimi "Dünya gözəl dünyadır” deməyə dilim gəlmir. Amma şairin "Dünya sənin, dünya mənim, dünya heç kimin” misrasını hegemon dövlətlərə tam aid etmək olar. Bəli, dünyanı idarə etmək, digər dövlətləri özlərindən asılı vəziyyətə salmaq, hər şeyə sahib olmaq köhnə siyasətdir. Dünyanı incitməyən, oxşayan bircə şairlərdir.

Siyasət aləmi bir yana siyasi kitabları (istər bədii, istər elmi) oxuyub məəttəl qalırsan, dilindən bir şablon ifadə qopur: dünyada nələr olur...

Dünyaya nə qədər şeir yazılıbsa toplamaq, bir-bir oxumaq istəyinə düşmüşəm. Siyasi aləmlə həmin şeirləri qarşı-qarşıya qoymaq maraqlı olar. Şairlərin söz qoşduğu, fatehlərin parçaladığı dünya şüur inkişaf etdikcə siyasət meydanına çevrilib, oraya bir-birini yıxmaq üçün "qoçular” çıxardıblar. Sonra zəifləri basıb "yeyiblər”. Bata bilmədiklərini digər yollarla məhv etməyə çalışıblar. Həmin proses hələ davam edir. Bu əsrlər ərzində şairlər hələ də öz işlərindədirlər. Dünyanın "işlərini” dərd edib ona söz qoşurlar. Siyasətçilər isə bu gözəlliyi korlamaqla məşğuldurlar. Dünyaya xitabən yazılan şeirlər onlar üçün əhəmiyyətsizdir. Heç oxumurlar da. Nəylərinə gərəkdir, özləri üçün çapıb-talayırlar. Kimdir kövrək hisslərin təsirindən yaranan "Dünya” şeirini oxuyub insanlara can yandıran? Özləri necə pis əməl sahibləri olduqlarını bizdən də yaxşı bilirlər. Guya unudubıar ki, Birinci Dünya müharibəsində insanlar nə zülümlər çəkiblər? Ondan sonra neçə müharibələr başlayıblar. Bu qədər siyasi proseslər baş verdiyi, iqtisadiyyatı, siyasi aləmi idarə edə bilənlər olduğu halda dünyaya şeir yazmaq əbəsdir.

Dünya mövzusunda ən gözəl şeir deyəndə yeddi oğulun (S.Vurğunun "Komsomol” poeması) hərəsinin bir bənd dediyi "Dünya” şeirini xatırlayırsınız. Haqlısınız. Elə şair də "Biz gəldi-gedərik sən yaşa, dünya” deməkdə haqlıdır”. Hələ Zeynal Xəlilin: "Kimlər gəldi, kimlər getdi bu dünyadan...” yazmaqda nə qədər haqlı olduğunu demirəm. Hamı gəlib getdi bircə dünya yaşadı, yaşayır. Amma "sirrini verməyir sirdaşa dünya” fikri bu zamanda özünü doğrultmur. Dünyanın sirrini elmi inkişaf etdirməklə yeni texnologiya yaradan insanlar çoxdan öyrəniblər. İndi də dünyaya koronavirus kimi "layihə” ilə meydan oxuyurlar. Şeirlərin duyğusundan ayrılmaq istəməsək də belə bir eybəcər cümlələr oxuyuruq: "Müharibə sülhdür”, "Azadlıq köləlikdir”, "Cəhalət qüvvədir” "Prollar insan deyillər”. Necə səslənir? Doğrudur, əsərdəndir, amma həqiqətdə bundan betər faciələr baş vermirmi?

"2050-ci ildə hələ, bəlkə, ondan da əvvəl Köhnə dillə bağlı bütün bilgilər yoxa çıxacaq. Keçmiş dövrlərin ədəbiyyatı tam məhv ediləcək. Çoser, Şekspir, Milton bayron yalnız Yenidil variantında mövcud olacaq. Həm də onların tək dilləri dəyişməyəcək, müəyyən dərəcədə özləri də əslində olduqlarının ziddinə çevriləcəklər. Hətta partiya ədəbiyyatı dəyişəcək. Hətta şüarlar da dəyişəcək. Əgər "Azadlıq məhfumunun özü ləğv ediləcəksə, o zaman "Azadlıq – köləlikdir” şüarına nə lüzum qalacaq? Fikir mühiti tamamilə başqalaşacaq. Bizim indi anladığımız mənada fikir olmayacaq. İnanclı adam fikirləşmir. Onun fikirləşməyə, ümumiyyətlə ehtiyacı yoxdur. İnanclı olmaq – şüursuz olmaq deməkdir.” (C.Oruel "1984” romanı)

Bu romanı oxuyandan, bu qədər siyasi prosesləri izləyəndən sonra Müzahim İsmayılzadənin:

Üfürsək qopacaq öz məhvərindən,

Bir saman çöpündən asılıb dünya.

misraları öz yerini alır.

Zəlimxan Yaqubla, Ramiz Rövşən isə bizə ehtiyatlı olmağı tövsiyə ediblər. Biri deyib:

Mənim balam bu dünyayla oynama,

Sən cavansan dünya qoca dünyadı.

Düşmən nədir? Dost evini dost yıxar,

Bilən bilir dünya necə dünyadı...

Ömrə, günə etibar yox əzəldən,

Bir də dönüb yarpaq olmaz xəzəldən,

Beşiyindən bizə tabut düzəldən

Bələyindən kəfən tikən dünyadı.

O biri də: "Zarafat eyləmə, qurbanın olum”, – deyir. – "Bu dünya zarafat meydanı deyil”.

"Sən bu qumarbazla qumar oynama,

Zarafat gəlməsin sənə bu dünya” misrasında dünyadakıların namərdliyi nəzərdə tutulur.


Çox yerdə qəbrini qazan olacaq,

Başın qaynamaqdan qazan olacaq,

Sanma yaşamağın asan olacaq,

Zarafat gəlməsin sənə bu dünya.


Yoxsulluq yoxsulun bağrına oxdu,

Mədəsi toxların məzəsi toxdu.

Fil var, qarışqaca hörməti yoxdu,

Zarafat gəlməsin sənə bu dünya.


Çox yerdə məkrli oyun olacaq,

Şir, pələng çevrilib qoyun olacaq,

Hələ neçə dəfə toyun olacaq,

Zarafat gəlməsin sənə bu dünya.


Ömrünü qar yeyib, qış aparacaq,

Xırmandan dənini quş aparacaq,

Dünyadan əlini boş aparacaq,

Zarafat gəlməsin sənə bu dünya.


Qeybətin quyusu, hiylənin toru,

Sənə diri-diri göstərər goru.

Başın var, başsızdan başını qoru,

Zarafat gəlməsin sənə bu dünya.


Şeytan dura-dura şərlənər dəvə,

Qatır quyruğunda hərlənər dəvə.

Kinindən yıxılar, tirlənər dəvə,

Zarafat gəlməsin sənə bu dünya.


Muğamı ağlamaq, valı ağlamaq,

Valın da qırılmış halı ağlamaq.

Fışqırıq çalmağın dalı ağlamaq,

Zarafat gəlməsin sənə bu dünya.


Yasın yeddisi var, üçü, qırxı var,

Qəbir yerinin də haqqı, nırxı var,

Ölümdən sonra da min cür qorxu var,

Zarafat gəlməsin sənə bu dünya.


Ürəyə çəkilən dağdı, düyündü,

Hər gün xırdalanan ömürdü, gündü,

Gör bu dəyirmanda kimlər üyündü,

Zarafat gəlməsin sənə bu dünya.


Zəlimxan, günahın yeddi qat olar,

Həyatın qan dolu bir həyat olar.

Zarafat eyləsən, şahın mat olar,

Zarafat gəlməsin sənə bu dünya!


Dünyanın əsl üzü göründü. Həqiqətdən bizi agah edən şair yenə də ümidimizi üzmür: "Gözəl dünya, gözəllərin var oldun” söyləyir.

A.Şopenhauerin qənaəti: "Keçmiş zamanın indiki çağdan üstünlüyü ondan ibarət idi ki, onda, Bonapartın ifadəsincə desək, sözlə əməlin uyğunluğu vardı, indi isə belə bir uyğunluq yoxdur”.

Bu qədər siyasi quruluşların, siyasi ideyaların, siyasi təşkilatların mövcud olduğu dünyada bir də azadlıq məfhumu uydurublar.

Mənim də bu mövzuda şeirim var, təkcə sonuncu misrasını yazıram:

Dünyanın dünyama gərəyi yoxdur.

Sözlə musiqini birləşdirən bəstəkar oldu, siyasətlə şeiri birləşdirməyə cəhd etməklə mən kim olacam bilmirəm. Əslində bunu kimsə olmaq üçün etmirəm. Ağlıma bir-iki fikir gəldi onu tutub "sənədləşdirdim”. Onsuz da indi çoxu ağlına gələni yazır.

Xəyalımdan "yeddi oğula” bacı olub Vaqif Osmanovun "Dünya” şeirini söyləmək keçdi:


DÜNYA


Nə yaman güclüymüş nəfsin, iştahan,

Bir anmış şipşirin çağların, dünya.

Ömrün hər addımı sınaq, imtahan,

Çoxmuş düyünlərin, bağların, dünya.


Çəkib qurtarmırıq intizarını,

Görmədik şəfqətli sığallarını.

Heç dada bilmədik şirin barını,

Nə tez uralandı tağların, dünya.


Sənin vəsf etməli haran qalıbdı?

Məlhəmi olmayan yaran qalıbdı.

Ağlı-qaralıydın, qaran qalıbdı,

Nədən yoxa çıxıb ağların, dünya?


İnsanın bəzəyi ürək, göz, əldi,

Ağılsız gözəllik solğun xəzəldi.

İlahi yaradan dağlar gözəldi,

Sinələr dağlayır dağların, dünya.


Ömür bir Günəşdir, əbədi yansan,

Sürünən məxluqsan, əyilsən, sınsan.

Ümidi öləndə məhv olur insan,

Günbəgün azalır sağların, dünya.


Bu son deyil, dünya haqqında hələ çox şeirlər yazılacaq. Niyə də yazılmasın "axı dünya fırlanır”.




İmza:

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Azərbaycanda ərin arvadını xəstəxananın həyətində amansızlıqla öldürməsinin təfərrüatı - VİDEO

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Deputatlar koronavirusa görə testdən keçiriləcək

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-04-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

-Sonuncu dəfə deyirəm, vətəndaş, damdan düş, gir evə, səninlə burda çənə-boğaz eləməyə vaxtımız yoxdu - polis mayoru həyətdən səs gücləndirici ilə binanın başındakı kişiyə səsləndi - hamımız eyni vəziyyətdəyik, amma dözürük, sən də dözməlisən!

Kişi etiraz etdi:

-Dedim yox! Mən dözmək istəmirəm! Mən bu qədər özümü çeynətməm!
Mayor nişan alıb tapança ilə adamı çiynindən vuraraq dama sərdi...
Kişi gözünü açdı ki, xəstəxanada çarpayıdadı. Mayor da oturub çarpayının yanında.

-Nahaq vurdun məni! - mayora baxıb narazı dilləndi - kişi-kişinin arvad-uşaq yanında sınmasına razı olmasın gərək!

Mayor başını aşağı salıb gileyləndi:

-A kişi bezmişik ey əlinizdən, biriniz dama çıxırsınız, biriniz yuxu dərmanı içirsiniz, hələ o gün biri evində üstünə benzin tökmüşdü ki, "mənə söz deyən olsa, özümü yandıracam". Boğaza yığmısınız ey bizi. Bilmirik asayişi qoruyaq, ya sizinlə uğraşaq. Ə, elə bilirsən bizə asandı? Biz də kişiyik, anlayırıq sizi! Ama day intihara cəhd etmək nədi?! Allah bu koronavirusa lənət eləsin!

Kişi əlini uzadıb mayorun qolundan tutdu - bilirəm qardaş, sizin işiniz lap ağırdı, özü də indiki vəziyyətdə, amma məni də başa düş - kişini qəhər boğdu - əşşi mən arvada dedim köməyə ciddi ehtiyac yaransa, kartof qızardaram, uzağı bozbaş bişirərəm. Day əriştə kəsmək nəymiş! Bu qədər də yox də! Bax, cənab mayişor, mən deyiləm sənsən, arvad desəydi əriştə kəs, kəsərdin? Yox vallah! Dama çıxmaq nədi ey, bəlkə də sən tapança ilə məni vurduğun kimi, arvadı da vurardın!

-A kişi nə kartof qızartması, nə bozbaş, nə əriştə? Orda sənə dedim axı, hamımız eyni vəziyyətdəyik - mayor yerindən qalxdı, gətirdiyi meyvə dolu torbanı çarpayının ayaq tərəfindən götürdü, bayaqdan oturduğu kətilin üstünə qoydu, kövrəlmiş halda sözünə davam etdi - tez sağal, get evinə qardaş, ta bir də dəlilik eləmə! Görünür bu da bir sınaqdı, dözməliyik. Bax, mən dünən gecə, növbədən sonra, evdə yarpaq dolması bişirmişəm, bu günə də düşbərə sifariş ediblər...





digər lətifələr
ARXİV
FACEBOOK