nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Vaqif Mustafayevin iş təklifinə "yox" dedim - Eminquey yazır Adalet.az | Vaqif Mustafayevin iş təklifinə "yox" dedim - Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Vaqif Mustafayevin iş təklifinə "yox" dedim - Eminquey yazır

8602    |   2020-03-19 09:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir neçə gün öncə Space tv-yə dəvət olundum. Bir xanıma calaşdırdılar məni. Açığı ilk əlaqədən mənə "sən" deyə müraciəti və kobud danışıq tərzi xoşuma gəlmədi. Amma xanımdır deyə üstünü vurmadım. Səhər verilişində qonaqlara iynəli suallar verməli, bir növ məzələnməli idim (onsuz da məzələnirəm). Yəni işim aparıcılıq deyildi. Razılaşdım. Çünki Vaqif Mustafayevlə görüşəcəkdim. Bu əla fürsət idi.

Səhərsi zəng gəldi:

- Hardasan, Emin? (yenə "sən"lə)

- Yoldayam, gəlirəm.

- Tez gəl, Vaqif müəllim əsəbiləşib ki, niyə gecikib?!!!

İstədim deyəm ki, təklifi dünən etmisiz, nə tez hirsləndi, müəllim?! Amma yenə üstünü vurmadım.

Nə isə. Çatdım, tələsik məni Vaqif müəllimin otağına apardılar. İçəri girdim, görüşdük. Xoş qarşıladı. Söhbət əsnasında Vaqif müəllim dəfələrlə kanalı düzəltmək, ən azı bayağı verilişlərlə yanaşı səviyyəli verilişlərin də olmasını vurğuladı. Siz deyirsiniz ha, görəsən, Vaqif müəllim öz kanalına baxır? Hə, baxır. Yekə bir monitordu, maşallah. Mən gedəndə elə "Səhər" verilişibə baxırdı. Əlini uzatdı ekrana, dedi, bax, bu nə formatdı? Dəyişmək istəyirəm bu verilişi. Biraz canlı olsun, maraqlı olsun. Axı gün səhərdən başlayır!?

Fürsət tapan kimi ona dəfələrlə Space-i tənqid elədiyimi dedim. Gülümsündü, amma biraz da əsəbiləşdiyini hiss elədim. Dedim, Vaqif müəllim, açığı, sizin çəkdiyiniz filmlərdən sonra kanalınıza baxmaq adamda travma yaradır. Onun dediklərindən anladım ki, məsələ maliyyədir. Bu tip verilişlər sponsor gətirir və Space öz gücünə maliyyələşir. Ona görə də bir növ məcburdular.

Bildiyim şeyi dediyinə görə başımı razılıq əlaməti kimi yellədim.

Vaqif müəllim dedi ki, biz reytinqi bu verilişlərin sayəsində qazanırıq. Və bu verilişlərə baxan kütlə inan ki, çox böyükdü. Amma mən istəyirəm ki, o biri, səviyyəli veriliş istəyən kütləni də Space-ə baxmağa cəlb edim. Elə o səviyyəli veriliş istəyənin biri sən, biri mən. Gəl, nəsə edək. Sənin üçün iki vur ikidi məzələnmək (açığı mənim bircə səhər verilişində kimlərisə sancmağımın kanalın ümumi səviyyəsinin düzələcəyinə nə dəxli olduğunu anlamadım, amma yəqin Vaqif müəllim səviyyəsi olan insanları kanala cəlb etməklə Space tv-nin səviyyəsini qaldırmaq istəyir). Saqqalından hiss edirəm (burda yəqin ki, biraz xuliqan təsiri baxışlamışam bu imiclə).

Xülasə... Sonda Vaqif müəllimə səhərsi qərarımı verəcəyimi dedim. Çıxaçıxda bilirdim ki, Vaqif Mustafayev olasan və mənim "Vaqif müəllim, açığı, sizin çəkdiyiniz filmlərdən sonra kanalınıza baxmaq adamda travma yaradır" cümləmə cavab verməyəsən?! Dedi ki:

- Bax, işdi əgər istəməsən, alınmasa, bundan sonra bizi tənqid edəndə bunu da yazarsan ki, Vaqif müəllim çağırdı, dedi, gəl, kanalı düzəldək, amma mənim vaxtım olmadı.

Həə... belə... Bilmirəm, mən Space tv-nin düzələcəyinə inanmıram və elə bir mühitdə işləmək istəmirəm. Dözmərəm hər gün Mikayılla, Çingizlə rastlaşmağa. Ən azı özümə xəyanət etmiş olaram. Baxmayın, Elçin bəyin verilişinə arabir getməyimə. Qonaq olmaq ayrıdı, ailənin üzvü olmaq ayrı. Üstəgəl də kanalın işçilərlə maaş problemini də sezdim. Nəticədə sponsor məsələsi var. Qərarım "yox" oldu. Bircə mənim üçün Space tv-nin rəhbəri yox, "Bəyin oğurlanması", "Fəryad", "Hər şey yaxşılığa doğru" kimi filmlərin rejissoru olan Vaqif müəllimlə şəkil çəkdirmək yadımdan çıxdı.

Sözümün canı bu ki, hamınızın yerinə təəssüf edirəm, üzrlü sayın, Space tv-ni düzəltməyə çox yaxın idim, amma bacarmadım. Üzüm ayağınızın altına, özü də Bakı şanısından.



İmza:

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

YOLUXMUŞLAR - Nicat Novruzoğlu yazır

Bizim müğənnilər, hardasınız? - Murat Bozdan nümunə götürün!

Təkrarını gözlədiyimiz şərəf dönəmi - Aprel döyüşlərinin zabitləri ilə söhbət!

Koronadan daha qorxulu xəstəlik - soyqırım! - Emin Piri yazır

Siz onları yox, onlar sizi seçdi... - Soner Yalçın

Dərdim, kədərim, dərdli səhərim, KƏLBƏCƏR!-27 ilin ağrısı...

Xalq artisti koronavirusu alqışladı: “Təbiət öz qucağını necə də gözəl təmizlədi”

Prezident: “Pandemiya Azərbaycanda geniş vüsət alarsa, bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır”

Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-04-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Deməli, belə. Səyavuş Novruzov əsgərlikdədi. Ali təhsilli olduğuna görə, onu bölmə komandiri qoyurlar. Və deyirlər ki, bölmə yeddi nəfərdən ibarətdi, siz də komandirsiniz.

Bölməni yığır və sayır. Görür altı nəfərdilər. Soruşur ki, bəs, yeddinci hanı? Axtarın tapın. Bölmə axtarır. Nəhayət, əsgərlərdən biri deyir ki, mən tapdım.

Deyir ki, komandir, sıraya düzülək. Düzülürlər sıraya. Əsgər başlayır saymağa: bir, iki, üç, dörd, beş, altı da Səyavuş Novruzovdu. Sonra da deyir:

-Yeddinci də mən.

Səyavuş Novruzov həmin əsgərin təpəsinə bir şapalaq vurur:

- Bir saatdı səni axtarırıq, hardasan?





digər lətifələr
ARXİV
FACEBOOK