nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Operativ Qərargahın tələblərini pozan obyektlərin və sürücülərin sayı açıqlandı Adalet.az | Operativ Qərargahın tələblərini pozan obyektlərin və sürücülərin sayı açıqlandı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Operativ Qərargahın tələblərini pozan obyektlərin və sürücülərin sayı açıqlandı

4272    |   2020-03-23 18:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Məlum olduğu kimi, koronavirus infeksiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən ölkə ərazisində zəruri sosial izolyasiya tədbirləri tətbiq edilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, konkret olaraq kütləvi tədbirlərin keçirilməsi təxirə salınıb, restoran və kafelərdə iş rejimi saat 15.00-dək müəyyən edilib.

Tətbiq olunan məhdudiyyətlər vətəndaşlar tərəfindən bütövlükdə anlayışla qarşılanır, dövlətin həyata keçirdiyi tədbirlər dəstəklənir.

Lakin respublikanın bəzi şəhər və rayonlarında ayrı-ayrı iaşə müəssisələrinin sahibləri müvafiq obyektlər üçün müəyyən edilmiş iş rejimini pozub saat 15.00-dan sonra da fəaliyyətlərini davam etdirməyə cəhd göstərirlər. Həyata keçirilmiş nəzarət tədbirləri ilə müəyyən edilmiş konkret vaxtdan sonra fəaliyyətini dayandırmayan respublika üzrə 411, o cümlədən Bakı şəhərində 154 obyekt müəyyən edilib. Göstərilən səbəbdən 347 obyekt sahibinə xəbərdarlıq olunub, 71 obyekt sahibi barəsində inzibati cərimə tətbiq edilib.

Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar əhali arasında dezinformasiya xarakterli məlumatlar yaydığına görə 3 nəfər inzibati qaydada həbs olunub.

Xatırladaq ki, respublikanın şəhər və rayonalrında qeydiyyatda olan nəqliyyat vasitələrinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılmasının dayandırılması barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərərgahın müvafiq qərarının icrası çərçivəsində Bakı-Qazax avtomobil yolunun 65-ci, Bakı-Şamaxı avtomobil yolunun 26-cı və Bakı-Quba avtomobil yolunun 45-ci kilometrliklərində sutkalıq fəaliyyət göstərən 3 xüsusi polis postu yaradılmışdır. Bugünədək müəyyən edilmiş məhdudiyyəti pozmaqla Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna daxil olmaq istəyən 4 000 avtomobil geri qaytarılıb.

Qeyd olunmalıdır ki, həyata keçirilən bütün tədbirlər vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də bir daha Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət olunmasını, bütün tövsiyə, təklif və qərarları anlayışla qarşılanmasını xahiş edirik.




İmza:

Tahir Süleymanov: Mübariz Mənsimov xalqın sevqisini qazana bilib

Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib

“40 günə bəşəri təhlükəyə qalib gəlinəcək, lakin...” - Zahid Orucun yazısı

Bizi həyata qaytaran... - İlqar Rəsul koronavirusdan yazır

İlham Əliyev Mikayıl Cabbarovu qəbul etdi - YENİLƏNİB

İlham İsmayıl: Onlar həmişə gözəgörünməzlərlə mübarizə aparıb...

Onun üçün dünyanın mərkəzi Qarabağ, paytaxtı isə Ağdamdır - Əzizə İsmayılova yazır

31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür

Elşad Hacıyev: Hər bir vətəndaş həmrəylik nümayiş etdirməlidir

DİN vətəndaşların qeydiyyat yerində olan şəhər və rayonlara qayıtmaları ilə bağlı məsələyə aydınlıq gətirib

Azərbaycanda 500 minə yaxın fiziki şəxsin icazəsi qeydiyyata alınıb

8103 SMS müraciət sistemi ilə bağlı əhaliyə çağırış edildi - VİDEO

Pablo Nerudanın Ermənistan təəssuratları

Ay hökumət, bunu birdəfəlik izah edin

Polad Bülbüloğlu: Azərbaycan-Rusiya əlaqələri bütün sahələrdə strateji tərəfdaşlıq xarakteri daşıyır

Tərtər: Təmas xəttinin ən həssas bölgəsi - Elgün Gəncimsoy yazır

Ruslarda bir söz var - katavasya... - İradə Tuncay yazır

Azərbaycanda "Fərqlənmə Nişanı" olmayan taksi sürücüləri cərimələnəcək

Baş nazir Tədbirlər Planını təsdiqlədi

Azərbaycana giriş-çıxış dayandırıldı - Operativ Qərargah

Azərbaycan neftçiləri koronavirusla bağlı həmrəylik çağırışı ediblər (VİDEO)

Vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb

SON XƏBƏRLƏR
2020-04-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir azərbaycanlı alim deyir ki, ərlə arvad koronavirusa yoxulmamaq üçün ayrı-ayrı otaqlarda yatırlar.

Əgər ailənin bir otağı varsa, biri balkonda yatmalıdır onda?

Sms-lə icazə alıb 2 saat bir otaqda yata bilərlər?



digər lətifələr
ARXİV
FACEBOOK