ANA SƏHİFƏ / GÜNDƏM

Artilleriyaçının doğum gününə TƏBRİK!

12973    |   2020-03-18 14:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Elimizinn qorxmaz oğlu, Aprel döyüşləri iştirakçısı, "N" saylı hərbi hissənin keçmiş artilleriya rəisi, polkovnik-leytenant Eldəniz Hüseynovun doğum günüdür. Eldəniz Zakir oğlu Hüseynov 1976-cı il martın 19-da Ağdam rayon Şıxlar kəndində anadan olub. Orta təhsilini doğma kəndində əla qiymətlərlə başa vurub. 1994-cü ildə Bakı Ali Birləşmiş Komandandirlər məktəbinə daxil olub. Orada yerüstü artilleriya ixtisası üzrə təhsil alıb. 1998-ci ildən 2017-ci ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrində qüsursuz xidmət aparıb. Hərbi hissənin artilleriya rəisi vəzifəsinə qədər yüksəlib. Silahlı Qüvvələrin ehtiyata buraxılmış polkovnik-leytenantıdır. Ailəlidir. 1 övladı var.

Əslində Eldənizdən söz "qoparmaq” elədə asan deyil. Jurnalistlərdən qaçır, müsahibə verməyə çətinlik çəkir. Çunki ona elə gəlir ki, hələ də deyəcəyi söz var, hələ də edəcəyi əməllər zamanını gözləyir. Ona görə də, onun haqqında topladığımız məlumatları biz deyək. E. Hüseynov ilk hərbi rütbə- leytenant rütbəsini alan kimi öz ixtisası üzrə xidmətə başladı. Leytenant olmağına baxmayaraq, qarşısına qoyulan bütün öhtəlikləri layiqincə bacardığıma görə üç ay sonra bölük (batareya) komandiri təyin edildi. Bütün öyrəndiklərini həmişə tabeliyində olan şəxsi heyyətə öyrətməyə çalışıb.. Bax elə bu fərqliliyinə görə yüksək komandanlığın diqqət mərkəzində olurdu. Göstərdiyi qüsursuz xidmətə, hərbi hissənin ictimai-siyasi məsələlərində fəal iştirak etdiyi və birlik daxili yarışlarda qalib olduğu ücün dəfələrlə üst komandanlıq tərəfindən orden, fəxri fərmanlarla təltif edilirdi. Yadınızdadırmı, 2015-ci ilin avqust ayında Ermənistan silahlı qüvvələrinin xaincəsinə növbəti dəfə basqını? Düşmən Ağdam istiqamətində yerləşən taboru toplardan və 120 mm-lik minaatanlardan atəşə tutmuşdu. Həmin atəş nəticəsində Ağdam rayonundan olan müddətdən artıq hərbi qulluqçu həlak olmuşdu. Bax onda cavab atəşini -bölmələrimiz arasında topdan ilk atəşi şəxsən komandir Eldəniz Hüseynov atmışdı. Atışmanın detallarından danışan artilleriyaçı bildirdi ki, heç zaman düşmənin başıboş artilleriyaçıları kimi nagümana atəş açmayıb:” Minaatan bölmələrimin atdığı bütün mərmilər demək olar ki, konkret hədəfə atılıb və ürəkaçan nəticələri ortaya çıxıb. Dəfələrlə düşmənin atəş mövqelərinə atdığım mərmilər düşmənin canlı qüvvəsini, hərbi texnikasını və artilleriya silahlarını məhv edib. Bu əməliyyatda Madagiz istiqamətində düşmənin cəmləşməsinin müşahidə olunduğu deyildi. Ərazinin koordinatlarını çıxarıb toplara atəş əmri verdim. Sərrast atış nəticəsində düşmən darmadağın oldu. Sonra məlum oldu ki, düşmənin Xüsusi Təyinatlı Qüvvələrinin taborları sertifikat alma mərasimi keçirirmiş. Top atəşimiz nəticəsində beşdən çox yüksək rütbəli zabitləri, iyirmidən artıq hərbi qulluqçuları (xüsusi təyinatlıları) məhv edildi, xeyli sayda yaralıları var. Düşmən bunu öz ictimaiyyətindən gizli tutmağa çalışsa da, əldə etdiyimiz kəşfiyyat məlumatlarında, həmçinin atışdan öncə ərazidə çəkiliş aparmağa göndərilən PUA-ların qeydlərindən düşmənin ağır itkiləri təsdiqlənirdi. Həmin hadisədən sonra isə top atışları mütamadi hal aldı. Bu, aprel döyüşlərinə qədər davam elədi... "



Nə yaxşı ki söhbətimiz hərlənib-fırlanıb Aprel Döyüşlərinə gəlib catdı. ! Söhbətləşdiyimiz müddətdə ilk dəfə polkovnik-leytenantın üzündə-gözlərində təbəssüm gördüm. Aprel döyüşləri deyəndə elə biz dünyanı komandirə bağışladın.Hiss olunurdu ki, bayaqdan cümllələri az qala birini bir saata söyləyən komandir vəchlə ordumuzun döyüş əzmindən və peşəkarlığından danışmağa başladı:” Aprel döyüşləri mənim qürur yerimdir. Erməni mifini sındıran, ordumuzu xalqımıza tanıdan qısamüddətli döyüş idi. Məlumat əldə etdik ki, düşmən mövqelərdə cəmləşmə aparır. Daha sonra təxribata əl atdılar. Biz də üst komandanlığın müvafiq tapşırığına uyğun olaraq cavab tədbirləri gördük. Döyüşlər zamanı cəbhənin Talış istiqamətində böyük bir qüvvəni idarə edirdik. Bir zabitə döyüş o zaman asan olur ki, onun tabeliyində olan şəxsi heyyət öz silahını yaxşı bilsin. Mən buna nail olmuşdum. Mənim canavarlarım silahlardan çox böyük ustalıqla istifadə edirdilər. Ona görə də biz döyüş tapşırığını layiqincə yerinə yetirdik. Düşməni ağır itkilərə məruz qoymağı bacardıq. Artilleriyada xidmət edən əsgərlərin heç biri beş gün istirahət etmədən döyüşdülər. Mən döyüşlərdən sonra hər bir əsgərimlə şəxsən görüşüb onlara təşəkkür elədim. Axı, biz düşmənin Xüsusi Təyinatlı taborunun Talış kəndində cəmləşdiyi binanı vurduq. Digər düşmən xüsusi təyinatlılarının hücumunun qarşısın aldıq, onları ağır itkilərə məruz qoyduq və bir qərargahlarını dağıtdıq. Ümumilikdə o döyüşlərin özü nailiyyət idi...”

Polkovnik leytenant susur və yenə gözləri uzaqlara zillənib qalıb. Təbii ki, Aprel döyüşlərindən danışıb şəhidləri anmamaq imkansızdır. Bəlkə də o igidləri düşünərək söhbəti yarıda saxlamışdı.
Amma gözlərindəki ümid işığı "Biz qalib gələcəyik, biz şəhidlərimizin qisasını alacağıq, biz işğal olunmuş torpaqlarımızda qələbə tonqalları yandıracağıq”- deyirdi.

Yolun acıq olsun, Eldəniz Hüseynov! Silahın güclü, düşmənin çarəsiz olsun cənab polkovnik-leytenant!

Əntiqə Rəşid



İmza:

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimlərinin növbəti mərhələsi icra olunub - VİDEO

Azərbaycanla Türkiyə arasında qarşılıqlı vizadan azad etmə haqqında saziş avqustun 13-dən qüvvəyə minir

BU İLQAR RƏSUL NƏ ƏRİNCƏK ADAMIYMIŞ

Baş nazir: Operativ Qərargah yaxın zamanlarda bir sıra yumşalma proseslərinə də hazırlıq işləri görür

İlham Əliyev: Bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərin müxtəlif elementlərini icra ediblər - VİDEO

İlham Əliyev və Mehriban Əliyeva meşə tipli yeni parkda görüləcək işlərlə tanış olublar - YENİLƏNİB

Fəttah Səməd oğlu Heydərov

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - VİDEO

Müdafiə Nazirliyindən Polad Həşimovun səngərdən uzaqda şəhid olması iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna dəyişiklik edildi

Təlimlərdə iştirak edən Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının istirahət günlərində gəzintiləri davam edir

“İcra məmurları haqqında” Qanuna dəyişiklik edildi

QHT-lər qrant müqavilələrinin qeydə alınması üçün elektron formada müraciət edə bilərlər - QANUN

Azərbaycan və Türkiyə HHQ-nin qırıcıları təlim-məşq uçuşları keçiriblər - VİDEO

Dövlət Komitəsi “Öncə Vətən” adlı sosial layihəyə start verib

Maraqlıdır, bəs, bizim partiyaların nə qədər üzvü, nə qədər gəliri var?

Prezident “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınma mərasimində - YENİLƏNİB

AzTV-nin xanım əməkdaşını şantaj edən şəxs həbs edildi

Rafiq Tağının ailəsi Prezidentə müraciət etdi: Sizi bu cinayət işinə yenidən baxmağa səsləyirik

Kəngərli sülaləsinin sonuncu generalı Cəmşid xan Naxçıvanski - Etibar Əliyev yazır

Madəm, vətən xaini idim, nəyə görə bu çirkin iftiranı 4 il sonra əleyhimə irəli sürdülər..?!"

SON XƏBƏRLƏR
2020-08-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK