nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz Adalet.az | Rayonlar Bakıya axışmaq istəyir: Minlərlə maşın geri qaytarılıb - RƏSMİ AÇIQLAMA Adalet.az | Rayonlar Bakıya axışmaq istəyir: Minlərlə maşın geri qaytarılıb - RƏSMİ AÇIQLAMA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Rayonlar Bakıya axışmaq istəyir: Minlərlə maşın geri qaytarılıb - RƏSMİ AÇIQLAMA

4317    |   2020-03-23 10:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Martın 19-dan bu günə qədər dörd mindən çox nəqliyyat vasitəsi, çox sayda insan geri qaytarılıb”.

Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin mövcud qərarına baxmayaraq, insanlar qaydalara riayət etmək istəmir:

"Qaydalar qüvvəyə mindiyi gündən bu günə qədər dörd mindən çox nəqliyyat vasitəsi geri qaytarılıb. Təkcə ötən sutka ərzində Bakı-Ələt yolunda 814 avtomobil, Bakı-Şamaxı yolunda 182, Bakı-Quba yolunda isə 114 avtomobil geri qaytarılıb.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 19-da, saat 00.00-dan etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin (avtobus, mikroavtobus, taksi və s.) ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan olunub.

Bununla bağlı dəfələrlə media vasitəsilə məlumat verilib. Lakin buna baxmayaraq, insanlar həm öz, həm də ətrafdakı insanların sağlamlıqlarını təhlükə qarşısında qoyacaq addımlar atırlar”.

K.Əliyev onu da bildirib ki, rayon qeydiyyatında olan şəxslərin çoxu yük maşınlarının içərisində paytaxta keçməyə cəhd ediblər:

"Yük maşınlarının (ərzaq məhsulları, kənd təsərrüfatı malları və digər yükləri daşıyan yük maşınları) sürücülərinin harada qeydiyyatda olmasından asılı olmayaraq, onların şəhərə giriş-çıxışına icazə verilir. Lakin onların Bakı, Sumqayıt, Abşeron qeydiyyatında olmayan hər hansı bir şəxsi maşında gətirməsinə icazə yoxdur.

Həmin sürücülərin yanında ikinci sürücü kimi bir şəxsə icazə verilir. O halda ki, onların hər ikisinin həmin yük maşınını idarə etmək üçün müvafiq sənədləri olsun”.


İmza:

Yevlaxda koronovirus əleyinə tədbirlər gücləndirildi

Bakıda ekspress xətlər üzrə avtobusların cədvəli açıqlandı

Ərzaq mağazaları və apteklərin fəaliyyətində hər hansı məhdudiyyətlər yoxdur

65 yaşdan yuxarı tənha yaşayan şəxslərə evlərində sosial məişət xidmətləri göstəriləcək

Azərbaycanda bütün iri ticarət mərkəzləri və “mall”lar bağlandı - RƏSMİ

Heydər Əliyev Beynəlxalq Aeroportunda reyslər ikinci terminaldan həyata keçiriləcək

“Azərişıq” 3 gündə 850 müraciətə baxdı

İlham Əliyev və Mehriban Əliyeva Hövsan yaşayış kompleksinin açılışında - YENİLƏNİB

Yevlax gəncləri “Sağlamlığımız milli həmrəyliyimizdədir” adlı aksiyada fəal iştirak edir

Sabahın hava proqnozu açıqlanıb

Alov Qüllələrində "Biz birlikdə güclüyük!" - Video

Azərbaycanda bu internet-klub karantin tələblərini pozub - VİDEO

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Prezident: “Biz mütləq həm xəstələrə sahib çıxacağıq, həm də iş adamlarına”

Avtobusların kart sisteminə keçirilməsi sürətləndiriləcək? - AÇIQLAMA

Nazirlik “Böyüklərimizə qayğı ilə!” adlı daha bir videoçarx hazırladı - VİDEO

Azəriqaz: Daha az işçi ilə maksimum iş imkanları səfərbər olunur

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Daha 1400-dən çox tənha yaşlıya evlərində sosial xidmətlərə başlanıb

“Evdə qal” devizi altında aksiya davam etdirilir - FOTO

Azərbaycanda qorxunc hadisə: Gözəgörünməz varlıq fermanı bir-birinə qatdı - VİDEO

Qazaxa giriş-çıxış məhdudlaşdırılıb - RƏSMİ + VİDEO

SON XƏBƏRLƏR
2020-03-28


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK