nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz Adalet.az | Sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin yaradılması üzrə Standartlar təsdiqlənib Adalet.az | Sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin yaradılması üzrə Standartlar təsdiqlənib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin yaradılması üzrə Standartlar təsdiqlənib

5171    |   2020-03-21 13:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nazirlər Kabineti "Məşğulluq haqqında” Qanuna əsasən hazırlanmış "Sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin Standartları”nı təsdiq edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsindən verilən məlumata görə, həmin Qanuna əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial müəssisələr, habelə kvotadan əlavə iş yerləri yaradıla bilər.

Standartlara görə, bu müəssisələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həmçinin hüquqi və ya fiziki şəxs tərəfindən yaradıla bilər.

Sosial müəssisələr və kvotadan əlavə iş yerləri Əmək Məcəlləsində müəyyən edilmiş hüquq normaları əsasında əmək şəraiti ilə təmin olunmalı, əlilliyi olan şəxslər üçün nəzərdə tutulan kvotadan əlavə iş yerləri isə "Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”na uyğun yaradılmalıdır. Həmin şəxslər bu iş yerlərində "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna uyğun olaraq təsdiq edilmiş "Fərdi Reabilitasiya Proqramı” nəzərə alınaraq iş yerləri ilə təmin edilməlidir.
Eyni zamanda, Standartlara görə, sosial müəssisələrdə işçilərin orta illik sayının azı 80 faizini Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli məşğulluq qurumları və ya "DOST” mərkəzlərinin göndərişi ilə işə qəbul olunmuş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər təşkil etməlidir.

Bu şəxslərin sırasına isə Qanuna uyğun olaraq, əlilliyi olan şəxslər, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər daxildirlər.

Onlara işə cəlb olunduqları sosial müəssisə və iş yerlərində məşğulluq imkanlarının artırılması üçün təlim, o cümlədən peşəyönümü və peşə hazırlığı istiqamətində məsləhət xidmətlərinin göstərilməsi, peşə-əmək reabilitasiyası ilə bağlı tədbirlərin həyata keçirilməsi və s. də Standartlarda yer alıb. Həmçinin qeyd edilir ki, kvotadan əlavə iş yerləri müəssisədə əvvəldən işləyən işçilərin işdən azad edilməsi yolu ilə yaradıla bilməz, müəssisədə mövcud olan daimi vakansiyalar isə əlavə iş yerləri hesab edilmir.

Qeyd edək ki, kvota dedikdə, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin işlə təmin edilməsi məqsədi ilə qanunvericiliklə işəgötürənlər üçün müəyyən edilmiş iş yerlərinin (işçilərin) minimum sayı nəzərdə tutulur.




İmza:

Yevlaxda koronovirus əleyinə tədbirlər gücləndirildi

Bakıda ekspress xətlər üzrə avtobusların cədvəli açıqlandı

Ərzaq mağazaları və apteklərin fəaliyyətində hər hansı məhdudiyyətlər yoxdur

65 yaşdan yuxarı tənha yaşayan şəxslərə evlərində sosial məişət xidmətləri göstəriləcək

Azərbaycanda bütün iri ticarət mərkəzləri və “mall”lar bağlandı - RƏSMİ

Heydər Əliyev Beynəlxalq Aeroportunda reyslər ikinci terminaldan həyata keçiriləcək

“Azərişıq” 3 gündə 850 müraciətə baxdı

İlham Əliyev və Mehriban Əliyeva Hövsan yaşayış kompleksinin açılışında - YENİLƏNİB

Yevlax gəncləri “Sağlamlığımız milli həmrəyliyimizdədir” adlı aksiyada fəal iştirak edir

Sabahın hava proqnozu açıqlanıb

Alov Qüllələrində "Biz birlikdə güclüyük!" - Video

Azərbaycanda bu internet-klub karantin tələblərini pozub - VİDEO

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Prezident: “Biz mütləq həm xəstələrə sahib çıxacağıq, həm də iş adamlarına”

Avtobusların kart sisteminə keçirilməsi sürətləndiriləcək? - AÇIQLAMA

Nazirlik “Böyüklərimizə qayğı ilə!” adlı daha bir videoçarx hazırladı - VİDEO

Azəriqaz: Daha az işçi ilə maksimum iş imkanları səfərbər olunur

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Daha 1400-dən çox tənha yaşlıya evlərində sosial xidmətlərə başlanıb

“Evdə qal” devizi altında aksiya davam etdirilir - FOTO

Azərbaycanda qorxunc hadisə: Gözəgörünməz varlıq fermanı bir-birinə qatdı - VİDEO

Qazaxa giriş-çıxış məhdudlaşdırılıb - RƏSMİ + VİDEO

SON XƏBƏRLƏR
2020-03-28


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK